Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Daşkəsən rayonunda ali məktəblərə qəbul olunaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib

Daşkəsən rayonunda ali məktəblərə qəbul olunaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib

07.09.2026 [17:24]

Sentyabrın 7-də Daşkəsən rayonunda ali məktəblərə qəbul olunaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib.

Görüş Daşkəsən Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayonu üzrə təhsil sektorunun və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Daşkəsən Rayon Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov ali məktəblərə qəbul olunaraq tələbə adını qazanmış məzunları, onların valideynlərini və müəllimlərini təbrik edib, gənclərə gələcək təhsil həyatlarında uğurlar arzulayıb.

Rayon rəhbəri çıxışında Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir təhsil infrastrukturunun yaradılması, gənclərin yüksək keyfiyyətli təhsil alması və onların hərtərəfli inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.

Orxan Abbasov Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın da təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və dəstəyin əhəmiyyətini vurğulayıb. Bildirib ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizin müxtəlif bölgələrində məktəblərin tikintisi və yenidən qurulması, təhsil müəssisələrinin müasir avadanlıqlarla təmin olunması, uşaqların və gənclərin təhsil imkanlarının genişləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir.

Rayon rəhbəri qeyd edib ki, dövlətimizin təhsilə göstərdiyi yüksək diqqət və qayğı gənclərin bilik və bacarıqlarını inkişaf etdirməsinə, onların gələcəkdə layiqli vətəndaş və peşəkar mütəxəssis kimi formalaşmasına geniş imkanlar yaradır.

Bildirilib ki, Daşkəsən rayonunda da təhsilin inkişafına, təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsinə, şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə və istedadlı gənclərin dəstəklənməsinə xüsusi diqqət göstərilir.

Orxan Abbasov tələbə adını qazanan məzunlara müraciət edərək seçdikləri ixtisas üzrə dərin biliklərə yiyələnməyi, daim öz üzərlərində işləməyi və gələcəkdə qazandıqları bilik və bacarıqları ölkəmizin inkişafına sərf etməyi tövsiyə edib. O, gənclərin əldə etdikləri uğurların həm özləri, həm ailələri, həm də Daşkəsən rayonu üçün böyük qürur mənbəyi olduğunu bildirib.

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev çıxışında tələbə adını qazanan məzunları təbrik edib, onların gələcəkdə yüksək bilik və bacarıqlara yiyələnərək layiqli vətəndaş kimi formalaşacaqlarına və ölkəmizin inkişafında fəal iştirak edəcəklərinə əminliyini ifadə edib.

Çıxışlardan sonra ali məktəblərə qəbul olunmuş məzunlara hədiyyələr təqdim olunub.

Tədbirin sonunda tələbə adını qazanmış gənclərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, onların təhsil və gələcək fəaliyyətləri ilə bağlı fikirləri dinlənilib.

Görüş xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.

Paylaş:
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30