"Eurovision-2012" ölkəmizin turizm sənayesinin inkişafına öz töhfəsini verəcək
18.07.2012 [00:33]
Avropanın möhtəşəm musiqi yarışması olan “Eurovision-2012” artıq tarixə qovuşsa da, bu müsabiqəyə ev sahibliyi etmiş Azərbaycan, həmçinin, onun xalqımızın, milli adət-ənənələri, zəngin mətbəxi, ölkəmizin dibər guşələri, xalqın qonaqpərvərliyi haqda materiallar hələ də dünyanın aparıcı KİV-lərinin səhifələrində işıq üzü görür. Doğrudur, burada da müəlliflərin fikirləri haçalanır. Müsabiqəni izləmək üçün Azərbaycana xoş niyyətlə gələn KİV nümayəndələri burada gördükləri iqtisadi inkişafı, inkişaf edən, dəyişən Bakımızın füsunkar gözəlliklərini böyük həvəslə tərənnüm edirlər. çox təəssüf ki, bəzən xarici KİV-lərdə elə yazılara da rast gəlinir ki, elə ilk abzasından bu yazıların sifarişlə yazıldığı, öz möhtəşəmliyi ilə müsabiqənin tarixinə damğasını vurmuş “Eurovision-2012”yə kölgə salmağa çalışdığı hiss olunur. Təbii, başqa səbəb ortaya qoya bilmədiklərindən, adətən bu tip yazılarda guya müsabiqəni izləmək üçün Bakıya az sayda turistlərin gəldiyi, ölkəmizin turizm üçün çox da münasib ölkə olmadığı və s. kimi cəfəng fikirlər qabardılır. Azərbaycan Turizm Şirkətləri Assosiasiyasının (AZTA) prezidenti Nahid Bağırov qəzetimizə müsahibəsində “Eurovision-2012” mahnı yarışmasının öz möhtəşəmliyi ilə nəinki 57 ildən bəri keçirilən bu mahnı müsabiqəsinin tarixinə möhürünü vurduğunu bildirməklə yanaşı, onun həm də Azərbaycanı dünyaya bir turizm ölkəsi kimi tanıtdırdığını söylədi.
-Nahid müəllim, bir qədər əvvəl Bakı şəhəri Avropanın nüfuzlu yarışması olan “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi etdi. Sizcə, bu müsabiqə ölkəmizin turizm potensialının təbliği baxımından nə dərəcədə əhəmiyyətli oldu?
-”Eurovision-2012” mahnı müsabiqəsi ölkəmizin güclü turizm potensialına malik olduğunu sübut etdi. Belə ki, müsabiqəni izləmək üçün ölkəmizə gələn qonaqlar beynəlxalq standartlara uyğun hotellərdə yerləşdirildilər, onlara yüksək səviyyədə xidmətlər təqdim olundu. Onlar Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, folkloru, milli mətbəxi, etnoqrafiyası ilə yaxından tanış oldular, ölkəmiz haqda daha dolğun və hərtərəfli məlumata malik oldular. Əcnəbi qonaqlar, xüsusən, Azərbaycan xalqının qonaqpərvərliyindən heyrətə gəlirdilər. Bizimlə söhbətlərdə Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu qeyd edirdilər. Qonaqları getdikləri hər yerdə xoş təbəssüm və mehribanlıqla qarşılayırdılar. Hesab edirəm ki, burada onlara göstərilən yüksək səviyyəli xidmət, eləcə də, Bakı şəhərinin bənzərsiz gözəlliyi, insanların qonaqpərvərliyi, ölkəmizdə turizmin inkişafı üçün yaradılan şərait, Azərbaycanın turizm potensialının dünya ölkələrində təbliği baxımından mühüm əhəmiyyət kəsb edəcək.
-Müsabiqədən sonra müxalifət mətbuatında, gözlənilənlərin əksinə olaraq, guya “Eurovision” mahnı müsabiqəsini izləmək üçün ölkəmizə cəmi 600 turistin gəlməsinə dair şayiələr yer aldı. Bu fikirlər nə dərəcədə əsaslıdır?
