Azərbaycanda seçkilərin yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaradılıb
18.09.2013 [09:37]
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının ölkədə seçkiqabağı vəziyyətlə bağlı yaydığı hesabat tamamilə qərəzlidir
Məlum olduğu kimi, bu günlərdə Mərkəzi Seçki Komissiyası ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının Azərbaycan Respublikası Prezidentinin 2013-cü il oktyabrın 9-da keçiriləcək seçkiləri ilə bağlı 1 nömrəli Aralıq Hesabatına dair rəyini açıqlayıb. Xatırladaq ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) Seçki Müşahidə Missiyasının oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı hazırladığı Aralıq Hesabatda faktlar tamamilə təhrif olunub. Hesabata Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) verdiyi reaksiyada da qeyd edildiyi kimi, sənəddə iddia olunanların əksinə olaraq, Azərbaycan qurumun seçkilərlə bağlı əksər tövsiyələrini nəzərə alıb, eləcə də, namizədlərə bərabər şərtlərdə rəqabət aparmaları üçün hər bir şərait yaradılıb.
Məlumat üçün bildirək ki, sözügedən qurumun Seçki Müşahidə Missiyasının həmin hesabatında ən məntiqsiz görünən iradlardan biri seçkilərdə qadın namizədlərin olmaması ilə bağlıdır. Məhz bu məqamda vurğulayaq ki, Azərbaycanda qadınların prezidentliyə namizədliyinin irəli sürülməməsi ilə bağlı iddia edilən “nöqsan” qətiyyən səmimi deyil. Əslində, bunu nə hökumətə, nə də hər hansı bir quruma irad kimi ünvanlamaq mümkün deyil, çünki namizədlər prosesin təbii gedişində müəyyən olunur. Seçkidə namizəd kimi iştirak etmək üçün müraciət edən və qanunvericiliyin tələblərinə uyğun gələn, zəruri prosedurları vaxtında və düzgün yerinə yetirən hər bir Azərbaycan vətəndaşının namizədliyi qadın və ya kişi olmasına fərq qoyulmadan qeydə alınır. Digər tərəfdən, Avropa ölkələrində keçirilən prezident seçkilərində də qadın namizədlərin iştirak etmədiyi hallara rast gəlmək mümkündür. Görəsən, belə situasiyalarda ATƏT/DTİHB öz hesabatlarında həmin ölkələri də tənqid edirmi? Ümumilikdə ATƏT məkanında qadınların namizədliyinin irəli sürülməsi nə vəziyyətdədir? Qoy bu hesabatı tərtib edənlər bu suala cavab versinlər.
Digər tərəfdən ATƏT/DTİHB qadın namizədlərlə bağlı iddiaları daha çox “Milli şura”dakı dostlarına bildirməlidir. Özlərini hamıdan artıq “demokrat” kimi göstərməyə çalışan “şura” üzvləri namizəd müəyyənləşdirərkən böyük iddialarla çıxış edən Gültəkin Hacıbəylinin, yaxud bezdirib şuradan uzaqlaşdırmağa çalışdıqları Lalə Şövkət Hacıyevanın namizədliyini niyə irəli sürmədilər? “Milli şura”nın qadın üzvlərindən heç birinin namizədliyə potensial şəxs kimi belə adının hallanmaması nədənsə ATƏT/DTİHB-in “diqqətindən yayınır”. Yəni, görünən odur ki, ATƏT/DTİHB-in sözügedən hesabatı Azərbaycandakı seçkiqabağı vəziyyətə kölgə salmaq cəhdindən başqa bir məqsəd daşımır.
