/ / Professor Quram Marxulia: Həqiqətən də, Azərbaycan tolerantlıq məsələsində digər xalqlara nümunədir
Professor Quram Marxulia: Həqiqətən də, Azərbaycan tolerantlıq məsələsində digər xalqlara nümunədir
05.10.2012 [03:43]
- Professor, II Bakı Beynəlxalq Humanitar Forumunu necə qiymətləndirirsiniz?
- Forum, həqiqətən də, qlobal əhəmiyyətli maraqlı mövzularla zəngindir. Burada beynəlxalq münasibətlər, multikulturalizm məsələləri, qloballaşma və s. problemlər müzakirə olunur. Forumda gələcəkdə dövlətlərin necə olacağı, xalqlar və onların qarşılıqlı əməkdaşlığının hansı səviyyədə aparılacağı əsas diqqət mərkəzindədir. Mən hesab edirəm ki, bu daha çox Qərb, Avropa ölkələrinə aid problemdir. Gürcüstanda multikulturalizm problemi olmayıb. Gürcüstanda yaşayan bütün xalqlara gürcülərlə eyni hüquqlar verilib. Avropalılar süni şəkildə multikulturalizmi digər xalqlara sıramağa çalışırlar, lakin bu onlarda alınmır. Buna görə də, bu proses onlar üçün problemə çevrilə bilər. Nə Azərbaycan, nə də Gürcüstan üçün belə xarakterli problem ola bilməz. Əsrlərdir ki, bizim xalqlarımız üçün bu belə olub: başqa xalqlara hörmət və dözümlülük. Azərbaycanda müxtəlif millətlər - talışlar, ləzgilər, avarlar və s. birgə yaşayır. Burada milli zəmində heç vaxt hər hansı bir problem olmayıb.
- Bu kontekstdə II Bakı Beynəlxalq Humanitar Forumu dünyaya nə verə bilər?
- Bu gün bir çox ölkələrin nümayəndələri Bakıda Beynəlxalq Humanitar Forumda məhz bu məsələni müzakirə etmək üçün toplaşıblar. Və mən deyərdim ki, bir çox dövlətlər məhz Azərbaycandan bu siyasətin necə yürüdüldüyünü öyrənəcək. Azərbaycan xalqı digər dövlətlərə, xalqlara öz nümunəsində göstərəcək ki, tolerantlıq, başqa xalqlara qarşı dözümlülük nədir. Bunu müqayisədə də görmək olar ki, həqiqətən də, Azərbaycan tolerantlıq məsələsində digər xalqlara nümunədir. Digər xalqlar da tolerantlığı Azərbaycanın nümunəsində tətbiq etməlidirlər.
- Bildiyiniz kimi, Azərbaycanın ən böyük problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu məsələ ilə bağlı sizin fikirlərinizi bilmək istərdik...
- Bu, təbii ki, geosiyasi problemdir. Münaqişə keçmiş Sovet İttifaqının dağılması ərəfəsində özünü büruzə verməyə başladı. Ermənilər hələ SSRİ dağılmamışdan əvvəl və ümumiyyətlə, hər geopolitik dövr dəyişəndə özlərinə müttəfiq və havadar taparaq, onlara sığınacaq verən xalqlara, ərazisində yaşadıqları dövlətlərə qarşı torpaq iddiaları ilə çıxış etməyə başlayıblar. Bir ailə kimi birlikdə yaşadığın xalqın bir gün sənə qarşı çevriləcəyini düşünmək olmur. Mən hesab edirəm ki, bu Azərbaycan ictimaiyyəti, eləcə də, Gürcüstan cəmiyyəti üçün də gözlənilməz olub. Abxaziya və Osetiya məsələsi də bizim üçün gözlənilməz idi. Yaşadığın ölkəyə qarşı çıxmaq torpaqlarını işğal etmək, insanlara qarşı silahdan istifadə edib uşaq və yaşlıları öldürmək, bunu yalnız erməni xalqı edə bilər.
- Bu yaxınlarda, ASALA terrorçularının Azərbaycana qarşı açıq təhdidinin də şahidi olduq. Sizcə, bu fakt Ermənistanın terroru dəstəkləyən ölkə olmasına işarə deyilmi?
- Əlbəttə. Onu da deyim ki, Ramil Səfərovla bağlı Prezident İlham Əliyev ədalətli qərar verib. Mən də bu barədə yazmışdım və buna görə “Geosiyasi və Geotarix Assosasiyası”nın fəxri üzvü adını aldım. Bu hadisə isə Ermənistanda böyük əks-səda doğurdu. Bilirsinizmi, Ermənistan normal siyasət yürüdə bilmir. Ona görə də, terrora əl atır. Terror ermənilərin “qəflətən sürpriz” halında meydana çıxara biləcəyi yeganə silahıdır. Artıq Ermənistanın gücü yoxdur ki, mübarizə aparsın. Başqalarına hücum edən aqressiv insan acizdir. Zəif insan və aciz xalq başqa cür də hərəkət edə bilməz.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36