-İlk növbədə, onu deyim ki, Bakıya müsabiqəni izləmək üçün guya 600 nəfər turistin gəlməsi barədə məlumat cəfəngiyyatdan başqa bir şey deyil. Bu, ümumiyyətlə, çox gülünc, əsassız və məntiqə uyğun olmayan bir şayiədir. Mahnı müsabiqəsini izləmək üçün Bakı şəhərinə gələn qonaqlar, eləcə də, müsabiqə iştirakçıları, rəsmi nümayəndə heyətləri və jurnalistlər əvvəlcədən seçdikləri hotellərdə otaqlar sifariş ediblər və onlar Bakıya gəldikdən sonra həmin hotellərdə yerləşdiriliblər. Yeri gəlmişkən, qeyd edim ki, müsabiqə ərəfəsində paytaxtdakı hotellərin nömrə fondunun 95 faizi qonaqlar tərəfindən tutulub. Bu tədbirlə əlaqədar Bakı şəhərinə gələn ümumi qonaqların sayı 20 minə yaxın olub. Onların əksəriyyəti 18-25 yaş həddində idilər. Onu da qeyd edim ki, gənc turistlərin bir çoxu buradakı öz tanışlarının evlərində qalmağı üstün tutub, bəziləri isə hotel nömrələrindən daha ucuz, məsələn, 20-30 avro məbləğində olan evlər kirayələyiblər.
-Belə şayiələr də gəzirdi ki, guya müxtəlif turizm şirkətləri tərəfindən hotellərdəki yerlər qabaqcadan satın alınıb və turistlərə baha qiymətə satılıb. Bu isə turistlərin narazılığına, eləcə də, ölkəmiz haqda mənfi imic formalaşmasına səbəb olub.
-Xatırladım ki, “Eurovision-2012” mahnı müsabiqəsinin qonaqlarının hotellərdə yerləşdirilməsi və ekskursiyaların təşkili, Avropa Yayımlar Birliyi tərəfindən, müsabiqənin rəsmi tərəfdaşı kimi AZTA-ya həvalə olunmuşdu. Digər tərəfdən isə, ötən illərin təcrübəsinə görə, “Eurovision” mahnı müsabiqəsinin keçirildiyi digər ölkələrdə hotellərin qiymətinin çox yüksək olmasını nəzərə alaraq, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və AZTA əvvəlcədən hotellərə tövsiyə xarakterli məktublar göndərmişdi. Məktubda hotellərdə qiymətlərin süni artımına yol verilməməsi, qonaqlara yalnız hotelin tarif qiymətinin təqdim olunması tövsiyə olunurdu. Yeri gəlmişkən, qeyd edim ki, bir sıra hotellərdə bunu nəzərə alaraq qonaqlara tarif qiymətindən, hətta 20 faiz aşağı nömrələr təklif olunub. Qonaqlar isə internet vasitəsi ilə istədiyi hotelləri seçib, nömrələr sifariş ediblər, hotelin tarif qiymətinə uyğun ödənişlər aparıblar.
-Dediniz ki, AZTA “Eurovision” mahnı müsabiqəsinin rəsmi tərəfdaşları arasında yer alıb. Bəs müsabiqəni izləmək üçün Bakıya gələn turistlər üçün nə kimi proqramlar hazırlanmışdı?
-”Eurovision” mahnı müsabiqəsini izləmək üçün Bakıya gələn turistlər üçün AZTA tərəfindən rəngarəng proqramlar və ekskursiyalar təşkil olunmuşdu. Turistlərin sərəncamına lüks avtobuslar, həmçinin, respublikamızın tarixini, onun mədəniyyətini, xalqımızın adət-ənənələrini, zəngin mədəni irsini dərindən bilən savadlı və təcrübəli ekskursiya bələdçiləri verilmişdi. Mədəniyyət və Turizm Nazirliyi lüks “Baku City” avtobuslarda qonaqlar üçün hər gün pulsuz ekskursiyalar təşkil edirdi. Bakı şəhəri və İçərişəhər daxil olmaqla, Qobustana və Abşeron yarımadasının digər yerlərinə, həmçinin, Qəbələ, Şəki rayonlarına səyahətlər təşkil edilmişdi. Sadalananlarla yanaşı, qonaqların arzusu ilə, onların istədikləri yerlərə də AZTA tərəfindən ekskursiya və səyahətlər təşkil edilirdi. Bir sözlə, hesab edirəm ki, qonaqlar Bakıda olduqları müddətdə həm mahnı müsabiqəsinin möhtəşəmliyindən, həm də ölkəmizin dilbər guşələri və görməli yerlərinə səyahətlərdən, tarixi abidələrimizlə yaxından tanışlıqdan çox məmnun qaldılar.
