Növbəti çağırış!
20.03.2026 [11:25]
Naxçıvana dron hücumu tezliklə araşdırılmalıdır
Yaxın Şərq regionunda, xüsusilə İranda baş verən hadisələr beynəlxalq ictimaiyyəti ciddi narahat edir. Çünki mövcud vəziyyət bütün dünya üçün riskləri artırır. Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində ərəb və digər müsəlman ölkələrinin xarici işlər nazirlərinin görüşü də regionda hərbi təhdidlərlə bağlı olub. Görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib. Münaqişənin genişlənməsi qonşu ölkələr üçün təhlükələri istisna etmir. Bu yaxınlarda İran ərazisindən Naxçıvan Muxtar Respublikasında mülki obyektlərə dron hücumunun edilməsi qonşu ölkələrin təhdidlərdən sığortalanmadığını göstərdi. Azərbaycan proseslərlə bağlı müxtəlif ölkələrlə, o cümlədən region dövlətlərilə sıx təmasdadır.
Ceyhun Bayramov Türkiyə və Pakistan XİN başçıları ilə görüşüb
Qeyd edək ki, C.Bayramov səfər çərçivəsində bir sıra həmkarları ilə ikitərəfli görüşlər keçirib. Türkiyənin XİN başçısı Hakan Fidanla görüşdə tərəflər regionda mövcud təhlükəsizlik vəziyyəti və son inkişaflar ətrafında fikir mübadiləsi aparıblar. Nazirlər regional sabitliyin qorunmasının, gərginliyin artmasının qarşısının alınmasının və beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətin vacibliyini vurğulayıblar.
Tərəflər Azərbaycan-Türkiyə müttəfiqliyinin regionda sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığını qeyd edərək, mövcud çağırışlara qarşı birgə və əlaqələndirilmiş fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıblar. Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov Pakistan İslam Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd Ishaq Dar ilə də görüşüb. Nazirlər regional təhlükəsizlik vəziyyəti və son geosiyasi inkişaflar barədə fikir mübadiləsi aparıblar, Yaxın Şərqdə gərginliyin azaldılmasının, sabitliyin təmin olunmasının vacibliyini vurğulayıblar.
Görüşdə həmçinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi, regional və beynəlxalq platformalarda əlaqələndirilmiş fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub.Tərəflər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Ər-Riyadda XİN başçılarının görüşündə...
Ər-Riyadda XİN başçılarının görüşündə çıxışı zamanı isə Ceyhun Bayramov İran ərazisindən Naxçıvandakı mülki infrastrukturlara dron hücumunu gündəmə gətirib. O qeyd edib ki, Azərbaycan İranın Naxçıvana pilotsuz uçuş aparatı (PUA) zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılması barədə verdiyi təminatları yerinə yetirəcəyinə və gələcəkdə bu cür halların qarşısının alınması üçün zəruri tədbirlər görəcəyinə ümid edir. Nazir görüş iştirakçılarına xatırladıb ki, martın 5-də İran ərazisindən uçan PUA-lar Azərbaycanın Naxçıvan Muxtar Respublikasının infrastrukturuna zərbələr endirib. Nəticədə dörd mülki şəxs xəsarət alıb və Naxçıvan Beynəlxalq Hava Limanı da daxil olmaqla kritik infrastruktura əhəmiyyətli ziyan dəyib.
Onun sözlərinə görə, Azərbaycan hadisəyə operativ və qətiyyətli reaksiya verib, öz suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini bütün qanuni vasitələrlə qorumağa sadiqliyini təsdiqləyib: “Azərbaycan İran tərəfinin hadisənin hərtərəfli araşdırılmasına dair verdiyi zəmanətləri yerinə yetirəcəyini və gələcəkdə bu cür halların qarşısının alınması üçün zəruri tədbirlərin görüləcəyini gözləyir”.
Xatırladaq ki, martın 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığında da bu məsələ diqqət mərkəzində olmuşdu. Telefon danışığı zamanı regional vəziyyət və ikitərəfli əlaqələr müzakirə olunub.Ceyhun Bayramov İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumlarından sonra verilmiş vədə uyğun olaraq, İran tərəfindən araşdırmaların tamamlanmasının vacibliyini diqqətə çatdırıb.Ümumilikdə, aparılan müharibə zamanı mülki obyektlərin hədəf alınmamasının zəruriliyi, bölgədə hərbi eskalasiyaya qısa müddət ərzində son qoyulmasının və mövcud çətinliklərin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olduğumuz vurğulanıb.
Məlumdur ki, İranın Prezidenti Azərbaycanın dövlət başçısı ilə telefon danışığında Naxçıvana dron hücumunun ölkəsi tərəfindən törədilmədiyini bildirmişdi. Eyni mövqeni İranın XİN başçısı və Silahlı Qüvvələrin komandanlığı da ifadə etmişdi. Belə olan təqdirdə, Azərbaycanın mövqeyi bundan ibarətdir ki, insident ciddi şəkildə araşdırılmalı, ölkəmizə qarşı bu təxribatı törədənlər tapılıb cəzalandırılmalıdır. Azərbaycan rəsmi Tehrandan bu addımın atılmasını gözləyir.
Bakı sülh və təhlükəsizliyin tərəfdarıdır
Nəzərə alaq ki, rəsmi Bakı regional hərbi eskalasiyanın əleyhinədir. Bununla bağlı Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, bölgədə və qlobal səviyyədə təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hərbi eskalasiya dərin narahatlıq doğurur. “Qəti şəkildə, bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırırıq. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə uyğun olaraq bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməsinin vacibliyini vurğulayırıq”, - deyə bəyanatda vurğulanıb. Göründüyü kimi, ölkəmiz bu münaqişədə tərəf tutmur, əksinə, münaqişə tərəflərini problemləri danışıqlar yolu ilə həll etməyə çağırır.
Beləliklə, ölkəmizin mövqeyi qarşılıqlı anlaşma və mehriban qonşuluq, humanizm prinsiplərinə əsaslanır. Azərbaycanın xarici siyasəti regionda sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Gərginliyin davam etdiyi hazırkı şəraitdə də dövlətimiz bu mövqeyini həyata keçirməkdədir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:47
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
Gündəm
25 Aprel 11:38
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17

