/ / Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Almaniya İnşaat Texnologiyaları İnstitutu ilə birgə reallaşdırdığı layihənin təqdimatı olub
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Almaniya İnşaat Texnologiyaları İnstitutu ilə birgə reallaşdırdığı layihənin təqdimatı olub
24.09.2014 [09:29]
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə “Avropa İttifaqının (Aİ) tikinti standartlarına keçid sahəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə dəstəyin göstərilməsi” layihəsinin təqdimat mərasimi olub.
FHN-in mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, mərasimdə çıxış edən fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev Azərbaycan ilə Avropa İttifaqı arasında uğurla davam edən əməkdaşlıq çərçivəsində həyata keçirilən layihənin mühüm əhəmiyyətə malik olduğunu deyib. Bildirib ki, “Tvinninq” aləti namizəd ölkələrə Aİ-nın genişləndirilməsi ərəfəsində institusional baxımdan yardım etmək məqsədinə xidmət edir. Ən prioritet sahələrdə mütləq nəticələrin əldə olunması ilə səciyyələnən “Tvinninq” aləti mövcud problemlərin birgə səylərlə həll edilməsini, spesifik sahələrdə ən yaxşı təcrübənin götürülməsini və mübadiləsini nəzərdə tutur, Aİ-nin norma və standartlarının milli qanunvericiliyə mərhələlərlə daxil edilməsini təmin edir. FHN layihənin icra mərhələlərində inzibati dəstəyini göstərib və bu proses davam edəcək.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard və Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri xanım Haydrun Tempel çıxış edərək Avropa İttifaqının Azərbaycan ilə uğurlu əməkdaşlığından bəhs ediblər. Onlar bu cür layihələrin hər iki tərəf üçün faydalı olduğunu vurğulayıblar.
Layihənin rəhbərləri - Almaniya İnşaat Texnologiyaları İnstitutunun nümayəndəsi Gerhard Breytşaft və FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov layihənin komponentləri haqqında geniş məlumat veriblər.
Bildirilib ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Tvinninq” alətinin öz fəaliyyətində tətbiqinə maraq göstərərək, 2010-cu ildə Tvinninq üçün layihə ideyasını təqdim edib. Agentlik tərəfindən irəli sürülən layihə ideyasına görə, tikintidə normativ sənədlərin Avropa standartları ilə uyğunlaşdırılması imkan və dərəcəsinin öyrənilməsi, tikinti sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin təkmilləşdirilməsində Avropa təcrübəsinin mənimsənilməsi və ölkənin tikinti sahəsini tənzimləyən mövcud normativ sənədlər sistemindən Avropa standartlarına keçid üçün ilkin şəraitin yaradılması məqsəd kimi qarşıya qoyulub.
Layihənin icrasına Avropa İttifaqının 5 ölkəsi - Almaniya, Avstriya, Böyük Britaniya, Sloveniya və Litva maraq göstərərək, öz təkliflərini təqdim ediblər. Öz potensial və idarəetmə imkanlarına görə, eləcə də Agentliyin fəaliyyəti ilə uyğunluq baxımından Tvinninq layihəsi üzrə tərəfdaş ölkə olaraq Almaniya Federativ Respublikası, inzibati tətbiqedici orqan isə Almaniyanın İnşaat Texnologiyaları İnstitutu (DIBt) seçilib. Eyni zamanda, layihənin icrasına Almaniya Tvinninq heyəti tərəfindən Latviya ekspertləri cəlb olunub, layihəyə federal hökumət tərəfindən inzibati və maliyyə dəstəyi təmin edilib.
Tərəflər arasında Tvinninq kontraktı imzalanıb, məqsəd, vəzifələr, komponentlər, fəaliyyət istiqamətləri, büdcə xərcləri müəyyənləşdirilib. Kontrakt imzalandıqdan sonra 2014-cü il iyun ayının 2-dən layihənin icrasına rəsmi start verilib.
Layihənin ümumi məqsədi Avropa İttifaqının tikinti standartlarına keçidin təmin edilməsi və ən yaxşı təcrübənin mənimsənilməsi yolu ilə Azərbaycan Respublikasında tikintinin təhlükəsizliyini və texniki keyfiyyətini yüksəltməkdir.
Büdcəsi 900 min avro təşkil edən və 18 aylıq müddətə hesablanmış “Avropa standartlarına keçid sahəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə dəstəyin göstərilməsi” layihəsinin bilavasitə icrası 2014-2015-ci illəri əhatə edəcəkdir.
Xəbər lenti
Hamısına baxSosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05

