Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / VI Dünya Köçəri Oyunlarının qalibi Qazaxıstan olub

VI Dünya Köçəri Oyunlarının qalibi Qazaxıstan olub

07.09.2026 [20:34]

VI Dünya Köçəri Oyunlarında ümumi komanda hesabında nəticələr yenidən hesablandıqdan sonra birinci yeri Qazaxıstan tutub.

AZƏRTAC xəbər verir ki, qazaxıstanlı idmançılar 32 qızıl, 20 gümüş və 22 bürünc olmaqla, ümumilikdə 74 medal qazanıblar.

“Kazinform” agentliyinin məlumatına görə, ikinci yeri 30 qızıl medalla Qırğızıstan, üçüncü yeri isə 7 qızıl medalla Rusiya tutub.

Qırğızıstan Prezidentinin mətbuat katibi Askat Alaqozov bildirib ki, VI Dünya Köçəri Oyunları yüksək səviyyədə keçirilib və böyük idman bayramı kimi başa çatıb. O vurğulayıb ki, xüsusilə kok-boru və yer-ulak yarışları daha möhtəşəm olub. Qırğızıstanla Qazaxıstan komandaları yüksək oyun səviyyəsi nümayiş etdiriblər.

VI Dünya Köçəri Oyunları avqustun 31-dən sentyabrın 6-dək Qırğızıstanda keçirilib. Oyunlarda 113 ölkədən 3 minə yaxın idmançı iştirak edib.

Paylaş:
Baxılıb: 57 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30