Ermənistanın təxribatçı cəhdləri növbəti dəfə layiqli şəkildə cavablandırıldı
08.08.2014 [09:39]
Son hadisələr Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin rəşadət və cəsarətini bir daha düşmənə əyani surətdə nümayiş etdirdi
Ermənistan ordusunun son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədi və qoşunların təmas xəttində təxribatçı fəaliyyətini şiddətləndirməsi öz növbəsində bir məqamı növbəti dəfə aşkar etdi. Bu kontekstdə baş verən son hadisələr Azərbaycan xalqı və dövlətinin öz ərazi bütövlüyü uğrunda qətiyyətli mübarizə ruhuna malik olmasını, ictimaiyyətin ölkənin milli maraqları ətrafında sıx birləşdiyini göstərdi. Eyni zamanda, bir daha bəlli oldu ki, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək iqtidarındadır və işğal altında olan ərazilər istənilən yolla azad ediləcək. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş hüququdur.
Qeyd etmək lazımdır ki, ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını tezliklə işğaldan azad edəcəyinə dair optimist qənaət yaradır. Ümumiyyətlə, milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsi olan hərbi təhlükəsizliyin möhkəmləndirilməsi, ilk növbədə, milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən asılıdır. Müharibə şəraitində yaşayan ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Əlbəttə, 20 faiz ərazisi işğal edilmiş, 1 milyondan çox əhalisi qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş Azərbaycan bu cür cəhdlərə izin verməyəcək.
Ermənistanın təxribatı ilə qoşunların təmas xəttində baş verən son hadisələr Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin rəşadət və cəsarətini bir daha düşmənə əyani surətdə nümayiş etdirdi. Bir daha bəlli oldu ki, Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulmuş istənilən vəzifəni icra etmək gücü və əzmindədir. Ermənistan ordusunun təxribatçı hərəkətlərinə layiqli cavab verilməsi, eyni zamanda, böyük ruh yüksəkliyi yaratmış oldu. Bütün bunlar isə qoşunların təmas xəttindəki hadisələr zamanı böyük itkilər vermiş Ermənistanı təşviş içərisinə saldı.
Yeri gəlmişkən, Rusiyadakı diplomatik mənbələrdən APA-ya daxil olan məlumata görə, Ermənistan-Azərbaycan dövlət sərhədi və qoşunların təmas xəttində Ermənistanın kəşfiyyat-təxribat qruplarının Azərbaycan Silahlı Qüvvələrinin mövqeyinə basqını zamanı 47 erməni hərbçisi məhv edilib, 100-dən çoxu isə yaralanıb. Ölənlərdən 17-si Ermənistan ordusunun Dağlıq Qarabağda dislokasiya olunmuş hərbi hissələrinin əsgəri, 30-u isə Dağlıq Qarabağdakı separatçı rejimin nəzarətində olan muzdlu hərbi qulluqçudur. Mənbə bildirib ki, Ermənistan ordusunun məhv edilmiş əsgərlərinin adları tədricən açıqlansa da, öldürülmüş muzdlu hərbçilər barədə informasiya qapalı saxlanılır.
Dolayısıyla, xalqımız regionda aparıcı orduya çevrilmiş Azərbaycan Silahlı Qüvvələrinə vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir. Həyata keçirilən ordu quruculuğu siyasəti sayəsində bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdəndir. Güclü ordu həm də müstəqilliyin qarantıdır. Azərbaycan ordusunun gücü və imkanları müstəqilliyimizin sarsılmazlığına, ərazi bütövlüyümüzün tezliklə bərpa olunacağına olan inamı artırır.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17

