Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun tikintisinə 8,8 milyon manat ayrılıb

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun tikintisinə 8,8 milyon manat ayrılıb

09.10.2023 [15:38]

Prezident İlham Əliyev Siyəzən rayonunun Siyəzən–Dağ Quşçu–Ərziküş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamla min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Siyəzən–Dağ Quşçu–Ərziküş avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.9-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,8 milyon (səkkiz milyon səkkiz yüz min) manat ayrılır.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Paylaş:
Baxılıb: 621 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30