- Sizcə, “Eurovision”un belə yüksək səviyyədə təşkili və keçirilməsi cari ildə ölkəmizə turist axınına səbəb ola biləcəkmi?
- Heç şübhə yoxdur ki, “Eurovision-2012” mahnı müsabiqəsinin belə yüksək səviyyədə keçirilməsi Azərbaycanda turizmin inkişafına öz müsbət təsirini göstərəcəkdir. Belə ki, Bakıya gələn qonaqlar buradakı inkişafı, tərəqqini, xalqımızın yüksək qonaqpərvərliyini öz gözləri ilə gördülər. Təbii ki, onlar öz ölkələrinə qayıtdıqdan sonra bütün bunlar barədə öz yaxınlarına, dost-tanışlara danışacaqlar. Məsələyə təbliğat nöqteyi-nəzərindən yanaşsaq, “Eurovision”da iştirak etmək üçün Bakıda olan hər bir turist Azərbaycanı öz ölkəsində reklam etməklə, orta hesabla, ən azı 20 turisti respublikamıza cəlb edəcəkdir. Biz əminik ki, “Eurovision”un Bakıda keçirilməsi ölkəmizə turizm axınına müsbət təsir edəcək, Azərbaycana gələn turistlərin sayı ildən-ilə artacaq. Buna, həm Azərbaycanın turizm infrastrukturasının sürətlə inkişafı, yeni turizm obyektlərinin, hotellərin inşası, həm də turizm sahəsində çalışan kadrların kəmiyyət və keyfiyyətcə artması çox böyük şərait yaradır.
-Yeri gəlmişkən, ölkədə artıq turizm mövsümünə start verilib. Sizcə, turizm şirkətləri nə kimi yeniliklərlə bu mövsümə başlayırlar? Qiymətlərdə hər hansı endirimlər olacaqmı? Statistika göstərir ki, Azərbaycanda 1 nəfərin 1 həftə dincəlməsi üçün turist şirkətlərinin təklif etdiyi qiymətlər Türkiyənin məşhur Antalya, Kəmər, Belek istirahət mərkəzlərindən 2 dəfə, Gürcüstandakı istirahət mərkəzlərindən isə 3 dəfə bahadır.
-Turizm Azərbaycan üçün yeni sahə olduğundan, ölkədə fəaliyyət göstərən turizm şirkətləri öz fəaliyyətlərini ildən-ilə genişləndirirlər, təcrübələrini artırırlar. Başqa sözlə, onlar həm daxili, həm də xarici turizmin inkişafına çalışırlar. Təbii ki, turizm şirkətləri çalışmalıdırlar ki, ölkəmizə daha çox turist cəlb edə bilsinlər. Bu, ölkə iqtisadiyyatının inkişafı üçün mühümdür. Digər tərəfdən isə, turizm şirkətləri daxili turizmin inkişafına da diqqət yetirməlidirlər ki, ölkə vətəndaşları Azərbaycanın dilbər guşələrinə səyahət edə, bu yerlərin füsunkar təbiəti ilə tanış ola bilsinlər, doyunca istirahət edə bilsinlər. Sualınıza cavab olaraq bildirim ki, regionlarda fəaliyyət göstərən istirahət zonalarında keçən illərə nisbətən qiymətlər münasib olub. Hal-hazırda Azərbaycanın regionlarında fəaliyyət göstərən bir sıra istirahət zonalarında qiymətlər, hətta Türkiyə və Gürcüstandakı qiymətlərdən də ucuzdur. Qiymətlərin ucuz və ya baha olmağı turizm şirkətlərindən daha çox hotellərdən asılıdır. Hotellərin verdiyi qiymətlər əsasında turizm şirkətləri də “turpaketlər” hazırlayır. Əslində, onlar həmin “turpaketlər”ə əlavə qiymət qoymurlar, yalnız hotelin verəcəyi faizdən gəlir əldə edirlər. Onu da qeyd edim ki, artıq turizm obyektləri arasında rəqabətin güclənməsi qiymətlərə də öz təsirini göstərməkdədir. Doğrudur, etiraf etmək lazımdır ki, daxili turizmin inkişafı üçün yerlərdə turistlərə göstərilən xidmətin çeşidini və keyfiyyətini artırmaq lazımdır. Məsələn, Türkiyədə, əsasən, turistlərə göstərilən əlavə xidmətlər hesabına daha çox gəlir əldə edirlər. Gürcüstanda da, dediyiniz kimi, qiymətlər bir o qədər də ucuz deyil. Onlar, sadəcə, ən ucuz turizm obyektlərini reklam edirlər, bu yolla özlərinə daha çox müştəri cəlb etməyə çalışırlar. Əsas gəlirləri isə, əlbəttə, turistlərə göstərilən əlavə xidmətlər hesabına əldə edirlər.
