/ / Heydər Əliyev Mərkəzində Rusiyanın “Atelye” teatrının təqdimatında “Ad” tamaşası nümayiş olunacaq
Heydər Əliyev Mərkəzində Rusiyanın “Atelye” teatrının təqdimatında “Ad” tamaşası nümayiş olunacaq
23.05.2017 [10:03]
İyunun 2-də Heydər Əliyev Mərkəzində Rusiyanın “Atelye” teatrı (Müstəqil teatral layihə) “Ad” tamaşasını təqdim edəcək.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, məşhur “Ad” (“Le Prenom”) pyesinin müəllifləri fransız dramaturqlar Aleksandr de la Patelyer və Matye Delaportdur.
“Atelye” teatrının təqdimatında səhnələşdirilən “Ad” tamaşasının quruluşçu rejissoru Daynyus Kazlauskasdır. Səhnə əsərində rolları Mariya Kulikova (Marqarita), Georgi Dronov (Leonid), Konstantin Yuşkeviç (Andrey), Mariya Rışenkova (Anna) və Anton Eldarov (Yevgeni) oynayırlar.
Pyesin süjet xətti həyatdan götürülüb: şam yeməyində ailənin yeni doğulmuş üzvünə qoyulacaq ad müzakirə olunur. Sevgi və intriqanı əks etdirən səhnə əsəri tamaşaçılara maraqlı, xoş anlar bəxş edəcək.
Qeyd edək ki, “Ad” pyesinin çox uğurlu taleyi olub. Əsər əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası 2010-cu ildə Parisdə VII Eduard Teatrında keçirilib və pyes bu səhnədə 243 dəfədən çox oynanılıb. Premyeradan sonrakı iki həftə ərzində Avropanın əksər ölkələrinin, eyni zamanda, İsrailin, Latın Amerikası ölkələrinin və ABŞ-ın nüfuzlu teatrları pyesin səhnələşdirilməsi hüququnu əldə edib. 2012-ci ildə əsər eyni adla ekranlaşdırılıb və 2013-cü ildə Fransada 2 nominasiyada “Sezar” kino mükafatına layiq görülüb.
“Atelye” teatrının təqdimatında “Ad” tamaşasının premyerası 2016-cı il yanvarın 31-də olub.
“Atelye” Rusiyada fəaliyyət göstərən böyük özəl teatrdır. Tamaşaları yüksək səviyyəli peşəkarların ərsəyə gətirməsi, rolları ən güclü səhnə ulduzlarının oynaması, səhnələşdirmək üçün yalnız müasir tamaşaçıların rəğbətini qazanmış pyeslərin seçilməsi teatrın əsas prinsipləridir.
Xəbər lenti
Hamısına baxDünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16

