Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində BDU ilə dünyanın bır sıra nüfuzlu ali təhsil ocaqları arasında Anlaşma memorandumları imzalanıb

III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində BDU ilə dünyanın bır sıra nüfuzlu ali təhsil ocaqları arasında Anlaşma memorandumları imzalanıb

02.11.2013 [10:56]

Noyabrın 1-də “Four Seasons Hotel Baku” mehmanxanasında III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Bakı Dövlət Universiteti (BDU) ilə dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri arasında Anlaşma memorandumları imzalanıb.
AzərTAc xəbər verir ki, memorandumları BDU-nun rektoru, akademik Abel Məhərrəmov, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin rektoru Pyotr Kuxarçuk, Çex Respublikası Plaska Universitetinin rektoru Miroslav Maşlan, Ukrayna Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasının rektoru Yuri Kovbasyuk və Estoniyanın Tartu Universitetinin rektoru Volli Kalm imzalayıblar.
Sənədlərdə tədqiqatçı aspirant və magistrantların mübadiləsi, birgə layihələr üzrə elmi araşdırmaların aparılması, alimlərin və müəllimlərin ixtisaslarının artırılması məqsədi ilə təcrübə mübadiləsi, birgə seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak məsələləri nəzərdə tutulub.

Paylaş:
Baxılıb: 1036 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31