Musa Urudun "Uruda iki səfər" kitabının təqdimatı keçirilib
22.04.2011 [09:29]
Rəşad Məcid deyib ki, bununla bağlı bəzi əsərlər işıq üzü görsə də, reallığı və tarixi faktları əks etdirən, bütün həqiqəti çılpaqlığı ilə ortaya qoyan əsərlərin sayı azdır. Belə əsərlərdən biri də Musa Urudun “Uruda iki səfər” əsəridir.
Tədbirdə çıxış edən millət vəkilləri Məlahət İbrahimqızı, Azay Quliyev və başqaları əsərin məhz bu məziyyətlərinə diqqət çəkiblər. Onlar vurğulayıblar ki, hər bir yaranan ədəbiyyat nümunəsi həm də ekran əsəri üçün mövzu olur. Bu mənada Musa Urudun “Uruda iki səfər” əsərinin ekranlaşdırılması çox vacibdir.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu da çıxışında Musa Urudun poeziyaya gəlişini xatırlayıb və söyləyib ki, bu gəliş ritorikasız, hay-küysüz olub: “Onun ötən əsrin 90-cı illərində siyasətə gəlişi də ədəbiyyata gəlişi kimi hay-küysüz olub. Amma Musa Urudun istər poeziyada, istərsə də siyasətdə öz çəkisi var”.
“Uruda iki səfər” kitabı haqqında danışan Hikmət Babaoğlu haqlı olaraq əsəri Azərbaycanın qədim torpaqları haqqında tarixi sənəd kimi dəyərləndirib: “Musa Urud Ukraynanın Saki şəhərinə xitabən yazdığı şeirdə deyir:
Sən itin dilini öyrəndin,
Qurdun dilini öyrənmədin
Mən hesab edirəm ki, bu böyük mənada tarixi yaddaşa söykənən bir giley idi. Eyni zamanda, bizə tarixi istiqamət verirdi. Krımdan tutmuş Şəkiyə qədər toponimlərimizin eyniliyi və onların arasındakı mənəvi və tarixi bağlılıq tarixi kimliyimizdən, həmçinin, bəşər tarixindəki yerimizdən xəbər verir. Bu mənada Musa Urudun “Uruda iki səfər” əsəri tarixi oçerk kimi bu tarixi bağlılığı özündə əks etdirir, oxucuya həqiqətlərimizi çatdırmaqla yanaşı, bir insanın yaşantıları timsalında böyük bir xalqın yaşadığı faciələri açıb danışır. Musa müəllimin əsərlərində Yusif Vəzir çəmənzəminlinin romanları içərisindəki tarixi istiqaməti görməmək mümkün deyil. Tariximizin əsərlərə köçməsi bu günümüz və gələcəyimiz üçün çox vacibdir və mən hesab edirəm ki, Musa Urudun bu əsəri günün reallığına cavab verən bir əsərdir”.
Daha sonra şair-tərcüməçi Səlim Babullaoğlu, tənqidçi Vaqif Yusifli və digərləri danışaraq əsərin tarixi məziyyətlərini açıqlayıblar. Tədbir iştirakçıları onu da vurğulayıblar ki, Musa Urudun “Uruda iki səfər” əsəri kino xadimlərimizin də diqqətini çəkəcək XX əsrin Qarabağ savaşı tarixində yaranmış ən real əsərdir.
Qeyd edək ki, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdundan didərgin düşən sadə insanların vətən həsrətindən bəhs edən “Uruda iki səfər” kitabı üç dildə - Azərbaycan, ingilis və fransız dillərində nəşr edilib.
İki hissədən ibarət olan kitabda Zəngəzur mahalından və qədim yurdumuz İrəvandan söhbət açılır. Ermənistanın işğalı altında olan torpaqlarımıza yolçuluq zamanı müəllifin keçirdiyi hisslər, görüşdüyü insanlar və nəhayət ata ocağına sahib çıxmış sadə erməni qocası ilə görüşündən bəhs edilir. Həyata göz açdığı yurddan, doğma torpağından qoparılmış müəllifin ağrı-acısı çox böyük bəşəri bir duyğunu ifadə edir-insan heç bir halda və heç bir zaman diskriminasiyaya məruz qalmamalı, deportasiya olunmamalı, insan insanı qətlə yetirməməlidir.
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

