Vətən səngərdən başlayır
21.02.2023 [10:33]
Yeniyetmə və gənclər silahla düzgün davranışı öyrənməlidirlər
Günel ABBAS
Müasir qloballaşma dövründə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi dövlət, onun müvafiq orqanları, təşkilatları, rəhbər şəxsləri və hər bir Azərbaycan vətəndaşı qarşısında böyük məsuliyyət yaradır. Yüksək milli ruhun mövcudluğu ölkənin gücünün əsas meyarıdır. Ölkədə vətənpərvərlik ruhunun əsas daşıyıcısı və aparıcı qüvvəsi onun gəncləridir.
Gənclər hər bir millətin inkişafının təməl daşıdır. Bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların hazırlanmasından, aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan Azərbaycan Ordusunda gənclərlə iş sahəsində görülən tədbirlər cəmiyyətdə Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir.
Vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də Vətən naminə çalışmaq, Vətəni xarici və daxili düşmənlərdən qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinmək və Vətəni layiqli vətəndaş kimi təmsil etməkdir. Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda nəyə qadir olduğunu təsdiqləyib.
Azərbaycan gənc nəslinin nümayəndələri olan Azərbaycan Ordusunun əsgərləri həm də xalqın əsrlər boyu əldə edilmiş hərbi ənənələrini də, milli hərbi vətənpərvərlik ruhunu da hərbi kollektivlərdə yaşadır.
Azərbaycançılıq ideologiyasının təşviqi və tətbiqinin, həmçinin gənclərdə hərbi vətənpərvərlik işinin təşkil edilməsində respublikada müxtəlif təşkilatların rolunun danılmaz olduğunu qeyd etmək lazımdır. Sözügedən təşkilatların həyata keçirdiyi tədbirlər bu gün də müxtəlif layihələr çərçivəsində davam edir. Xüsusilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsindən sonra ölkəmizdə gənclərin fiziki və mənəvi inkişafına hədəflənən kütləvi tədbirlərin, proqramların, idman yarışlarının keçirilməsi planlaşdırılır. Bu məqsədlə ilin başlanğıcından etibarən “Heydər Əliyev İli” çərçivəsində müxtəlif sahələrdə tədbirlər keçirilir. Bir neçə gün əvvəl Vətən müharibəsi Veteranlar Birliyinin təşkilatçılığı ilə açılış mərasimi baş tutan TİR atıcılıq mərkəzi bu tədbirlərdəndir. Mərkəzin açılış mərasimində Səbail rayon ictimaiyyətinin, YAP rayon təşkilatının nümayəndələri və şəhid Etibar Əliyev adına 162 saylı məktəbin hərbi heyəti iştirak edib.
Səbail rayon Vətən Müharibəsi Veteranları ictimai birliyinin sədri Fəqan Nəsibov bildirib ki, layihənin əsas məqsədi vətənin müdafiəsinə hər an hazır olan gənclər hazırlamaqdan ibarətdir: “Gənclərin, orta məktəb şagirdlərinin silahdan istifadə qaydası, nişan almaq barədə bilgilərini təkmilləşdirmək də məqsədlər içərisindədir. Bakı şəhər üzrə orta məktəb şagirdlərinin hərbi dərslərində atıcılıqla məşğul olması təmin olunacaq. Burada ekspertlər, mütəxəssislər də var. Məsələ barədə elm və təhsil nazirliyi ilə danışıqlar aparacağıq”.
Respublika Veteranlar Təşkilatı aparatının rəhbəri Rasim Mirzəyev bildirib ki, mərkəzin açılmasında əsas məqsəd Heydər Əliyev amallarını rəhbər tutaraq yeniyetmə və gənclərin hərbi vətənpərvər ruhda tərbiyə olunmasıdır. Onun sözlərinə görə, Vətənpərvərliyi əyani şəkildə gənclərə qazi və veteranların təbliğ etməsi daha məqsədəuyğundur.
162 saylı məktəbin hərbi müəllimi, Əfqanıstan və Qarabağ müharibəsi veteranı, Səbail rayon Vətən Müharibəsi Veteranları ictimai birliyinin sədr müavini, mayor Şirinov Sarvan bildirib ki, tədbirdə iştirak edən məktəb şagirdlərinin hər biri gələcəyin əsgərləri, hərbçiləridir: “Bizim məktəbdə başda direktorumuz Arzu Nəzərova olmaqla vətənpərvərlik mövzularına xüsusi diqqət ayrılır. Məktəbimizin məzunlarının sorağı daim yüksək mərtəbələrdən gəlir. Məsələn, bu günkü tədbirdə iştirak edən Murad Hətəmov 8-ci sinifdə oxuyur, ancaq indidən hərbçi olmaq barədə düşünür, planlar qurur. Digər şagirdlərimiz Ələkbərov Əli, Əhmədov Elbrus, Sultanlı Adim də hərbi sahəyə bu cür həvəslidirlər. Məhz bu gənclər bizim sağlam, güvənli gələcəyimizin təminatçısııdır”.
Tədbirdə çıxış edən məktəbin şagirdi Hətəmov Murad bildirib ki, Vətənin müdafiəsinə hər an hazır olmaq üçün həm elm sahəsində, həm də hərb sahəsində mütəmadi biliklərə yiyələnəcək. Hər zaman, hər yerdə Vətənimizi ən yaxşı səviyyədə təmsil edib, qoruyacaqlar.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37

