Milli Məclisin iclasında...
30.10.2024 [06:37]
Deputatlar Avropa Parlamentinin ölkəmizə qarşı qəbul etdiyi qərəzli qətnaməni pisləyiblər
Oktyabrın 29-da Milli Məclisin (MM) növbəti iclası keçirilib. Spiker Sahibə Qafarova əvvəlcə oktyabrın 24-də Avropa Parlamentində Azərbaycana qarşı qəbul olunan qərəzli qətnaməyə münasibət bildirib. Həmin müzakirələri və qətnaməni Azərbaycanı hədəf alan növbəti siyasi aksiya kimi dəyərləndirən spikerin sözlərinə görə, qətnamə ölkəmizə qarşı böhtanlar, yalan və saxta məlumatlar üzərində qurulub.
“Ölkəmizə qarşı sanki yürüşə çıxıblar”
S.Qafarova qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı düşmənçilik və qarayaxma kampaniyası aparan qüvvələrin əlində bir alətə çevrilməsi təəssüf doğurur: “Biz ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları, cəfəng iddiaları, təhdid və tələbləri qətiyyətlə rədd edirik.
Bu cür ədalətsiz və qeyri-obyektiv sənədlərin ortaya çıxması Cənubi Qafqaz regionunda tarixi ədalətin və beynəlxalq hüququn bərpası ilə barışa bilməyən qüvvələrin bəd niyyətlərini bir daha açıb göstərir. Hesab edirəm ki, Avropa Parlamenti bu qətnaməsi ilə nəinki bölgəmizdə tarixi və müasir reallıqlara qərəzli münasibətini nümayiş etdirir, həm də dövlətimizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə qarşı çıxır”.
MM sədri onu da deyib ki, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb, 1 milyon soydaşımızı qaçqın və məcburi köçkün həyatına məhkum edib, xalqımıza qarşı dəhşətli cinayətlər törədib, şəhər və kəndlərimizi, milli-mənəvi, tarixi və dini mirasımızı talan edib. Həmin dövrdə beynəlxalq ictimaiyyət nədənsə susmağa üstünlük verirdi.
“44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında tarixi qələbələrdən sonra isə Avropa Parlamentində, digər təşkilatlarda və ölkələrdə Azərbaycanofob, türkofob və islamofob qüvvələr bütün beynəlxalq davranış normalarını və nəzakət qaydalarını bir kənara qoyaraq, ölkəmizə qarşı sanki yürüşə çıxıblar. Narahatlıq doğuran bir məqam da budur ki, Avropa Parlamenti Bakıda keçiriləcək COP29 kimi mühüm beynəlxalq tədbirdən ölkəmizə qarşı siyasi təzyiq aləti kimi istifadə etməyə cəhd göstərir. İqlim dəyişmələri qlobal problemdir və birlik tələb edir, lakin bu məsələdən də Azərbaycan əleyhinə gündəliyin təbliği üçün istifadə olunur”,-deyə S.Qafarova vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan siyasi dialoq və əməkdaşlıq üçün açıqdır və regionda sülh yaradılmasına sadiqdir, lakin hər hansı qərəzi, əsassız iddianı və tələbi, aqressiv ritorikanı qətiyyətlə rədd edir: “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqil daxili və xarici siyasət yeridilər və heç bir təzyiq və ya hədə-qorxu bizi öz yolumuzdan döndərə bilməz”.
Spiker çıxışında, həmçinin bu günlərdə Gürcüstan və Özbəkistanda parlament seçkilərinin keçirildiyini xatırladaraq Milli Məclisin üzvlərinin də bu seçkiləri müşahidə etdiklərini diqqətə çatdırıb: “Artıq hər iki seçkinin uğurla baş tutduğunu söyləmək olar. Biz Azərbaycana dost və qardaş ölkələrin əldə etdikləri nailiyyətlərə ürəkdən sevinirik və inanırıq ki, bu seçkilər Gürcüstan və Özbəkistanın hərtərəfli tərəqqisinə, eyni zamanda, Azərbaycanın bu ölkələrlə münasibətlərinin, sülh, sabitlik və davamlı inkişaf naminə əməkdaşlığının daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcək”.
Daha sonra cari məsələlərlə bağlı çıxışlarda millət vəkilləri Avropa Parlamentinin qərəzli mövqeyini tənqid ediblər. Deputat Azər Badamov deyib ki, təmsil etdiyi Qusar rayonunda şəhid ailələri anti-Azərbaycan mərkəzlərinin və ölkəmizdə onlara xidmət edən müxalifətin mövqeyinə kəskin etiraz edir.
Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa təsisatlarının Azərbaycana qarşı dəfələrlə qərəzli sənədlər qəbul etdiyini xatırladıb. Onun sözlərinə görə, həmin təşkilatların məqsədinin nə olduğunu bilirik: “Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra onların əsl niyyətləri ortaya çıxdı”.
