Əli Həsənov: Biz İran tərəfindən rəsmi açıqlama gözləyirik
24.05.2012 [00:54]
- Bakıda “Demokratiya üçün oxu” kampaniyası çərçivəsində keçirilən tədbirlər yekunlaşdı. Sizcə, bu kampaniya Azərbaycanla bağlı hansı izlər buraxdı?
- Faktiki olaraq “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı qərarlar veriləndən sonra dünyanın bəzi anti-Azərbaycan qüvvələri və təşkilatlar hərəkətə keçib. Sıralarında erməni təşkilatlarının da təmsil olduğu, onların bəlli sahələrdə maliyyəsi ilə fəaliyyət göstərən qurumlarına qoşulan bu təşkilat və bu təşkilatı təmsil edən bir-iki nəfər Azərbaycan vətəndaşı anti-Azərbaycan təbliğatına dəstək verirlər. Anti-Azərbaycan təbliğatı aparan beynəlxalq mərkəzlərin dəyirmanına su axıdırlar. Ona görə də düşünürəm ki, bu təşkilatın qurucuları və bu fəaliyyəti həyata keçirən insanlar tezliklə onların anti-Azərbaycan siyasətinə cəlb olunduqlarını, bu və ya digər xarici kəşfiyyat orqanlarına dəstək verdiklərini anlayıb bu yoldan çəkinməlidirlər.
- Bu müddət ərzində “İctimai Palata”nın razılaşdırılmamış aksiyalar keçirilməsini necə qiymətləndirirsiniz?
- Buna da təəssüf edirik. Müxalifət partiyaları ölkə vətəndaşlarına və xarici ictimaiyyət nümayəndələrinə, KİV-lərə, xarici ölkələrdəki siyasət yaratma mərkəzlərinə özlərini göstərmək üçün daha müsbət və pozitiv fəaliyyət göstərə bilmədikləri üçün bu cür davranırlar. Yəni, Azərbaycana “Eurovision” mahnı müsabiqəsini işıqlandırmağa gəlmiş jurnalistlər qarşısında özlərini göstərmək, mövcudluqlarını nümayiş etdirmək istəyirlər. Onlar belə fəaliyyətlə heç zaman Azərbaycan seçicisinin səsinə ümid edə, onun etimadını qazana bilməzlər. Əgər onlar hesab edirlərsə ki, xarici təşkilatların, yaxud bu gün onların fəaliyyətini xaricdə işıqlandıraraq Azərbaycana çamur atan qurumların dəstəyi ilə hakimiyyətə gələcəklər, yanılırlar.
- İsveçin Azərbaycandakı səfirinin dünən keçirilmiş ziyafətdə bu ölkənin “Eurovision” təmsilçisi Lorinə çıxışı zamanı siyasi bəyanat verməsi ilə bağlı təklifi barədə mətbuatda yayılan məlumata münasibətiniz necədir?
- Bəli, bu məlumat barədə xəbərim var. Təəssüf olsun ki, burada da müəyyən siyasiləşmə cəhdləri var. İstər diplomatik nümayəndələrlə bağlı olsun, istər onların ətrafındakı siyasi qruplar olsun. Musiqi yarışmasını siyasiləşdirmək olmaz. Bu və ya digər partiya nümayəndələri ilə musiqi yarışmaçısı arasındakı ünsiyyətləri quraraq belə beynəlxalq nüfuzlu tədbirlərə xələl gətirmək cəhdi həmişə pislənilib, bundan sonra da pisləniləcək.
- Bununla bağlı İsveç tərəfinə etiraz olacaqmı?
- Mən bu məsələnin mahiyyəti barədə dəqiq məlumatlı deyiləm. Hər halda mətbuatdakı xəbərlərdə görünən budur ki, siyasi partiya nümayəndələri ilə, xüsusən bu günlərdə aktiv anti-Azərbaycan fəaliyyəti nümayiş etdirənlərlə “Eurovision” yarışmasına qatılan ölkələrin təmsilçiləri arasında belə ünsiyyətin yaradılması, buna vasitəçilik edilməsi bəlli məqsədlərlə edilə bilər. Əlbəttə, bu, siyasiləşmə məqsədilə edilirsə, biz bunu pisləyirik.
