Şuşada ikinci dəfə...
13.09.2022 [11:19]
XIV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Günel ABBAS
Azərbaycan professional musiqisinin və milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının açılış mərasimi artıq iki ildir Şuşa şəhərində baş tutur. Ümummilli lider Heydər Əliyevin “Üzeyir musiqi gününün keçirilməsi haqqında” müvafiq fərmanına uyğun olaraq, 1995-ci ildən bəri ölkəmizdə hər il ənənəvi şəkildə Üzeyir musiqi günü keçirilir. 2009-cu ildən isə Beynəlxalq Musiqi Festivalı keçirilməsi haqqında yeni qərar qəbul olunub. Festivalın işində azərbaycanlı musiqiçilərlə yanaşı, başqa ölkələrdən olan ifaçılar da iştirak edir. Festival zamanı konsertlərlə yanaşı, Üzeyir Hacıbəylinin əsərləri əsasında teatr tamaşaları səhnəyə qoyulur. Dahi bəstəkarın yaradıcılıq irsini araşdıran elmi konfranslar keçirilir.
2020-ci ilin 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti nəticəsində işğal altındakı torpaqlarımız, o cümlədən Üzeyirin doğma şəhəri Şuşa azad edildi. Tarixi ədalət bərqərar oldu və Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Ötən il Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının ilk konserti də sentyabrın 18-də - Üzeyir Musiqi Günündə Şuşada keçirildi. Konsert proqramı açıq havada - Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və tanınmış solistlərin iştirakı ilə təqdim olundu.
Mədəniyyət Nazirliyindən “Yeni Azərbaycan”a bildirilib ki, cari ildə də Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı digər bölgələrlə yanaşı Şuşada da keçiriləcək: “18-26 sentyabr tarixlərini əhatə edəcək festival üçün xüsusi konsepsiya işlənib hazırlanıb. Builki festival bir neçə xətt üzrə musiqisevərlərin könlünü oxşayacaq. “Üzeyir ənənəsinin sönməyən ulduzları” adı altında bu il yubileyləri olan musiqi xadimlərinə həsr olunan və “Üzeyir sənətinin gənclik sədaları” adı altında proqramlar baş tutacaq.
Eyni zamanda xüsusilə vurğulamaq lazımdır ki, bu il Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən “Şuşa ili”, habelə “Fikrət Əmirovun 100 illiyi” dövlət səviyyəsində qeyd olunur. Bu münasibətlə festival çərçivəsində Şuşa şəhərində bir neçə tədbirin təşkili, eyni zamanda ölkəmizin digər şəhər və bölgələrində - Gəncə, Bərdə, Ağcabədidə konsert və tamaşaların nümayişi planlaşdırılıb. Builki festivala dünyanın müxtəlif ölkələrindən solistlər, dirijorlar, kollektivlər dəvət olunub. Buna misal olaraq ABŞ, Norveç, Fransa, Avstriya, Almaniya, Türkiyə, Yunanıstan, Qazaxıstan, Tatarıstan, Bolqarıstan, Macarıstan, Rusiya, Yaponiya, Cənubi Koreya, Almaniya, Gürcüstandan səfər edəcək musiqiçiləri qeyd etmək olar”.
Qeyd edək ki, Festivalın təşkilatçıları Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondudur.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33

