“Problem bəzi partiyaların rəhbərlərində və onların üzvlərindədir”
01.05.2014 [09:21]
“Vətəndaş cəmiyyəti Azərbaycanda qorunduğu qədər heç bir ölkədə qorunmur”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bəzi mətbuat orqanlarında Azərbaycanda vətəndaş cəmiyyətinin yetərincə qorunmaması ilə bağlı iddialara aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda siyasi partiyalar dövlət tərəfindən maliyyələşdirilir: “Azərbaycanda siyasi partiyaların nizamnamə tələblərinə, ölkə qanunvericiliyinə, “Siyasi partiyalar haqqında” Qanuna, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna uyğun olaraq, bütün şərait yaradılıb. Sadəcə olaraq həmin qanunları kimlərsə pozursa və pozmağa cəhd göstərirsə, qanundankənar fəaliyyət göstərir və hesab edirsə ki, hansısa partiyanın təmsilçisidir deyə buna heç bir söz deyilməyəcək, onlar çox böyük səhv edirlər. Çünki bütün vətəndaşlar kimliyindən, siyasi mənsubiyyətindən, peşə fəaliyyətindən asılı olmayaraq, qanun qarşısında bərabərdir. Bununla belə, bildiyiniz kimi, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi heç bir ölkədə yoxdur. Amma Azərbaycanda hər bir layihəyə, görülən işə dövlət tərəfindən kifayət qədər vəsait ayrılır. Həmçinin, qeydiyyatdan keçmə, mətbuat orqanları ilə bağlı ölkəmizdə heç bir problem yoxdur.
Dünyanın heç bir yerində mətbuata dövlət tərəfindən dəstək mövcud deyil. Məsələn, Azərbaycanda mətbuat orqanları nümayəndələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində yeni mənzillər tikildi və jurnalistlərə təqdim olundu. Hazırda bu proses davam edir. Eləcə də, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən bərabər şəkildə hər bir qəzetə ildə bir neçə dəfə vəsait ayrılır. O cümlədən, qəzetlərin yayılması, satışı ilə bağlı bütün məsələlər də öz qaydasında gedir.
Bununla belə, Azərbaycanda Gənclər Fondu fəaliyyətdədir. Hər bir gənclər təşkilatı öz layihəsini Gənclər Fonduna təqdim edir və onlara vəsait ayrılır. Beləcə, bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin təmin olunması istiqamətində heç bir problem yoxdur. Burada problem bəzi partiyaların rəhbərlərində və onların üzvlərindədir. Çünki onlar öz partiyalarını geriyə aparırlar. Bir sözlə, onlar hələ də 1990-cı il düşüncəsindən kənara çəkilməyiblər”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

