Baş nazirin müavini Əli Həsənov: Ermənistan beynəlxalq konvensiyaların tələblərini pozur
19.07.2014 [11:12]
AzərTAc xəbər verir ki, məcburi köçkünlər üçün salınan yeni qəsəbədə tikinti işlərinin gedişi ilə bağlı vəziyyəti öyrənmək üçün Ağdam rayonunda olan Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərin Kəlbəcər rayonu ərazisində azərbaycanlıların girov götürülməsi ilə bağlı suallarını cavablandırıb.
Əli Həsənov bildirib ki, azərbaycanlıların girov götürülməsi ilə bağlı Ermənistan tərəfi həqiqətə uyğun olmayan məlumatlar yayır. Onları diversant kimi təqdim edirlər. Guya onlar diversiya xarakterli işlər görmək istəyirdilər.
Bütün bunları cəfəngiyat adlandıran Baş nazirin müavini deyib: “Bizdə olan məlumata görə, onlar bir neçə dəfə öz kəndlərinə, doğulduqları yerə gediblər. Onlar mülki vətəndaşlardır və öz doğma ocaqlarına, əzizlərinin məzarlarını ziyarət etmək üçün bu addımı atıblar. Ermənistan tərəfinin özünün də etiraf etdiyi kimi, əgər onlar bir neçə dəfə doğma Kəlbəcər rayonuna gediblərsə, həmin vaxtlarda hansı pis hərəkəti ediblər?! Hansı partlayışı törədiblər, kimə xəsarət yetiriblər?! Heç kimə. Onlar sadəcə olaraq, Vətənini sevən insanlar kimi doğulduqları yerləri ziyarət ediblər”.
Məsələnin Azərbaycan Prezidentinin nəzarəti altında olduğunu deyən Əli Həsənov bildirib ki, bu işlə gündəlik məşğul olunur. Baş nazirin müavini sözünə davam edərək deyib: “Məlumat dəqiqləşdirildikdən dərhal sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinə bildirildi ki, təcili olaraq Yerevanda, yaxud Xankəndidə olan ofisləri ilə əlaqəyə girsinlər. Həmin ofislər vasitəsilə girov götürülən insanlarla təcili görüş istəsinlər. Bu vaxta qədər əlaqəyə girə bilməyiblər. Bu, bir daha onu göstərir ki, Ermənistan tərəfi beynəlxalq konvensiyaların tələblərini pozur. Ermənistanın özünün də Beynəlxalq Qızıl Xaç Komitəsi ilə müqaviləsi var. Ermənistan həmin müqaviləni pozaraq beynəlxalq hüququn tələblərinə əməl etmir. Həmişə olduğu kimi, dünyaya meydan oxuyur. Bu hadisədən bir həftədən çox keçib. Ancaq bu günədək Beynəlxalq Qızıl Xaç Komitəsinə girovlarla görüş verilməyib. Biz təxmini bilirik ki, onlar girov götürdükləri dinc azərbaycanlılara qarşı hansı vəhşilikləri tətbiq edirlər.
Mən azərbaycanlı qaçqın məcburi köçkünlər adından Ermənistan rəhbərliyinə müraciət edirəm. Əgər Ermənistan rəhbərliyi, bu ölkənin xüsusi xidmət orqanları o iki vətənpərvər azərbaycanlıya işgəncələr versələr və belə bir fakt aşkara çıxarılsa, Azərbaycan xalqında özlərinə qarşı yaratdıqları nifrəti 10 qat artıracaqlar. Azərbaycan xalqı, xüsusən məcburi köçkünlər o vətəndaşlarımızı qəhrəman hesab edirlər”.
Xəbər lenti
Hamısına baxDünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35

