Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlərə başlayıblar

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlərə başlayıblar

07.09.2026 [18:34]

Cənubi Koreya, ABŞ və Yaponiya “Freedom Edge” adlı üçtərəfli hərbi-dəniz təlimlərinə başlayıblar.

AZƏRTAC xəbər verir ki, “Yonhap” agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinə istinadla məlumat yayıb.

Təlimlər Çeju adasının cənub və şərqində yerləşən beynəlxalq sularda keçirilir və beş gün davam edəcək. Manevrlər dəniz, hava və kiberməkan da daxil olmaqla müxtəlif sahələri əhatə edir.

Cənubi Koreya tərəfi təlimlərin müdafiə xarakteri daşıdığını və beynəlxalq hüquqa uyğun keçirildiyini bildirib. Seul həmçinin təlimlərə cəlb olunan qüvvələrin miqyasının ötənilki təlimlərlə müqayisə edilə biləcəyini qeyd edib.

“Freedom Edge” təlimlərinin ilk mərhələsi 2024-cü ilin iyununda, növbəti mərhələləri isə 2024-cü ilin noyabrında və 2025-ci ilin sentyabrında keçirilib.

Paylaş:
Baxılıb: 131 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Elm

Silahdan daha güclü

09 Sentyabr 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30