Klod Vislerin “fransız üslubu”
24.05.2024 [10:20]
Lüksemburqun Deputatlar Palatasının sədrinin qərəzli yalanları...
Nardar BAYRAMLI
Hazırda Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində mühüm addımlar atılır. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində aprelin 19-da sərhədlərin müəyyənləşdirilməsi ilə əlaqədar əldə olunmuş razılaşma tərəfləri sülhə daha da yaxınlaşdırır. Azərbaycan qalib ölkə olmasına baxmayaraq, tezliklə sülh sazişinin imzalanmasının tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Son zamanlar Ermənistan rəhbərliyi tərəfindən də sülh barədə müsbət mesajlar verilir. Bütün bunlar tərəflər arasında yaxın vaxtlarda sülh sazişinin imzalanmasına ümidləri artırır.
Lakin müəyyən beynəlxalq dairələr sülhün bərqərar olunmasında maraqlı deyil. Bu dairələr regionu gərginlik şəraitində saxlamaq üçün təxribatçı mövqe sərgiləyirlər. Bugünlərdə Ermənistanda səfərdə olan Lüksemburqun Deputatlar Palatasının sədri Klod Vislerin İrəvanda ölkəmizə qarşı qərəzli fikirlər səsləndirməsi, eləcə də regionda baş verən prosesləri təhrif etməsi buna sübutdur. Belə ki, Lüksemburqun Deputatlar Palatasının sədri Klod Vizler mayın 22-də Ermənistan parlamentinin iclasında “bəyanatla” çıxış edərək Qarabağı könüllü tərk edən ermənilərin “ürəkağrısı” ilə “halına yanıb”, Azərbaycanı guya hansısa “itkin düşmüş şəxslərin” siyahısını təqdim etməyə çağırıb. Əslində bir fakt ortadadır - kiçik Lüksemburqun nümayəndəsini başqaları danışdırır. Sifarişin hardan gəldiyi açıq-aydın məlumdur. Vislerin Cənubi Qafqazda öz maraqlarını təmin etmək, bölgəyə yerləşmək istəyən dairələrin sözlərini İrəvanda səsləndirməsi heç bir şübhə doğurmur.
Mövcud reallıqları təhrif etmək mümkün deyil
Artıq məsələyə Azərbaycan parlamenti tərəfindən münasibət bildirilib. Bununla bağlı Milli Məclisin açıqlamasında Klod Vislerin Azərbaycanın ünvanına bir sıra ittihamlar səsləndirməsi tənqid olunub. Milli Məclis bu qərəzli və absurd fikirləri kəskin şəkildə qınayıb və ona qətiyyətlə etiraz edib. “Görünən odur ki, öz qanunvericiliyində fransız dilini əsas dil kimi müəyyən etmiş lüksemburqlu təmsilçilər Cənubi Qafqaz regionuna yanaşmalarında “fransız üslubu”nu davam etdirməkdə həddən artıq həvəsli görünürlər. Belə ki, onlar regionda baş verən prosesləri sərbəst şəkildə təhrif etməkdən, hətta Azərbaycana qarşı hansısa tələblər irəli sürməkdən çəkinmirlər. Mövcud reallıqları isə təhrif etmək mümkün deyil. Lüksemburqun Deputatlar Palatasının sədrinə bir sıra faktları xatırladaq: Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və Lüksemburqdan dörd dəfə böyük olan əraziləri 30 il ərzində Ermənistanın işğalı altında qalıb. İşğal dövründə 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Səkkiz şəhər və yüzlərlə kənd, saysız-hesabsız tarixi, dini və mədəni abidələr darmadağın edilib və Yer üzündən silinib”,-deyə təəssüflə qeyd olunub ki, özlərini humanitar dəyərlərin və fundamental hüquqların qarantı kimi qələmə verən Lüksemburq parlamenti özünə xas olan davranış tərzini seçib və bütün bu faciəvi hadisələrə - obyektiv reallıqlara münasibətdə biganə qalmağa üstünlük verib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz torpaqlarını işğaldan azad edib, beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına təmin edib. Bu gün Lüksemburqdan dörd dəfə böyük olan ərazilər böyük səylər hesabına bərpa olunur və yenidən qurulur. Məcburi köçkünlər öz doğma torpaqlarına qayıdırlar. Otuz illik işğalın ağır nəticələrinə, törədilmiş dəhşətlərə baxmayaraq, Azərbaycan bu gün həm də regiona uzunmüddətli sülh və sabitlik gətirəcək normallaşma prosesinin təşəbbüskarıdır. Hazırda Azərbaycan-Ermənistan ikitərəfli sülh danışıqlarının müsbət şəkildə davam etdiyi bir məqamda xarici emissarların bu cür çıxışlarının isə regionda sülh və sabitlik naminə atılmış addım olmadığı hər kəsə məlumdur. Bu müdaxilə cəhdlərinin sülh prosesində uğurlu nəticələrin əldə olunmasını əngəlləməyə istiqamətləndiyi şübhə doğurmur. Lüksemburq parlamentinə və onun sədrinə öz “dəstəyini” başqa istiqamətlərə yönəltməyi qətiyyətlə tövsiyə edirik. “Ermənistan tərəfinə isə xatırlatmaq istərdik ki, regiondan kənar üçüncü tərəflərin bölgədə baş verən proseslərə dair birtərəfli yanaşmalarının, uydurma və yalanlarının alqışlanması və dəstəklənməsi nə sülh prosesinə, nə də etimad quruculuğuna yönəlmiş addımlara fayda gətirmir”,-deyə Milli Məclis bəyan edib.
Etnik təmizləmə siyasətini həyata keçirən Ermənistandır
Qərbi Azərbaycan İcması da bəyanat yayaraq K.Vislerin Azərbaycanı “etnik təmizləmədə” günahlandırmağa cəhd edən və müharibə cinayətlərində, eləcə də insanlıq əleyhinə cinayətlərdə və terrorçuluqda əli olan şəxslərin “azad edilməsini tələb edən” bəyanatını rədd edib və kəskin şəkildə qınayıb. Bəyanatda qeyd olunub ki, əslində, etnik təmizləmə siyasətini həyata keçirən Ermənistandır. Vaxtilə otuz il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamış bu ölkə 300 mindən çox azərbaycanlını 1987-1991-ci illərdə öz ərazisindən zorla çıxarıb. Birinci Qarabağ müharibəsi zamanı itkin düşən 4 mindən çox azərbaycanlının taleyinə isə hələ də aydınlıq gətirilməyib. “Bütün bunlar sübut edir ki, Vizler Azərbaycana qarşı münasibətində qərəzlidir və ayrı-seçkilik mövqeyi nümayiş etdirir. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, o cümlədən sərhədlərin delimitasiyası istiqamətində atılan son addımlar müstəvisində regiondan kənar dövlətlərin bu cür ziyanlı və yersiz müdaxilələri yolverilməzdir”,-deyə bəyan edən İcma K.Visleri ədalətli mövqe sərgiləməyə, 300 mindən çox Qərbi azərbaycanlının öz ata-baba yurduna qayıtması ilə bağlı məsələyə reaksiya verməyə çağırıb.
Xəbər lenti
Hamısına baxDünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41

