Dünyəvilik və dinlərin bərabərliyi prinsipləri
13.12.2024 [10:25]
Azərbaycanda müxtəlif dini konfessiyalar arasında qarşılıqlı hörmət, onların dinc və yanaşı şəkildə yaşaması ölkəmizdə dini tolerantlıq mühitinin səciyyəvi əlamətidir. Bu vəziyyət etnik və dini mənşəyindən asılı olmayaraq, bütün azərbaycanlıların qürur mənbəyidir. Məlumdur ki, Azərbaycanın Şərqlə Qərbin kəsişməsində yerləşən geostrateji mövqeyi, müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında canlı körpü rolunu oynamağa imkan verir.
Bakı müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun təşviqi və dərinləşdirilməsinə yönəlmiş tədbirlərin, sammitlərin, qlobal forumların və konfransların keçirildiyi əsas beynəlxalq məkan kimi tanınır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də bu istiqamətdə gördüyü işlər, müəyyən tədbirlərin keçirilməsi, müzakirələrin aparılması təqdirəlayiqdir.
Konfessiyaların fəaliyyətinə maddi və mənəvi dəstək...
Bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Quba şəhərində yerləşən Altı günbəz və Giləki sinaqoqlarını ziyarət edib. Bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Sədr ibadət yerlərində fəaliyyət göstərən din xadimləri ilə görüş zamanı bildirib ki, dini müxtəliflik baxımından zəngin Azərbaycanda milli, irqi və dini zəmində heç vaxt ayrı-seçkilik faktı qeydə alınmayıb: “Azərbaycan ərazisində məskunlaşan bütün xalqlar arasında qarşılıqlı etimad mühiti formalaşıb. Bu da multikultural mühitin mövcudluğu, dini dözümlülüyün Azərbaycan xalqının həyat tərzi olduğunu göstərir”.
Dövlət-din münasibətlərinin davamlı olaraq inkişaf etdirilməsi istiqamətində görülən işlərdən də bəhs edən R.Məmmədov qeyd edib ki, cəmiyyətin mənəvi zənginləşməsinə xidmət edən müxtəliflik ənənələrinin təbliği məqsədilə dövlət tərəfindən konfessiyaların fəaliyyətinə maddi və mənəvi dəstək göstərilir: “Heç bir fərq qoyulmadan məscid, kilsə, sinaqoqlar və digər ibadət evləri təmir və bərpa edilir, yeniləri tikilərək istifadəyə verilir”.
Din xadimləri ibadət yerlərinin tarixi barədə məlumat veriblər. Dövlət Komitəsinin sədri eyni zamanda Qırmızı qəsəbə Dağ yəhudiləri muzeyinin fəaliyyəti ilə tanış olub.
Qeyd edək ki, Dağ yəhudilərinin tarixi irsini və ənələrini özündə əks etdirən milli geyimlər, zərgərlik məmulatları, əlyazmalar, kitablar, antik əşyalar və digər dəyərli eksponatların sərgiləndiyi muzey qədim sinaqoq binasında yerləşir.
Dövlət-din münasibətləri möhkəm təməllərə əsaslanıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 6-da isə Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri, eyni zamanda, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-dakı təsisçi icraçı direktoru Janna Skot ilə görüşüb. Dövlət Komitəsindən bildirilib ki, Prezident İlham Əliyevin tolerantlıq ənənələrinin və multikultural dəyərlərin inkişafına xüsusi diqqət göstərdiyini vurğulayan Komitə sədri ölkəmizdə dövlət-din münasibətlərinin möhkəm təməllərə əsaslandığını bildirib.
Fərqli mədəniyyətlər arasında münasibətlər
R.Məmmədov vurğulayıb ki, fərqli mədəniyyətlərə mənsub insanların bir arada yaşamaları, özlərini sosial həyatın bir hissəsi kimi hiss etmələri cəmiyyətin daha inklüziv, dinamik olmasına kömək edir: “Ölkəmiz isə bu prinsipə xüsusi önəm verir. Azərbaycanda cəmiyyətin həyat tərzi kimi qəbul etdiyi multikulturalizmin və dinlərarası harmoniyanın təşviqi dövlət siyasətinin prioritet istiqamətidir”.
Qonağa Azərbaycanda tolerantlıq sahəsində görülən işlər və həyata keçirilən layihələr barədə də məlumat verilib.Sonra çıxış edən Janna Skot mədəniyyətlərarası əlaqələrin yerli və qlobal səviyyədə müxtəlif aspektlərdə inkişaf etdirilməsinin əsas məqsədinin fərqli mədəniyyətlər arasında müsbət münasibətlər qurmaq, sosial əlaqələri gücləndirmək və insan hüquqları ilə bağlı anlayışları genişləndirmək olduğunu deyib.
O, Azərbaycanda müxtəlif mədəniyyət və din mənsublarının harmonik və sülh şəraitində yaşamalarını, ölkəmizin multikulturalizm mühitinin mütərəqqi modeli kimi təbliği istiqamətində görülən işləri müsbət dəyərləndirib. Görüşdə, həmçinin gələcək layihələr barədə müzakirələr aparılıb.
Mingəçevir və Yevlaxda məscidlər ziyarət edilib
Bundan başqa, Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 11-də Mingəçevir şəhərində yerləşən “Heydər”, “Zəhra”, Mingəçevir kənd “Cümə” məscidlərini və Yevlax rayonu Havarlı kənd məscidini ziyarət edib.
Komitədən verilən məlumata görə, Ramin Məmmədov ibadət yerlərində fəaliyyət göstərən din xadimləri ilə görüş zamanı dini sahədə dövlət siyasətinin dünyəvilik, vicdan və dini etiqad azadlığı, dinlərin bərabərliyi kimi prinsiplərə əsaslandığını bildirib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin dini dözümlülük mədəniyyətinin inkişafında mühüm rol oynadığını vurğulayan R.Məmmədov multikultural ənənələrin təbliğində Heydər Əliyev Fondunun fəaliyyətinin böyük əhəmiyyət daşıdığını deyib.
Dövlət Komitəsinin sədri dinin cəmiyyətdəki rolu və dini tolerantlığın təşviqi ilə bağlı fikirlərini bölüşərək, dövlətin dini icmalara dəstəyinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Komitə sədri diqqətə çatdırıb ki, din xadimləri fəaliyyətlərində Azərbaycanda tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin təbliği, dövlətçilik və vətənpərvərlik prinsiplərini əsas götürməlidirlər.
Görüş zamanı R.Məmmədov bu cür ziyarətlərin dini icmaların fəaliyyətini və onların ehtiyaclarını öyrənmək məqsədi daşıdığını, eləcə də dini icmalar ilə dövlət arasında əməkdaşlığı daha da gücləndirmək baxımından vacib olduğunu qeyd edib.
Müxtəlif məsələlərlə bağlı rəy və təkliflərini bildirən din xadimləri ölkəmizdə dini etiqad azadlığının yüksək səviyyədə təmin olunmasından, dini icmalara göstərilən qayğıdan məmnunluqlarını ifadə ediblər.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46

