TDT-nin İnvestisiyaların Təşviqi Şəbəkəsi yaradılıb
19.06.2025 [10:09]
Türk Dövlətləri Təşkilatının (TDT) Özbəkistanda IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu (TIIF 2025) çərçivəsində İnvestisiyaların Təşviqi Şəbəkəsi (TurkIPAnet) yaradılıb. TDT-yə üzv ölkələrin investisiya agentliklərinin rəhbərləri tərəfindən təsdiqlənən Anlaşma Memorandumuna əsasən, TurkIPAnet yeni platforma kimi türk dövlətləri arasında investisiya əməkdaşlığının gücləndirilməsini, onların birbaşa xarici investisiyalar üçün cəlbediciliyinin artırılmasını, həmçinin investisiyaların təşviqi agentlikləri (IPA) arasında bilik mübadiləsi mexanizmlərinin inkişafını, səylərin koordinasiyasını və birgə təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.
TDT ölkələri yeni platforma çərçivəsində həm xarici, həm də daxili regional investisiyaların təşviqində koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, türk dünyası çərçivəsində inteqrasiya olunmuş, dayanıqlı və səmərəli investisiya məkanının formalaşması üçün türk ölkələrinin IPA-ları arasında daha sıx əməkdaşlıq zəruridir.
Azərbaycan türk dünyasında aparıcı investordur
Azərbaycan türk dövlətlərinin ortaq maliyyə strukturu olan Türk İnvestisiya Fondunda (TİF) da fəal rol oynayır. Ötən ildən başlayaraq respublikamız fondun maliyyə portfelinin formalaşmasında aktiv səhmdar kimi çıxış edir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan tərəfindən təsis edilmiş fond türkdilli ölkələrin iqtisadi-maliyyə-sərmayə baxışlarını və gələcək investisiya planlarını müəyyən etmək və həyata keçirmək üçün vahid donorluq funksiyasını üzərinə götürüb. Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir. Üzv ölkələrin üzvlük haqqı, investisiya ayırmaları, əsas kapital və əlavə maliyyə alətlərindən formalaşacaq Fondun nizamnamə kapitalı ilkin mərhələdə 500 milyon dollar müəyyən edilib, kapital fondu hər biri nominal dəyəri 50 min dollara bərabər 10 min paya bölünüb ki, burada hər üzv ölkənin limitə uyğun payı vardır. Bundan başqa, Fondun nizamnamə kapitalı ödənilmiş paylara və yenidən çağırıla bilən, yəni cəlb edilən paylara bölünüb ki, ümumi nominal dəyər 350 milyon dollar təşkil edir. Əlavə maliyyələşmədə ölkələr üzrə ümumi nominal dəyər isə 150 milyon dollardır. Gələcəkdə, Fondun maliyyə portfelinin daha da artırılaraq 1 milyard dolları ötəcəyi istisna olunmur.
Azərbaycanın TDT ölkələri ilə əlaqələrinin inkişafına dərin töhfə verərək təşkilatın üzv ölkələrinə 20 milyard dollardan çox sərmayə yatırıb. Həmin investisiyalar Türkiyədə enerji və kimya sektoruna, eləcə də digər qardaş ölkələrin sənaye, energetika, nəqliyyat sahələrinə yatırılıb. Bu, Azərbaycanın sərmayədar ölkə kimi TDT-də aktiv investisiya imicini göstərir.
Azad Ticarət Rejiminin yaradılması
TDT ölkələrinin əsas prioritetlərindən biri rəqəmsal azad ticarət rejiminin təmin olunmasıdır. Bu, üzv ölkələr arasında qarşılıqlı ticarət rejiminin yumşaldılması və idxal-ixrac mallarının gömrük və tranzit rüsumlarının aşağı salınması istiqamətində vahid siyasətin yürüdülməsini nəzərdə tutur. Ticarətdə elektron mübadilənin yeni mexanizmlərindən biri kimi Türkiyədə qüvvədə olan Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi təcrübəsinin bütün üzv ölkələrdə geniş tətbiqi nəzərdə tutulur ki, bu da iqtisadi-ticari əlaqələrin təşviqi və mal mübadiləsinin həcmlərinin artırılmasına xidmət edir. Bu baxımdan DEPA sazişi qardaş ölkələr arasında qarşılıqlı ticarətin və xarici investisiyaların həcminin artırılması, birgə iqtisadi layihələrin icrasında təşəbbüskarlığın daha da güclənməsi, eləcə də biznes qurumları arasında işgüzar münasibətlərin genişlənməsi üçün hüquqi əsaslar yaradır.
“Rəqəmsal İpək Yolu” və “Digital Hab”ı...
Türk Dövlətləri Təşkilatının mühüm prioritetlərindən biri müasir rəqəmsal texnologiyaların və kommunikasiya bağlantılarının yaradılmasıdır. Bu məqsədlə çoxşaxəli “Rəqəmsal İpək Yolu” layihəsi hazırlanıb. Həmin layihə müasir dünyada ən innovativ platformalardan biri olan “Digital Hab”ı formalaşdırmaqla türk dövlətlərinin rəqəmsal iqtisadiyyat blokunda sıx birləşməsinə əlverişli imkanlar yaradacaq. Ötən ilin noyabr ayında Özbəkistanda TDT ölkələri tərəfindən imzalanmış Səmərqənd Bəyannaməsində TransXəzər fiber-optik kabel infrastrukturunun yaradılması barədə razılıq əldə olunub ki, bu anlaşma “Rəqəmsal İpək Yolu”nun mühüm tərkib hissəsidir. Strategiyaya əsasən, Xəzərin dibi ilə “TransXəzər” fiber-optik kabel xəttinin çəkilişinin 2026-cı ilə qədər tam başa çatdırılması nəzərdə tutulub. Bununla da “Digital Hab” sistemi də yaxın illərdə qlobal rəqəmsal ticarətin ən işlək və çevik həlqəsinə çevriləcək.
Vahid ödəniş sisteminin yaradılması
TDT-nin rəqəmsal iqtisadiyat quruculuğu ilə bağlı hədəflərindən biri də maliyyə sahəsində əməkdaşlığın gücləndirilməsidir. Ötən il “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Mərkəzi (Milli) Banklar Şurasının yaradılması haqqında” memorandum imzalanıb və təsisat fəaliyyətə başlayıb. Şuranın başlıca hədəfi TDT ölkələrinin mərkəzi bankları arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, pul-kredit siyasətinin tənzimlənməsi, maliyyə sabitliyinin təmin olunması, ödəniş sistemlərinin inkişafı, maliyyə və rəqəmsal texnologiyaların tətbiqi və digər sahələrdə həyata keçirilən siyasətlərin vahid platformada əlaqəndirilməsidir.
Hazırda Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin xarici ticarət dövriyyəsinin həcmi təxminən 45 milyard dollar təşkil edir. Bu, onların ümumi ticarət dövriyyəsinin 4 faizə yaxını deməkdir. Ancaq potensial bundan ən azı 10 dəfə böyükdür. Bu baxımdan TİF-in türk ailəsinin iqtisadi gücünü, maliyyə qüdrətini birləşdirən və nümayiş etdirən struktur kimi vahid iqtisadi mərkəz olacağı şübhə doğurmur.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07