Hesabatdakı digər iddiaya gəlincə, çox maraqlıdır ki, seçki komissiyalarının tərkibi ATƏT-in də təriflədiyi Seçki Məcəlləsinin tələblərinə uyğun formalaşıb. Parlamentə düşə bilməyən partiya necə və niyə MSK-nın formalaşmasında iştirak edə bilər? 2000-ci ildə onlara belə bir fürsət verildi, paritet yaradıldı. Nəticə nə oldu? Onlar bu imkandan MSK-nın fəaliyyətini dondurmaq və bütövlükdə seçki prosesini sabotaj etməklə məşğul oldular. Başa düşülən deyil, ATƏT bu təklifi yenidən qabartmaqda nə məqsəd güdür? Yenidən seçkiləri kimlərinsə iradəsindən asılı vəziyyətə salmaq istəyir?
Belə görünür ki, ATƏT/DTİHB artıq seçkilərdə yeni standartlar tətbiq etməyə çalışır - Ermənistan standartları. Həmin ölkədə keçirilmiş prezident seçkilərini pozitiv qiymətləndirən ATƏT/DTİHB hesab edir ki, seçkilərdə mütləq 10 nəfər gülləbaran edilməli, bir namizəd mütləq sui-qəsdin qurbanı olmalı, bir namizəd aclıq elan etməli, namizədlərin nümayəndələri qapı-qapı düşüb seçicilərin səslərini pulla almalı, səslərin sayılması ərəfəsində isə komissiyaların üzvləri müəmmalı şəkildə səsvermə qutuları ilə birlikdə 1-2 saatlıq qeybə çəkilməli, əlqərəz, ortaya digər “ibrətamiz” nümunələr qoymalıdırlar. Yoxsa bu nədir, belə də seçki olar?! Ölən yox, qarşıdurma, başı yarılan yox, az qala inkişaf etmiş ölkə nümunəsi ortaya qoyulur. Yəqin ATƏT/DTİHB düşünür ki, belə nümunə yalnız Avropanın inkişaf etmiş ölkələrinə yaraşır.
Beləliklə, ATƏT/DTİHB-nin hesabatı yalnız təəssüf doğura bilər. Sənəddə əks olunmuş iddialar bu qurumun seçkiərəfəsi real vəziyyəti qiymətləndirməkdən daha çox irad bildirmək həvəsini nümayiş etdirir. Digər ölkələrdə seçki prosesi ilə bağlı heç yada belə düşməyən məsələlərin yalnız Azərbaycanda qabardılması müəyyən suallar doğurur. Bu hal onsuzda ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazı olan Azərbaycan vətəndaşlarının ümumilikdə ATƏT-ə, onun strukturlarına qarşı etimadını daha da azaldır. Azərbaycan ictimaiyyəti, seçiciləri ATƏT DTHB-dən subyektiv mülahizələrə əsaslanan qeyri-ciddi “iradlar” deyil, qərəzsiz, obyektiv mövqe gözləyir.
Qurumun hesabatına münasibət bildirən millət vəkili, ATƏT-in Parlament Assambleyasının Büro üzvü Azay Quliyev ATƏT/DTİHB-in qərəzli yanaşmasını qəbuledilməz adlandırıb: “Çünki ATƏT/DTİHB-in Seçki Müşahidə Missiyasının yaydığı hesabatda seçkilər prosesinin sonrakı gedişatına təsir göstərmək cəhdi var. İstərdim ki, ATƏT-in bu institutu ilk növbədə, özünün obyektivliyini və qərəzsizliyini qoruyub saxlaya bilsin. MSK-nın bu hesabata rəyi kifayət qədər ciddi və əsaslandırılmış bir cavabdır. MSK-nın rəyindən görünür ki, Azərbaycanın bu qurumun cəmi bir tövsiyəsini yerinə yetirdiyi irəli sürülsə də, əslində, 2010-cu ildə verilən 17 tövsiyədən 12-i qəbul edilib. Bu o deməkdir ki, qurumun tövsiyə xarakterli təkliflərini qəbul etməmək hüququ olsa da, Azərbaycan onları nəzərə alıb”.
