Azərbaycan-Gürcüstan əlaqələri müzakirə olunub
08.07.2014 [10:33]
İyulun 7-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin sədri David Usupaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AzərTAc xəbər verir ki, Azərbaycan-Gürcüstan əlaqələrinin dərin tarixi köklərə əsaslandığını deyən Baş nazir Artur Rasizadə hər iki ölkənin prezidentləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Azərbaycan və Gürcüstan parlamentlərinin uğurla əməkdaşlıq etdiyini bildirən Baş nazir bu səfərin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyini qeyd edib.
Baş nazir Artur Rasizadə Azərbaycanın və Gürcüstanın bir sıra iri regional iqtisadi layihələr həyata keçirdiyini və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin başa çatmaq üzrə olduğunu bildirib.
Baş nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verib, Azərbaycan ərazisinin 20 faizinin işğalı nəticəsində 1 milyondan artıq azərbaycanlının öz doğma yurdlarından didərgin düşdüyünü deyib. Artur Rasizadə Ermənistanın işğalçılıq siyasətinin region üçün təhlükə olduğunu, bu siyasətdən Ermənistanın özünün də əziyyət çəkdiyini deyib. Baş nazir Ermənistanın hazırkı rəhbərliyi tərəfindən azərbaycanlılara qarşı Xocalı soyqırımının törədildiyini diqqətə çatdırıb.
Gürcüstan parlamentinin sədri David Usupaşvili ölkəsinin Azərbaycanın iqtisadi və siyasi sahədə təcrübəsi ilə yaxından maraqlandığını deyib. O, ölkələrimiz arasında iqtisadi əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirərək bunun üçün regionda sabitliyin vacib amil olduğunu vurğulayıb. David Usupaşvili, həmçinin Gürcüstanın iki ölkə parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu bildirib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29

