Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Xankəndi şəhərində ilk solo konsert keçirilib

Xankəndi şəhərində ilk solo konsert keçirilib

23.11.2024 [09:55]

Qarabağ Universitetinin İncəsənət fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müdiri, tarzən Arslan Növrəslinin rəhbərliyi ilə “Arslan Növrəsli Quartet” adlı musiqi axşamı keçirilib.

AZƏRTAC xəbər verir ki, konsertdə Arslan Növrəslini pianoda Nicat Aslanov, bass gitara ilə Əməkdar artist Ruslan Hüseynov, zərb alətlərində Elvin Bəşirov və nağarada Əməkdar artist Kamran Kərimov müşayiət edib.

Musiqi axşamında tələbələrin də çıxışı ilə yerli və xarici caz kompozisiyaları, məşhur musiqi əsərləri ifa olunub.

Tədbirdə Xankəndi şəhərinin ictimaiyyət nümayəndələri, Qarabağ Universitetinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Konsert proqramının keçirilməsində məqsəd Qarabağda incəsənətin inkişafına və gənclərin musiqi yaradıcılığına dəstək olmaqdır.

Qeyd edək ki, Arslan Növrəsli tarda harmonik caz standartlarını ifa edən ilk tarzəndir.

Paylaş:
Baxılıb: 560 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31