-Turizm şirkətlərinin qiymətləri aşağı salması ölkədə daxili turizmin inkişafına sürətli təkan verə bilər. AZTA olaraq, bu istiqamətdə nə kimi işlər görürsünüz?
-Turizm şirkətlərinin müştərilərə təklif etdiyi qiymətlər müxtəlif amillərdən asılıdır. Bu, həm onların hotel, nəqliyyat və digər obyektlərlə bağladığı müqavilələrdən, təyyarə biletlərinin qiymətindən, mövsümdən və s. asılıdır. Digər tərəfdən isə, ölkəyə daha çox turist cəlb edilməsi üçün hotel və istirahət mərkəzləri turizm şirkətlərinə münasib, eləcə də, xüsusi qiymətlər verməlidirlər. AZTA yarandığı müddətdən bəri bu sahədə işlər aparır. Turizm şirkətləri və hotellər arasında sıx əlaqələr yaratmaq üçün görüşlər təşkil edir, onlara tövsiyə və məsləhətlər verir, istiqamətləndirir və əməkdaşlığa çağırır. AZTA turizm şirkətləri və hotellərin rəhbərlərinə turizm xidmətlərinin qiymətini aşağı salmaq üçün yolları göstərir, menecmentliyi düzgün qurmağı təklif edir. Bundan əlavə, AZTA, bir ictimai təşkilat olaraq, həmişə turizm istirahət mərkəzlərinin rəhbərlərinə turistlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və qiymət siyasətini düzgün qurulmasına dair öz tövsiyələrini verir. ümid edirəm ki, qarşıdakı illərdə biz bu istiqamətdə müsbət dəyişikliklərin şahidi olacağıq.
-Nahid müəllim, gec də olsa, üTT-yə qoşulmuş üzvlər Şurasının vitse-prezidenti seçilməyiniz münasibəti ilə təbriklərimizi qəbul edin. Heç şübhə yoxdur ki, bu beynəlxalq qurumda təmsil olunmağımız Azərbaycanda turizmin inkişafına da öz müsbət töhfələrini verəcək.
-Təbrik üçün təşəkkür edirəm. Qeyd edim ki, beynəlxalq aləmdə Azərbaycanın nüfuzu ildən-ilə artdıqca, respublikamıza gələn turistlərin sayı da artır. Digər tərəfdən isə, hər il ölkəmizdə müxtəlif səviyyələrdə beynəlxalq tədbirlər, idman yarışları, konfranslar, sammitlər keçirilir. Bütün bunlar, sözsüz ki, ölkəmizə gələn turistlərin sayına da müsbət təsir göstərir.
Hesab edirəm ki, bu, həm də, Azərbaycanda düzgün turizm siyasətinin aparılmasının beynəlxalq qurumlar tərəfindən təsdiqidir. Əminəm ki, üTT-dəki fəaliyyətim ölkəmizdə turizm sənayesinin inkişafına da öz müsbət töhfəsini verəcək.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

