Azərbaycan-İtaliya əlaqələrinin inkişafında milli xəbər agentlikləri də mühüm rol oynayır
27.09.2014 [10:35]
Azərbaycan ilə İtaliya arasında əlaqələrin inkişafında hər iki ölkənin milli xəbər agentlikləri də mühüm rol oynayır.
Bu fikir sentyabrın 26-da Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) İtaliyanın ölkəmizdəki səfiri Ciampaolo Kutillo ilə keçirilən görüşdə səslənib.
Baş direktor Aslan Aslanov görüşdə AzərTAc-ın keçdiyi inkişaf yolu, son illərdə əldə etdiyi uğurlar, dövlət siyasətinin informasiya təminatında agentliyin mövqeyi və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. AzərTAc ilə İtaliyanın ANSA və AGİ agentlikləri arasında informasiya mübadiləsinə dair müqavilə imzalandığını qeyd edən A.Aslanov beynəlxalq və regional media qurumlarında da uğurlu əməkdaşlıq həyata keçirildiyini vurğulayıb. Baş direktor 2016-cı ildə Bakıda eyni vaxtda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və Dünya Xəbər Agentliklərinin V Konqresinin keçiriləcəyini və 2019-cu ilədək bu qurumlara AzərTAc-ın rəhbərlik edəcəyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu, eyni zamanda, İtaliyanın xəbər agentlikləri ilə əməkdaşlığın inkişafına da əlavə imkanlar yaradacaq.
Görüşdə Ümummilli lider Heydər Əliyevin Azərbaycan ilə İtaliya arasında münasibətlərin inkişafında böyük xidmətlərinin olduğu bildirilib, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə daha da genişləndiyi vurğulanıb.
A.Aslanov ölkələrimiz arasında əlaqələrin inkişafında, xüsusilə mədəniyyət sahəsində əməkdaşlığın dərinləşməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mühüm rolundan da bəhs edib. Belə ki, Mehriban Əliyevanın təşəbbüsü ilə Roma katakombalarının bərpası, Kapitolini Muzeyinin “Filosoflar zalı”nda aparılan təmir işləri, ümumiyyətlə, Heydər Əliyev Fondunun İtaliyada mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi tədbirlər xüsusi məna və əhəmiyyət kəsb edir.
Azərbaycan artıq mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən bir məkandır. Bu barədə danışan A.Aslanov deyib ki, Bakı Beynəlxalq Humanitar Forumu bu tədbirlər sırasında xüsusi yer tutur. Builki Forumda AGİ agentliyinin baş icraçı direktoru Danni Di Giovanninin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edəcək.
Səfir Ciampaolo Kutillo Azərbaycan ilə İtaliya arasında dərin köklərə əsaslanan dostluq münasibətlərinin son illərdə daha da möhkəmlənməsindən məmnunluğunu ifadə edib. Diplomat ölkələrimiz arasında informasiya sahəsində əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti barədə fikirlərə şərik olduğunu diqqətə çatdırıb.
Azərbaycan hökumətinə və Heydər Əliyev Fonduna İtaliyanın mədəni dəyərlərinin dünya irsi kimi qəbul olunmasına verdiyi töhfələrə və dəstəyə görə minnətdarlığını bildirən səfir ölkəmizin “Milan Expo-2015” sərgisində geniş pavilyonla təmsil olunacağı barədə məlumat verib. Diplomat deyib ki, bu sərgidə iştirak Azərbaycanı italiyalılara daha yaxından tanıtmaq imkanı yaradacaq.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

