İƏT-in gənclər platforması...
13.12.2025 [10:34]
Azərbaycan nümunəvi model kimi təqdim edilir
Qlobal müstəvidə ziddiyyətlərin artdığı bir zamanda Azərbaycanın geostrateji inteqrasiya prosesinə verdiyi töhfələr göz önündədir. Ölkəmizin beynəlxalq strukturların fəaliyyətindəki aktivliyini günü-gündən artırması, regional liderlikdən geniş bir coğrafiyanın aparıcı aktoruna çevrilməsi yürüdülən düzgün, hədəfləri bəlli olan, ən əsası isə əməkdaşlıq prinsiplərini əsas götürən xarici siyasət kursunun uğurlarıdır.
Bakı bu gün həm Qərb, həm də Şərq təmayüllü təşkilatların, İslam birliyinin mühüm tərəfdaşıdır. Bu fakt ölkəmizin beynəlxalq səviyyədə çoxvektorlu siyasətə üstünlük verdiyini növbəti dəfə təsdiqləyir, çoxtərəfli tərəfdaşlığın inkişaf etdirilməsi isə qlobal intqerasiyasının imkanlarını genişləndirir. Azərbaycan beynəlxalq əlaqələrini yalnız siyasi motivlərlə çərçivələmir, əksinə, bu sistem həm iqtisadi, həm mədəni, həm də humanitar mahiyyət daşıyır. Bu əlaqələrin ən əhəmiyyətlilərindən biri də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə bağlıdır.
İƏT Azərbaycan üçün mühüm platformadır. Ermənistan-Azərbaycan münaqişəsi dövründə təşkilat daim ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib, Azərbaycana qarşı işğalçı siyasəti kəskin şəkildə pisləyən bir sıra qətnamələr qəbul edib. Bu, Azərbaycanın diplomatik səylərinin uğurlu nəticələrindən biridir.
Bundan başqa, ölkəmiz İƏT daxilində humanitar əməkdaşlıq, iqtisadi inkişaf, mədəni irsin qorunması və islamofobiya ilə mübarizə sahələrində təşəbbüslərlə çıxış edir. Azərbaycanın İslam dünyasına böyük töhfələrindən biri isə İslam Əməkdaşlıq Gənclər Forumunun (İƏGF) yaradılmasıdır. Forumun yaranması və fəaliyyətə başlaması ilə məhz Azərbaycanın fəal mövqeyi nəticəsində təşkilatın gənclər siyasəti sistemli şəkildə qurulub. Eyni zamanda, müsəlman ölkələrinin gəncləri arasında əməkdaşlıq, birliyə çağırış və ortaq layihələrin reallaşdırılması mümkün olub. Azərbaycan illər boyu forumun əsas tərəfdaşlarından biri olub, müxtəlif beynəlxalq layihələrə ev sahibliyi edib. Bakı dəfələrlə İƏT Gənclər Paytaxtı elan edilib, müxtəlif proqramlar-təlimlər, konfranslar, mədəni və humanitar layihələr həyata keçirilib. Bir sözlə, ölkəmizin gənclər təşkilatları forumun fəaliyyətində geniş təmsil olunur, Azərbaycanın gənclər siyasəti isə İƏGF tərəfindən nümunəvi model kimi təqdim edilir.
Dekabrın 10-da İslam Əməkdaşlıq Gənclər Forumu (İƏGF) Avrasiya Regional Mərkəzinin fəaliyyətinin 15 illiyi ilə bağlı diplomatik qəbul keçirilib. Əvvəlcə İƏGF Avrasiya Regional Mərkəzinin 15 illik fəaliyyəti dövründə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) məkanında gəncliyin inkişafına və beynəlxalq əməkdaşlığa verdiyi töhfələri əks etdirən videoçarx nümayiş olunub.
Sonra İƏGF Avrasiya Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərov çıxış edərək, İƏT-in ilk gənclər platforması olan forumun 2004-cü ildə Azərbaycan hökumətinin və Prezident İlham Əliyevin dəstəyi ilə Bakıda təsis olunduğunu, forumun Avrasiya Regional Mərkəzinin də Azərbaycan hökumətinin dəstəyi ilə Bakıda yaradıldığını nəzərə çatdırıb. O, ev sahibliyi və davamlı dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib: “Azərbaycanın İƏT-dəki fəal iştirakı ölkəmizin islam dünyası ilə həmrəyliyini və beynəlxalq əməkdaşlığa verdiyi dəyəri göstərir. İslam Əməkdaşlıq Gənclər Forumunun yaradılması və inkişafında Azərbaycanın rolu bu istiqamətdə atılan strateji addımların ən bariz nümunələrindən biridir. Bu səylər həm gənclərin regional inteqrasiyasını, həm də Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin güclənməsini təmin edir”.
Azərbaycan hökuməti adından çıxış edən gənclər və idman naziri Fərid Qayıbov İƏGF Avrasiya Regional Mərkəzi ilə əməkdaşlıqdan məmnunluq duyduğunu bildirib. O, bundan sonra da nazirliyin Mərkəzlə əməkdaşlığa davam edəcəyini vurğulayıb.
Mərakeşin ölkəmizdəki səfiri Mohammed Adil Embarç qloballaşan dünyada artan risk, təhlükə və çağırışlar fonunda İƏGF Avrasiya Regional Mərkəzinin 15 il ərzində İƏT ölkələri gəncliyinin inkişafına və şəbəkələşməsinə, onların liderlik bacarıqlarının artırılmasına verdiyi töhfələri xüsusi vurğulayıb. Səfir Mərkəzin gələcək fəaliyyətinə uğurlar arzulayıb.
Daha sonra bu il dekabrın 6-da Bakıda keçirilmiş İƏT Xarici İşlər nazirlərinin simulyasiyasında xüsusi bacarıqları və fəallıqları ilə fərqlənmiş 9 iştirakçı fərqlənmə sertifikatı və mükafatlarla təltif olunub. Tədbir İƏT ölkələrini təmsil edən mədəniyyət proqramı və ziyafətlə davam edib.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Yeganə
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

