“İrs” seriyasından yeni nəşr: “Qarabağ - əsrlərin salnaməsi” kitabı çapdan çıxıb
22.04.2017 [11:15]
“İrs” seriyasının yeni nəşri olan “Qarabağ - əsrlərin salnaməsi” kitabı Azərbaycanın dilbər guşəsi Qarabağın faciəli taleyinə həsr edilib.
AZƏRTAC xəbər verir ki, nəşrdə bu ərazinin tarixindən, qarabağlıların mərdliyindən, keşməkeşli həyatından, habelə XX əsrin 80-ci illərinin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən, Dağlıq Qarabağın işğalından, Xocalı soyqırımından bəhs olunur.
Kitab “Azıx mağarası”, “Məğrur albanlar”, “Monqol istilası”, “Müharibələrarası dövr”, “Pənahəli xan Qarabağlı”, “Yenilməz Şuşa”, “Çətin seçim”, “Əcdadların torpağı uğrunda”, “Nə unutmaq, nə də bağışlamaq” fəsillərindən, proloq və epiloqdan ibarətdir. Bu fəsillərin hər birində mövzu elmi, tarixi mənbələrə istinadla mükəmməl əhatə olunub. Məsələn, “Azıx mağarası” fəsli oxucuda bu məkanın qədimliyi haqqında dolğun təsəvvür yaradır: “Məmmədəli Hüseynovun topladığı zəngin material onun bu regionda insanın əmək fəaliyyətinə 2 milyon il öncə başlaması ilə bağlı cəsarətli fərziyyə irəli sürməsinə imkan verdi. Gürcü arxeoloqlarının daha sonrakı tapıntıları azərbaycanlı alimin ehtimalını doğrultdu. Qarabağ, həqiqətən, bəşəriyyətin ilk yurdlarından biri hesab edilə bilər. Bu isə, öz növbəsində, Homonun polisentrik mənşəyi və onun yaşı (ən azı 3 milyon il) ilə bağlı nəzəriyyənin xeyrinə daha bir arqumentdir”.
“Məğrur albanlar” fəslində qeyd olunur ki, Qarabağ min ildən çox Albaniyanın tərkibində olub. Alban çarları ilə qarabağlıları möhkəm vassallıq əlaqələri bağlayırdı. Bu əlaqələr birgə hərbi yürüşlərdə qurulur, çar əyanları və qohumluq vasitəsilə qorunub saxlanılır, vahid din hesabına möhkəmlənirdi. Alban mənşəli qarabağlılar üçün bu dövlət doğma idi və Qafqaz Albaniyasının ikinci paytaxtı Bərdə onların torpağında yerləşirdi.
Kitabın “Monqol istilası” fəslində müvafiq dövrdə Qarabağın strateji əhəmiyyəti, onun 1318-ci ildə elxanilərin Qızıl Orda Xanları ilə mübarizə mərkəzinə çevrilməsi əksini tapıb.
Oxucular bu nəşrdə, həmçinin XV-XVIII əsrlərdə Azərbaycanda müxtəlif müharibələr zamanı Qarabağın mövqeyi (“Müharibələrarası dövr” fəsli), Qarabağ xanlığının əsasının qoyulması, burada dövlətçilik istiqamətində görülən işlər (“Pənahəli xan Qarabağlı”), Ağa Məhəmməd şah Qacarın hücumu və Şuşanın müdafiəsi (“Yenilməz Şuşa”), XIX əsrin mürəkkəb siyasi prosesləri, Rusiya imperiyasının tərkibinə ilhaq olunduqdan sonra Qarabağın vəziyyəti, ermənilərin buraya köçürülməsi, Rusiya imperiyasının “Parçala və hökm sür!” siyasəti (“Çətin seçim”) haqqında tarixi materiallarla da tanış ola bilərlər.
“Əcdadların torpağı uğrunda” fəslində isə XX əsrdə Qarabağın ictimai-siyasi, mədəni mühiti və sosial həyatı əks olunub. XX əsrin 80-ci illərinin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində yaşanan dəhşətli faciələr, işğal altında qalan ərazilərimizdəki abidələrin məhv edilməsi (“Nə unutmaq, nə də bağışlamaq” fəsli) haqqında məlumatlar verilib.
Bütün bunlar onu deməyə əsas verir ki, qarabağlılar lap uzaq keçmişdən bir çox faciələrə düçar olublar: basqınlar, müharibələr, yadellilərin əsarəti, qıtlıq və aclıq. Lakin əsrlər boyu xalqın yaddaşında iz qoymuş şanlı qələbələr də yaşanıb. Hünər göstərmiş qəhrəmanların adları əfsanələşib, dastanlaşıb. Qarabağın yetirdiyi görkəmli xanəndə və şairlərin, rəssam və memarların zəngin irsi bu gün də sənətşünaslar tərəfindən ehtiramla öyrənilir. Epiloqda yazıldığı kimi, Qarabağ taledir və bu tale mütləq dəyişəcək. Qarabağ Azərbaycanın torpağıdır, onun tarix və mədəniyyətinin, qəlbinin bir hissəsidir. O, Azərbaycanın ayrılmaz parçasıdır. Bu diyarın yaşadığı çətin anlarda hər bir azərbaycanlı qarabağlı oldu. Əgər xalq bir olarsa, onu məğlub etmək mümkün deyil. Odur ki, Qarabağ Azərbaycanın olub və olacaq.
Yüksək poliqrafiya mədəniyyətinə, nəfis tərtibata malik nəşrdəki mətnlər çoxsaylı fotolar və şəkillərlə müşayiət olunur. 2015-2016-cı illərə aid fotoşəkillər “CAVIAR-PRESS” agentliyi tərəfindən təqdim edilib. Tarixi fotoşəkillər “İRS” jurnalının arxivindəndir.
Kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Paşa Həyat Sığorta” ASC-nin və “Silk Way Group” şirkətinin dəstəyi ilə “IRS Publishing House” tərəfindən nəşr edilib.
Layihənin rəhbəri, baş redaktor Musa Mərcanlı, elmi məsləhətçiləri tarix elmləri doktoru Qasım Hacıyev, tarix elmləri namizədi Səbuhi Əhmədovdur. Xüsusi dizayn və zövqlə hazırlanmış bu kitab oxuculara Azərbaycan və rus dillərində təqdim edilir.
Xatırladaq ki, layihə çərçivəsində indiyədək “Qədim qalanın yuxuları”, “Qobustan - minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Naxçıvan - Şərqin əfsanəsi”, “Məftun edən şəhər”, “Bakı simfoniyası” kitabları nəşr olunub.
Xəbər lenti
Hamısına baxDünya
04 May 19:22
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30

