Azərbaycan-OPEC: enerjinin “yaşıl” gündəliyi
18.06.2025 [09:51]
OPEC Beynəlxalq İnkişaf Fondu ilə Çərçivə Sənədi imzalanıb
İqtisadiyyat Nazirliyi və Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Beynəlxalq İnkişaf Fondu (OFID) arasında əməkdaşlıq istiqamətlərinə dair Ölkə üzrə Tərəfdaşlıq Çərçivə Sənədi imzalanıb. 2025-2030-cu illəri əhatə edən sənəd sənaye, bərpa olunan enerji, nəqliyyat, infrastruktur və digər sahələrdə dövlət və özəl sektor layihələrinin dəstəklənməsini nəzərdə tutur. İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, bu istiqamətdə həyata keçiriləcək təşəbbüslər iqlim maliyyələşməsi, inklüziv artım, kiçik və orta sahibkarlığın inkişafına töhfə verəcək.
OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə sazişin ikitərəfli qarşılıqlı əlaqələrin inkişafına, o cümlədən ölkəmizin enerji sektorunun şaxələndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
OPEC ölkələri ilə əməkdaşlıqda yeni mərhələ
Azərbaycan OPEC alyansda etibarlı tərəfdaş və nümunəvi tədarükçü kimi təkcə neft ehtiyatlarının nəqlini deyil, həm də müasir qlobal bazarın əsas tələbatlarından birinə çevrilən alternativ yanacaq mənbələrinin səfərbər olunması və koalisiyalarla birlikdə nəqlində təşəbbüskarlıq edir. Xüsusilə də son dövrlərdə “yaşıl enerji” üzrə layihələrində OPEC ölkələri ilə yaxın tərəfdaşlıq qurulmaqdadır. OPEC-in ?aş katibi Haysam əl-Qays bildirib ki, Azərbaycan-OPEC əməkdaşlığı etibarlı bir körpü rolunu oynayır, ötən dövrdə kartelin həyata keçirdiyi enerji siyasətinə öz dərin töhfəsini verən Azərbaycan qlobal enerji bazarında öz məsuliyyətini dərk edərək bütün öhdəliklərini layiqincə yerinə yetirib. Azərbaycan hər zaman enerji amilinə yalnız iqtisadi konteksdən yanaşaraq rifah və həmrəylik ruhunda addımlar atıb, ən çətin zamanlarda qlobal enerji təchizatlarının şaxələndirilməsində səylərini əsirgəməyib.
Azərbaycan etibarlı və sadiq enerji partnyorudur
OPEC-in Baş katibi Azərbaycanın etibarlı və sadiq enerji partnyoru kimi hazırda qlobal alyansın bütün üzvlərinin hörmətini qazandığını və yeni başlayan “yaşıl hidrogen” proqramlarında fəal iştirakına beynəlxalq dəstəyin artdığını xatırladıb. Bu həmrəylik platformasında Azərbaycana dəstək verən bütün ölkələr kimi OPEC və qeyri-OPEC ölkələri də COP29-a inklüziv yanaşma əsasında maliyyə və sərmayə imkanlarını əsirgəməyəcək. Təşkilat rəhbəri ölkəmizdə bərpa olunan enerji mənbələrinin istehsalı və bu sahənin inkişaf etdirilməsində xarici sərmayəçiləri təşviq etmək, Yaxın Şərq və Ərəb körfəzi ölkələrinin bərpa olunan enerji üzrə nüfuzlu şirkətlərini Azərbaycana cəlb etməkdə əlaqələndirici rol oynamaq niyyətini bildirib. Yeri gəlmişkən, körfəz ölkələrindən Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri ilə bərpa olunan enerji sektorunda böyük sərmayə layihəsinin əsası qoyulub və hər iki şirkət külək və günəş enerjisi stansiyalarının tikintisini davam etdirir.
Azad olunmuş ərazilər “yaşıl enerji” mənbəyidir
Bütün bunlar beynəlxalq enerji koalisiyasının ölkəmizə dərin etimadının göstəricisidir. Bu təşkilatların ölkəmizlə bağlı proqnozları da ümidvericidir. Hesablamalara görə, Azərbaycanın quruda və dənizdə “yaşıl enerji” potensialı 2027-ci ilədək birinci mərhələdə 2 QVt, 2030-cu ilə qədər növbəti mərhələdə isə 8 QVt-dan çox olacaq ki, bu da bərpa olunan enerji potensialının yaxın 7 ildə 4 dəfədən çox artımı deməkdir.
“Yaşıl enerji”nin yeni ünvanı olan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun ekosisteminin bərpası isə daha nikbin perspektiv vəd edir. Qarabağ və Şərqi Zəngəzur bölgəsi “yaşıl enerji” zonası elan edilməklə Azərbaycanın elektrik enerjisi istehsalında “yaşıl enerji”nin istehsalının payının artmasında əsas güc mənbələrindən biridir. Bu bölgə hidroenerji, külək və günəş enerjisi, termal suların mənbələrinə görə, ölkə üzrə rersursların 30-40 faizinə malikdir. Həmin iqtisadi rayonlardan Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli günəş enerjisinə görə, ən əlverişli potensiala malikdir və enerji gücünün həcmləri 7200 MVt-dan artıq qiymətləndirilir. Artıq Azərbaycan hökuməti ilə BP şirkəti arasında əldə edilmiş razılığa əsasən, Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisinə hazırlıq işləri görülür və iyul ayında “Şəfəq” layihəsi üzrə günəş elektrik stansiyasının tikinti işlərinə başlanacaq. Aİ-nin “Nobel Energy” şirkəti ilə imzalanmış sazişə əsasən, Cəbrayıl rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və elektrik enerjisi istehsalı mərkəzi yaradılacaq. Laçın və Kəlbəcərin dağlıq ərazilərində həcmi 2000 Mvt proqnozlaşdırılan külək enerjisi stansiyası layihəsi reallaşmaqdadır.
Beləliklə, Azərbaycan OPEC alyansının qlobal şirkətlərindən olan “Masdar”, “ACWA Power” və digər şirkətlərlə bərpaolunan enerji sektoruna böyük sərmayələr qoymaqla faktiki olaraq yaxın illərdə “yaşıl enerji” tədarükçüsü kimi qlobal bazarın əsas payçılarından birinə çevrilə bilər. İmzalanmış yeni saziş isə ölkəmizin qlobal bazarın əsas tələbatlarından birinə çevrilən alternativ yanacaq mənbələrinin nəqlində də rolunu artıracaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07

