Dünyaya sübut etdik!
04.03.2023 [10:20]
Yeganə BAYRAMOVA
2020-ci il sentyabrın 27-si Azərbaycan xalqının tarixində unudulmaz günlərdən birinə çevrildi. Həmin gün Ermənistanın Azərbaycana qarşı təxribat cəhdinə cavab olaraq, ordumuz əks-hücuma keçdi. Bununla da işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsi başladı. 44 gün çəkən döyüşlərdə Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz erməni qəsbkarlarını diz çökdürdü.
Azərbaycan Ordusu qazandığı şanlı qələbə ilə dünyaya bəyan etdi ki, 30 ilə yaxın nə qədər ədalətsizlik olsa da, xalqımız torpaqların azad olunması eşqi və yanğısı ilə yaşayırdı. O torpağı heç vaxt görməyən gənclər qəhrəmanlıq dastanı yazdılar. Ermənistanın məğlubiyyətini qəbul etdiyi 2020-ci il noyabrın 8-i tariximizə ən şanlı gün kimi yazıldı. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan təmizlədi.
İnformasiya savaşında qələbə
Millət vəkili İlham Məmmədov mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşüb. Deputat qeyd edib ki, ölkə başçısının İkinci Qarabağ savaşında və postmüharibə dövründə dünyanın nüfuzlu informasiya vasitələrinə verdiyi müsahibələr xalqımızın Zəfər çalmasında mühüm rol oynadı: “İlham Əliyev 30-a yaxın xarici KİV nümayəndələri ilə müsahibələrində Azərbaycanın haqlı mövqeyini ortaya qoydu. Prezident müharibənin səbəblərini siyasi uzaqgörənliklə dünya auditoriyasının diqqətinə çatdırırdı. Dövlət başçısı 44 günlük müharibədə Azərbaycanın təkcə silahlı ordusunun deyil, eləcə də informasiya savaşının önündə getdi. Prezident müsahibələrində o qədər ciddi arqumentlərə istinad edirdi ki, onun söylədiklərini qəbul etməmək mümkün deyildi. Bu faktor Azərbaycanın informasiya mübarizəsində mövqelərini möhkəmləndirirdi. Torpaqlarımız işğaldan azad edildikdən sonra Prezident dəfələrlə həmin ərazilərə səfərləri zamanı sükan arxasından erməni vandalizminin izlərini nümayiş etdirirdi. Onun hər bir səfəri, hər sözü dünya mediası tərəfindən yaxından izlənilir”.
Sülh və insanlıq əleyhinə cinayətlər
Parlament üzvü ermənilərin 30 il ərzində Azərbaycan ərazilərində vandallıq etdiyini vurğulayıb: “Bu vəhşiliklər istər canlı qüvvəyə, istər flora və faunaya qarşı həyata keçirilib. Ermənistan öz xislətinə sadiq qalaraq Birinci Qarabağ müharibəsində olduğu kimi, 44 günlük savaşda da Azərbaycana qarşı sülh və insanlıq əleyhinə cinayətlər törətdi. Belə ki, ermənilər müharibə vaxtı dinc yaşayış məntəqələrimizi qadağan olunmuş bombalar, raketlərlə atəşə tutdu. Həmin raketlərin atılması ilə onlarla körpə, qadın, dinc sakin vəhşicəsinə qətlə yetirildi, çoxlu sayda insanlarımız fiziki əzablara düçar oldu. Bütün bunlarla yanaşı, ermənilər Laçın və Kəlbəcəri boşaltmağa məcbur qalarkən evlərə, meşələrə od vurmaqla, infrastrukturu məhv etməklə öz xislətlərini bir daha ortaya qoydular.
Beynəlxalq müşahidəçilərin də etiraf etdiyi kimi, Ağdam ərazisi Xirosimanı xatırladır, hətta tariximizi belə məhv etmək üçün qəbiristanlıqlarımızı vandallıq aktına məruz qoyublar. Həmin qəbiristanlıqlarda olan sümükləri digər ərazilərə elə səpələyiblər ki, Azərbaycanın izi qalmasın. Lakin tarix bərqərar olur, öz yerini tutur. Məlum məsələdir ki, ermənilərin həm insanlıq əleyhinə, həm tarixi abidələrimizə qarşı olan cinayətlərini bütün dünyaya yayırıq və yayacağıq”.
Ermənistan cəzasını mütləq alacaq
İ.Məmmədovun sözlərinə görə, Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə bir neçə istiqamətdə çatdırılıb: “Prezident İlham Əliyev müxtəlif tədbirlərdə tarixi-siyasi reallıqları, Azərbaycanın prinsipial mövqeyini dəfələrlə ifadə edib.
Heydər Əliyev Fondu da bu istiqamətdə çox mühüm işlər gördü. Dünyada aparılan humanitar siyasətləri həyata keçirməklə bərabər, Azərbaycan həqiqətlərini dünyaya çatdırdı. Diaspor təşkilatları, QHT, KİV birmənalı şəkildə Azərbaycan həqiqətlərini dünyaya yayır. Be?nəlxalq simpoziumlar, festivallar, diaspor təşkilatlarının tədbirləri-bütün bunların əsas məramı Azərbaycan həqiqətlərini dünyada təbliğ etməkdir.
Bu gün dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənən Azərbaycan Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün çox güclü iş aparır. Ona görə də, Ermənistanın bu cinayətləri cavabsız qalmayacaq. Çünki Azərbaycan dövləti tərəfindən bütün bu cinayətlər sənədləşdirilərək müvafiq beynəlxalq təşkilatlara təqdim olunur. Odur ki, Ermənistan törətdiyi bütün cinayətlərinə görə cəzasını mütləq alacaq”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37

