Uğurlu enerji siyasəti...
15.02.2022 [10:30]
Ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu artıran amillərdən biridir
Nardar BAYRAMLI
Avropa İttifaqının (Aİ) enerjiyə, xüsusilə təbii qaza olan tələbatı gündən-günə artmaqdadır. Avropa Komissiyasının statistik göstəricilərinə görə, 2005-ci illə müqayisədə 2030-cu ilədək olan dövrdə Avropanın təbii qaza olan tələbatı 24 faiz artacaq. Bundan başqa, Yaponiyanın Fukuşima prefekturasında yerləşən “Fukuşima-1” AES-də baş verən qəza da Avropa ölkələrini atom enerjisindən imtina etməyə və daha təhlükəsiz enerji növlərinə keçid etmək məcburiyyəti qarşısında qoyur. Son illər Ukrayna ilə Rusiya arasında artan siyasi gərginlik Avropanın enerji təhlükəsizliyinə daha böyük təhdid yaratmaqla, Azərbaycanın “Köhnə qitə” üçün etibarlı tərəfdaş kimi əhəmiyyətini artırır. Belə ki, Trans-Adriatik boru kəmərinin (TAP) - Cənub Qaz Dəhlizinin Avropa qolunun işə düşməsindən sonra Azərbaycan qitənin enerji təhlükəsizliyində daha mühüm rol oynayır.
Avropanın Azərbaycan qazına olan ehtiyacının artması İtaliya rəsmiləri tərəfindən də etiraf edilib. Belə ki, bu günlərdə İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano “La Repubblica” qəzetinə müsahibəsində deyib ki, Trans-Adriatik (TAP) boru kəməri ilə İtaliyaya idxal olunan təbii qaz həcmlərini illik 10 milyard kubmetrə çatdırmaq istəyirik: “TAP boru kəməri İtaliyaya enerji qiymətlərindəki artımların zərbəsini yumşaltmağa imkan verdi. TAP layihəsi haqqında danışmağa başlananda hələ ekoloji transformasiyada söhbət getmirdi. Bu gün təbii qaz ekoloji keçidi təmin edən əsas elementdir. Bugünkü vəziyyət məni bu fikirləri deməyə vadar edir - xoşbəxtlikdən TAP var”. Manlio Di Stefano vurğulayıb ki, biz TAP boru kəməri ilə təbii qaz tədarükünü ildə 7 milyard kubmetrdən 10 milyard kubmetrə çatdırmağı hədəfləyirik. Gələcək perspektivdə TAP boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması nəzərdə tutulur.
Qeyd edək ki, TAP kommersiya qaz nəqlinə 2020-ci ilin dekabr ayında başlayıb. Bu vaxtadək boru kəməri ilə Avropaya 8 milyard kubmetrdən çox Azərbaycan təbii qazı nəql edilib və bu həcmin 7 milyard kubmetri İtaliyaya çatdırılıb.
Ümumiyyətlə, enerji faktoru Azərbaycanın beynəlxalq nüfuzuna necə təsir edir? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Cavid Osmanov bildirib ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmentini təşkil edən TAP Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyır, yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın diversifikasiyasında, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rol oynayır.
Millət vəkilinin sözlərinə görə, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ölkəmizin enerji siyasəti “Əsrin müqaviləsi” ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçı dövlətə çevirib: “Bu gün isə Azərbaycan uğurlu enerji siyasəti nəticəsində təkcə neft və qaz ixracatçısı yox, eyni zamanda, regionda elektrik enerjisi ixracatçısına çevrilir. Xüsusilə son dövrlərdə ölkəmizdə bərpaolunan enerji növlərinin istehsalı istiqamətində böyük işlər görülür. Bərpaolunan enerji mənbələrinə, əsasən də günəş, külək və su enerjisi istehsalı sahələrində beynəlxalq şirkətlərin Azərbaycana böyük marağı var. Həmçinin Xəzər dənizinin bərpaolunan enerji istehsalı potensialı xarici investorları cəlb edir. Ölkəmiz, eyni zamanda, Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edir. Bundan əlavə, Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində Azərbaycan dünyada ikinci yerdə qərarlaşır. Bütün bu uğurların fonunda ölkəmizdə inkişaf etməkdə olan “yaşıl enerji” strategiyasını aparılan planlı layihələrin nəticəsi kimi dəyərləndirmək olar. “Dünyada baş verən maliyyə böhranı və pandemiya dövründə heç bir postsovet ölkəsi Azərbaycan qədər iqtisadi inkişaf göstəricilərinə sahib deyil. Bu gün torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanın enerji potensialının dünyaya açılması üçün yeni imkanlar yaradır və bu, ölkəmizin gələcək inkişafına müsbət təsirini göstərəcək. Bu amil həm də, ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu əhəmiyyətli dərəcədə artırır”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47

