“O olmasın, bu olsun” əsərinin 115 illiyinə həsr edilmiş tədbir təşkil olunacaq
28.02.2025 [15:28]
2025-ci ilin sentyabr ayında dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 140 ili tamam olur. Dahi bəstəkarın anadan olmasının 140-cı ildönümünün layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalanmışdır.
Bu sərəncamın icrasından irəli gələrək mədəniyyət ocaqlarında, təhsil müəssisələrində silsilə tədbirlərin təşkili nəzərdə tutulub. Bu istiqamətdə Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilən tədbirlər çərçivəsində sənətşünas Sədaqət Əliyevanın kuratorluğu ilə Azərbaycan musiqisində operetta janrının əsasını qoyan dahi bəstəkarın “O olmasın, bu olsun” əsərinin 115 illiyinə həsr edilmiş “O olmasın, yubiley olsun” adlı tədbir təşkil olunacaq.
Tədbirdə muzeyi ekspozisiya və kütləvi işlər üzrə şöbə müdiri bəstəkar Vəfa Bağırzadənin təqdimatında musiqi dühasının 1910-cu ildə qələmə aldığı “O olmasın, bu olsun” əsərinə nəzər salınacaq, həmçinin kinoşünas Hacı Səfərovun çıxışında “O olmasın, bu olsun” operettası əsasında çəkilmiş eyniadlı film haqqında dəyərli məlumatlar dinləniləcək. Həmçinin, sözügedən filmdə iştirak etmiş aktyorlarla və bu filmin Azərbaycan kinosundakı əhəmiyyəti ilə bağlı maraqlı məqamlar işıqlandırılacaq.
Tədbirdə sənətşünas Sədaqət Əliyeva tərəfindən “Geyimlər də rol oynayır” adlı mühazirə təqdim olunacaq. Mühazirədə filmdə nümayiş olunan 1910-cu il Bakı sakinlərinin geyim dəbi haqqında məlumatlar diqqətə çatdırılacaq. Tədbirin ikinci hissəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları tərəfindən “O olmasın, bu olsun” əsərindən hissələr səhnələşdiriləcək.
Tədbir 2025-ci il 14 mart tarixində saat 14:00-da Üzeyir Hacıbəylinin ev-muzeyində keçiriləcək.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