A.Quliyev bildirib ki, hesabatdakı digər məqamlara da toxunmaq olar. Lakin bu fakt ATƏT/DTİHB-in seçkilərlə bağlı sərgilədiyi hesabatın obyektiv olmadığını göstərməyə kifayət edir. “Buradan görünür ki, ATƏT/DTİHB Azərbaycanda seçkilərlə bağlı düzgün olmayan ictimai rəy yaratmağa çalışır. Belə çıxır ki, təşkilat indidən seçkilərlə bağlı özlərinin xoş olmayan niyyətini sərgiləməyə başlayıb. Nə qədər ki, gec deyil, ATƏT/DTİHB bu məsələlərlə bağlı obyektiv mövqe nümayiş etdirsin. Bu cür qeyri-dəqiq məlumatlar belə təşkilatlara etimadı sarsıdır” - millət vəkili deyib.
A.Quliyevin fikrincə, indiki mərhələyə qədər hər kəs sərbəst şəkildə öz namizəliyini irəli sürüb və heç bir şəxsə maneçilik törədilməyib: “Bildiyimiz kimi, on nəfər qeydiyyata alınıb. Siyasi spektr geniş şəkildə təmin olunub. Azərbaycanda çox demokratik, şəffaf şərait yaradılıb. Hər bir namizəd üçün 6 saatlıq pulsuz efir vaxtı ayrılıb. Bu, həftədə 36 dəqiqə deməkdir və hesab edirəm ki, həm də geniş imkan deməkdir. Ödənişli müddəti də buraya əlavə etsək, həftədə 108 dəqiqə efir vaxtı deməkdir. Bakının 11 rayonunda, o cümlədən respublikanın müxtəlif yerlərində namizədlərin kütləvi aksiya keçirməsi, seçicilərlə birbaşa təmas qurması mümkündür. Namizədlər həm də internetin imkanlarından yararlanaraq öz platformalarını rahat çatdıra bilərlər. Oktyabrın 9-da Azərbaycan xalqı tarixi seçimini edəcək və ən layiqli namizədə səs verəcək. Beynəlxalq təşkilatların üzərinə düşən vəzifə prosesləri düzgün qimətləndirməkdir. Hesab edirəm ki, Azərbaycanda seçkilər prosesi çox uğurla başa çatacaq”.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, millət vəkili Çingiz Qənizadə isə qeyd edib ki, sözügedən hesabat obyektivlikdən uzaqdır. Onun sözlərinə görə, Avropa ölkələrində çoxsaylı nümunə göstərmək olar ki, prezidentliyə namizədlər sırasında qadın yoxdur: “Əgər bunu qəbahət hesab edirlərsə, onda qadın namizədin olmasını tələb edən kriteriya müəyyənləşdirsinlər. Prezidentliyə namizədlik könüllü olan məsələdir və heç kimi namizəd olmağa məcbur etmək olmaz. Müxalifətdə olan qadın lider Lalə Şövkətin təmsil olunduğu “Milli şura” isə onu namizəd seçməyib. Hesab edirəm ki, ATƏT/DTİHB-in bu məsələdə mövqeyi düşünülməmiş və qanunlara zidd yanaşmadır”.
Ç.Qənizadə bildirib ki, apardığı müşahidələrə əsasən indiki mərhələdə hələ ki, hər hansı qanun pozuntusu aşkarlamayıb: “Namizədlərin irəli sürülməsi, imzaların toplanılması, onların namizədliyinin qeydə alınması, namizədlərə efir vaxtının ayrılması, təbliğat kampaniyalarının aparılması ilə bağlı ilkin mərhələdə hər şey normaldır və hesab edirəm ki, ATƏT-in bürosunun bu yanaşması insan haqları və demokratik yanaşmadan öncə siyasi maraqlara xidmət edir. Bununla da, loru dillə desək, “qarışqadan fil düzəldirlər”. İndiki məqamda Azərbaycanda seçkiöncəsi məsələlərlə bağlı narahatlığın ortaya atılması ədalətsizlikdir və bunu qəbul etmək mümkün deyil”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07

