Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Diasporumuz beynəlxalq arenada...

Diasporumuz beynəlxalq arenada...

10.09.2026 [08:38]

Dünyanın müxtəlif guşələrindən Azərbaycana uzanan bağlar

Dünyanın müxtəlif ölkələrində yaşayan insanlar üçün Vətən anlayışı bəzən coğrafi sərhədlərdən daha böyük məna daşıyır. İnsan doğulduğu torpaqdan uzaqda yaşaya bilər, amma dilini, mədəniyyətini, yaddaşını və mənsubiyyət hissini özü ilə daşıyır. Məhz bu baxımdan diasporlar yalnız xaricdə yaşayan icmalar deyil, həm də xalqları bir-birinə bağlayan mühüm sosial və mədəni körpülərdir.

Ankarada keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin müsəlman diasporlarının I Forumu da bu reallığın müasir dünyada getdikcə daha böyük əhəmiyyət qazandığını göstərdi. Sentyabrın 8-9-da baş tutan forum “Köklərdən yollara” mövzusu ətrafında müxtəlif ölkələrin diaspor qurumlarını bir araya gətirdi. Tədbirdə Azərbaycan nümayəndə heyətinə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov rəhbərlik edib. Forumun əsas diqqət mərkəzində diasporların müasir dünyada rolu, milli kimliyin və mədəni irsin qorunması, gənc nəslin Vətənlə əlaqələrinin möhkəmləndirilməsi və müxtəlif ölkələrdə yaşayan icmalar arasında əməkdaşlığın genişləndirilməsi kimi məsələlər dayanıb.

Əsas vəzifələrimizdən biri...

Komitə sədri çıxışında bildirib ki, Vətəndən kənarda yaşayan diaspor nümayəndələri Azərbaycanın dövlət siyasətinin təbliğinə töhfə verirlər: “Diasporların rolu yalnız öz ölkələrinin maraqlarının müdafiəsinə töhfə verməklə məhdudlaşmır. Diasporlar ölkələr və xalqlar arasında körpü rolunu oynayır, yaşadıqları cəmiyyətlərin sosial, iqtisadi, elmi və mədəni həyatına mühüm töhfələr verir, eyni zamanda, tarixi Vətənləri ilə əlaqələri diqqətlə qoruyur, milli kimliyin, dilin və mədəni irsin keşiyində dayanırlar. Biz qəti əminik ki, xaricdə yaşayan soydaşlarla bağlı müasir siyasətin mahiyyəti diaspor təşkilatları ilə münasibətlərin qurulması ilə məhdudlaşmır. Əsas vəzifələrimizdən biri diasporun bilik, təcrübə və potensialından səmərəli istifadə etmək, onun tarixi Vətənlə əlaqələrini möhkəmləndirmək və əməkdaşlıq üçün yeni imkanlar yaratmaqdır”.

Diskriminasiyaya qarşı mübarizə ön planda

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev diaspor məsələsinə, xaricdə yaşayan soydaşların kimliyinin qorunmasına, onların mədəni inteqrasiyasına və yaşadıqları ölkələrin ictimai həyatında fəal iştirakının təşviqinə xüsusi əhəmiyyət verir. F.Muradov diaspor nümayəndələrinin gənc nəsli ilə işin bu gün xüsusilə vacib olduğunu bildirib. Onun sözlərinə görə, yay düşərgələri və dil məktəbləri də daxil olmaqla, çoxsaylı proqramlar diasporla əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verir: “Azərbaycan Prezidentinin siyasətini rəhbər tutaraq, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı icmalarla əlaqələrin genişləndirilməsinə, diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsinə xüsusi əhəmiyyət veririk.

Diskriminasiya ilə mübarizə və stereotiplərin aradan qaldırılması, irsin və milli kimliyin qorunması, gənc nəslin Vətənlə əlaqələrinin saxlanılması, yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiya da daim bizim diqqətimizi tələb edir. Müasir mərhələdə İƏT ölkələrinin diasporları yalnız ümumi imkanların üzə çıxarılmasına deyil, həm də çağırışlara qarşı mübarizəyə dəstək verir”.

Diaspor sahəsindəki müstəqil siyasətimiz öz bəhrəsini verir

F.Muradov bildirib ki, Azərbaycanın diaspor sahəsindəki müstəqil siyasəti öz bəhrəsini verməkdədir: “Komitə müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor qurumları ilə sıx əməkdaşlıq edir və bu günə qədər Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrlə ikitərəfli sazişlər imzalayıb. Meksika ilə də diaspor sahəsində Memorandum imzalanıb”.

Türkiyənin Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsi (YTB) ilə imzalanan əməkdaşlığa dair Memorandumu misal göstərən F.Muradov əlavə edib: “Bu sənəd yeni sahələri əhatə edir. Belə ki, YTB-nin təqaüd proqramında xaricdə yaşayan soydaşlarımıza xüsusi yanaşma mövcuddur. Diaspor Komitəsinin rəyi ilə bu gənclər təqaüd ala bilirlər. Digər ölkələrlə də bizim konkret əməkdaşlıq istiqamətlərimiz müəyyən olunub və bu sahələr memorandumlarla öz əksini tapır”.

Hazırda dünyada 70-dən çox ölkədə diasporla məşğul olan strukturların fəaliyyət göstərdiyini bildirən F.Muradov deyib: “Biz həmin ölkələrlə görüşlər keçirir, əməkdaşlıq perspektivlərini müzakirə edirik. Bu yaxınlarda dünyanın ən güclü diasporlarından birinə sahib İrlandiyada səfərdə oldum. Bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır.

Paylaş:
Baxılıb: 78 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

İqtisadiyyat

Sosial

MEDİA

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Elm

Silahdan daha güclü

09 Sentyabr 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30