- NATO-nun çikaqo Sammitinin yekununda qəbul edilmiş Bəyannamədə Dağlıq Qarabağla bağlı müddəa da əksini tapmışdı. Bunu necə dəyərləndirirsiniz?
- Biz bunu obyektiv, həm də müsbət dəyərləndiririk. çünki NATO beynəlxalq sülhyaratma proseslərində iştirak edən əsas nüfuzlu qurumlardan biridir. Düşünürük ki, bu qurumun Cənubi Qafqazdakı digər münaqişələrlə dəyərləndirməsi, hər üç ölkənin ərazi bütövlüyünün pozulmaz olmasını təsdiqləməsi, gələcəkdə Dağlıq Qarabağ probleminin, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həllində ATƏT-in digər prinsipləri ilə yanaşı istifadə olunan əsas beynəlxalq hüquq norması kimi qəbul oluna bilər. NATO əvvəlki illərdə, əvvəlki sammitlərdə də Azərbaycanın ərazi bütövlüyü və Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını təsdiq etmişdi. Bu gün həmin faktı bir daha təsdiqləməsi onu göstərir ki, erməni tərəfi, yaxud onlara dəstək verən dairələrin iddia etdiyi kimi “Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilməz” prinsipi, uydurmaları yalandır və nüfuzlu beynəlxalq təşkilatların mövqeyi ilə üst-üstə düşmür.
- AXCP sədri Əli Kərimli deyib ki, “İranda milyonlarla azərbaycanlının dini lider kimi qəbul etdiyi din xadiminin burda tənqid və təhqir olunması milli maraqlarımıza ziddir və düzgün deyil”.
- Azərbaycanda heç bir İran dini rəhbəri, yaxud dini lideri təhqir olunmayıb. Azərbaycan hakimiyyəti və ictimaiyyəti İranın dini rəhbərlərinə, ruhaniyyətinə daim sayğı ilə yanaşıb. Lakin eyni zamanda ruhaniyyətin anti-Azərbaycan fəaliyyətini də açıq şəkildə, çəkinmədən onlara bildirib. Son zamanlar İranın bəzi ruhani dairələri heç bir əsası olmayan anti-Azərbaycan fəaliyyətinə, təbliğatına qoşulublar və bu işin başında dayanıblar, Azərbaycanda keçirilən beynəlxalq tədbiri “gey-parad” adı ilə ləkələmək istəyirlər. Azərbaycan xalqına beynəlxalq aləmdə, o cümlədən İran səviyyəsində böhtan atmaq istəyirlər. Biz bu böhtana etirazımızı bildirmişik. O ki qaldı İran səfirliyi qarşısında keçirilən piketlərdə İranın dini rəhbərinin portretinin qaldırılması ki, “Ermənistana dəstək verməkdən imtina et!”, “Anti-Azərbaycan fəaliyyətinin qarşısını alın!” - bu, çağırışdır. Burada böhtan, təhqir yoxdur.
- İranın Azərbaycandakı səfirinin Tehrana çağırılmasına münasibətinizi bilmək istərdik....
- Hər bir ölkənin öz səfirini ölkəyə çağırması, məsləhətləşmələr aparması təbiidir. Bu normal prosedurdur. Bunu dramatikləşdirmək lazım deyil. Faktiki olaraq dramatikləşən odur ki, İranın bəzi dairələri Azərbaycanın əleyhinə əsası olmayan anti-Azərbaycan təbliğatı aparırlar. Bir an içində bunu dayandırmalıdır. Azərbaycan hakimiyyətinin indiyədək İran, onun maraqları, regionda bu ölkəyə yanaşma, bu ölkə ilə beynəlxalq aləmin münasibətləri ilə bağlı səsləndirilən rəsmi açıqlamalarının cavabı hələ ki, İran tərəfindən gəlməyib. Biz o rəsmi açıqlamaları İran tərəfindən gözləyirik.
- İranda saxlanılan iki azərbaycanlı şairin taleyinə hələ də rəsmi aydınlıq gətirilməyib. Bununla bağlı gözləntiləriniz nədir?
- Təəssüf olsun ki, biz bu məsələyə aydınlıq gətirə bilmirik. çünki heç bir məlumat yoxdur. Hesab edirik ki, bu cür hallar iki ölkə arasındakı münasibətlərə ziyan vurur.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