“Qətnamə məhz bu hücumların tərkib hissəsidir”
Deputat Soltan Məmmədov isə deyib ki, COP29 kimi mötəbər tədbirə hazırlıq ərəfəsində ölkəmizə qarşı müxtəlif siyasi dairələrdən edilən hücumlar bizi qarşımızda duran hədəflərdən yayındırmaq məqsədi daşıyır. Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi qərəzli və obyektivlikdən tamamilə uzaq qətnamə də məhz bu hücumların tərkib hissəsidir. Onun sözlərinə görə, regionda baş verən proseslər, Azərbaycanın irəli sürdüyü təşəbbüslərin məzmunu göstərir ki, bu gün Cənubi Qafqazda sülhün təmin olunması üçün ölkəmiz kifayət qədər ciddi səy göstərir. Təsadüfü deyil ki, COP29 gündəliyinə daxil olunmuş 14 böyük təşəbbüsdən biri də məhz sülhün, dialoqun və barışığın daha geniş şəkildə təbliği, iqlimlə bağlı fəaliyyət üçün bütün siyasi diqqəti və diplomatik səyləri səfərbər etmək məqsədi daşıyır.
COP29-u sülh prosesinin nəticəsi kimi qiymətləndirən deputat tədbirin gündəliyinə sülh mövzusunun daxil edilməsinin təsadüfi olmadığını bildirib. O qeyd edib ki, Azərbaycan dövləti COP29 konfransının ən yüksək səviyyədə təşkili üçün bütün imkanlarını səfərbər edib. Tədbirin məhz Azərbaycanda təşkil olunması ilə bağlı müzakirələrdə 198 ölkənin yekdil dəstəyi alınıb. Bu, ölkəmizə, Azərbaycan Prezidentinin siyasətinə dünyada olan yüksək etimadın göstəricisidir. Bütün maneələrə, əsassız hücumlara və mənasız ittihamlara baxmayaraq, biz bu mötəbər iclası uğurla təşkil edəcəyimizə əminik. COP29-a hazırlıq prosesi ilə əlaqədar Azərbaycan bir çox ölkələr, beynəlxalq təşkilatlar və xarici tərəfdaşlarla sıx əməkdaşlıq edir. “Qlobal əhəmiyyətli mövzularda beynəlxalq birliyin məsuliyyətli üzvü kimi daim ümumi işə töhfə verməyə çalışan ölkəmizə qarşı haqsız ittihamlar bizi yolumuzdan döndərə bilməz. Azərbaycan bütün tərəfdaşları ilə münasibətləri kifayət qədər açıq və şəffaf şəkildə qurur. İnanırıq ki, Bakıda keçiriləcək konfrans iqlim dəyişiklikləri ilə mübarizə tarixində yeni səhifə olacaq”, - deyə Soltan Məmmədov əlavə edib.
İclasda, həmçinin komitə sədri Siyavuş Novruzov, deputatlar Tural Gəncəliyev, Elşən Musayev, Nizami Cəfərov, Razi Nurullayev, Sahib Alıyev, Kamal Cəfərov və Bəhruz Məhərrəmov çıxış ediblər.
Sonra iclasın gündəliyində olan məsələlər müzakirəyə çıxarılıb. Gündəliyə 11 məsələ daxil edilib. Əvvəlcə iki dövlətlərarası sənəd - “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in və “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsinə baxılıb. Parlamentin komitə sədri Səməd Seyidov məlumat verdikdən sonra sənədlər qəbul olunub.
Alkoqollu içkilərin pərakəndə satışında minimum qiymət tətbiq olunacaq?
Sonra “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə layihə (birinci oxunuş) müzakirəyə çıxarılıb. Layihə haqqında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məlumat verib. O bildirib ki, dəyişikliklər alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbinin müəyyən edilməsi məqsədilə hazırlanıb. Layihəyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən ediləcək, bununla bağlı müvafiq qaydalar təsdiqlənəcək və pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan olunacaq.
Vurğulanıb ki, dəyişikliklər istehlakçıların sağlamlığının və hüquqlarının müdafiəsinin gücləndirilməsinə, alkoqollu içkilərin satışı bazarında minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən məhsulların qarşısının alınmasına, habelə yerli istehsalçıların iqtisadi maraqlarının qorunmasına xidmət edir.
Müzakirələr zamanı layihəni dəstəkləyən deputatlarla yanaşı bəzi millət vəkilləri bu dəyişikliklərin bazar iqtisadiyyatı prinsiplərinə uyğun olmadığını söyləyiblər. Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Torpaqlar sərfəli şərtlərlə icarəyə veriləcək
“Torpaq icarəsi haqqında” Qanunda (ikinci oxunuş) dəyişiklik edilməsi məsələsini isə parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev təqdim edib. O deyib ki, bu dəyişikliklər işğaldan azad edilmiş ərazilərdə torpaqların özəlləşdirilməsi demək deyil. T.Rzayev, bununla əlaqədar komitənin iclasında ətraflı məlumat verildiyini qeyd edib.
Müzakirələr zamanı çıxış edən deputat Eldar Quliyev layihəni dəstəkləyib, eləcə də bir sıra təkliflərini səsləndirib. Millət vəkili Aqil Abbas isə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərini yüksək qiymətləndirib. O deyib ki, Qarabağa qayıdan insanlara torpaq sahələri verilməlidir.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanuna edilən dəyişikliyə əsasən azad olunmuş ərazilərə qayıdan insanlara torpaqlar sərfəli şərtlərlə icarəyə veriləcək.
Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Millət vəkilləri, həmçinin iclasın gündəliyində olan digər sənədləri də qəbul ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39

