“Yaşıl enerji” zonasında imkanlar artır
17.05.2025 [11:38]
Qarabağ və Şərqi Zəngəzurda yaşıl və səmərəli texnologiyaların tətbiqi müzakirə olunub
Energetika Nazirliyində işğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun 9-cu iclası keçirilib. İşçi Qrupunun sədri, energetika naziri Pərviz Şahbazov azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, tikinti, quruculuq tədbirlərindən bəhs edərək bu prosesdə “yaşıl enerji zonası” konsepsiyasının tətbiqinə xüsusi əhəmiyyət verildiyini bildirib. Bərpaolunan enerji sektorunda tətbiq olunan müasir yanaşmaların genişləndirilməsindən bəhs edən nazir günəş, külək və su elektrik stansiyalarının inşasının Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafına töhfə verəcəyini vurğulayıb.
Qarabağ və Şərqi Zəngəzurun 11 şəhər və kəndində cari ilin ötən dövründə həyata keçirilmiş monitorinqlərin nəticələri də qənaətbəxş qiymətləndirilir. Ərazidə günəş panelləri və kollektorları, LED əsaslı işıqlandırma qurğuları, elektrik doldurma məntəqələri, “ağıllı” skamyaların quraşdırılması, habelə istilik izolyasiya materialları və enerjiyə qənaət edən lampalardan istifadənin mövcud vəziyyətini əks etdirən göstəricilər “ağıllı texnologiyalar”ın tətbiqinin geniş vüsət almasından xəbər verir.
Eləcə də fərdi yaşayış evləri və inzibati-ictimai binalarda damüstü günəş panellərinin quraşdırılması ilə bağlı icra mexanizmi nəzərdə tutulan plan üzrə davam etdirilir. Bu cür layihələrin genişləndirilməsi imkanları nəzərdə keçirilir. Ümumilikdə, İşçi Qrupu azad ərazilərin “yaşıl inkişafı” üzrə planların dayanmadan təxirəsalınmaz ritm üzrə icrasını diqqətdə saxlayacaq.
Bölgədə “yaşıl enerji” istehsalı yüksəlir
Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “yaşıl enerji” məkanlarından biri kimi azad ərazilərin ehtiyatlarına böyük əhəmiyyət verilməkdədir. Sənəddə digər ərazilər kimi Qarabağ və Şərqi-Zəngəzurda da “yaşıl texnologiyalar”ın tətbiqinin genişləndirilməsi, elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin istehlakda payının artırılması nəzərdə tutulur.
Azad ərazilər hidroenerji, külək və günəş enerjisi, termal su mənbələrinin gücünə görə də ən zəngin bölgələrdəndir. “Yaşıl enerji” zonası elan edilmiş bu regionda bərpa olunan mənbələrin gücü 7200 MVt-dan artıq qiymətləndirilir. Təkcə Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu proqnozlaşdırılır.
Ötən il Qarabağ və Şərqi Zəngəzurdakı enerji mənbələrində yüksək enerji səmərəliliyi qeydə alınıb, ölkənin ümumi enerji sisteminə inteqrasiya prosesi hədsiz dərəcədə yaxşılaşıb. Kəlbəcər rayonu və eyni zamanda, işğaldan azad edilən ərazilərdə ən böyük su elektrik stansiyası hesab edilən 22,5 meqavatlıq “Yuxarı Vəng”, habelə 4,3 meqavatlıq “Zar”, Laçın rayonunda 2,8 meqavatlıq “Zabux”, 4,6 meqavatlıq “Qarıqışlaq”, Zəngilan rayonunda isə hər birinin gücü 10,5 meqavat olmaqla “Şayıflı”, “Zəngilan” və “Sarıqışlaq” su elektrik stansiyaları istismara verilib. Ümumilikdə, bu bölgədə enerji təsərrüfatlarının bərpasına başlanmasından sonra 32 su elektrik stansiyası istifadəyə verilib.
2024-cü ildə bu bölgədə fəaliyyət göstərən 32 su elektrik stansiyasında (SES) 550 milyon kilovat-saatadək ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal olunub. Həmin enerjinin üçdə biri, təxminən 200 milyon kilovat-saatı işğaldan azad edilən ərazilərin özünün enerji tələbatını ödəyib, qalan üçdə iki hissəsi isə respublikanın enerji sisteminə ötürülərək digər bölgələrin tələbatına yönləndirilib. Nəticədə 225 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.
Qarabağ və Şərqi Zəngəzurda 2025-ci ildə 11 su elektrik stansiyasının açılışı da planlaşdırılır ki, nəticədə əlavə olaraq enerji istehsalı potensialı dövriyyəyə cəlb olunacaq. Azad ərazilərdə bioenerji potensialı da böyükdür ki, bu da bölgənin “yaşıl enerji” ixracı zəncirinə qoşulmasında üstünlüyünü təmin edəcək.
Xarici şirkətlərin azad ərazilərdə “yaşıl sərmayələri”
İşğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji layihələrinə xarici investorların da marağı böyükdür. Yaponiyanın TEPSCO şirkətinin müxtəlif ssenariləri tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanıb. Yaponiya, Çin, Cənubi Koreya sərmayəçiləri bu bölgədə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, elektrik nəqliyyat vasitələrindən istifadə, günəş panellərinin qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarının tətbiqi, ağıllı enerji idarəetmə kimi modellərin icrasın layihələrində iştirak etməkdədir. Çin şirkətləri işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının inkişaf etdirilməsinə, inzibati və yaşayış binalarının avadanlıqlarla təchizatında da iştirak etmək imkanlarını artırmaq niyyətindədir.
Ötən il “Nobel Energy” şirkəti ilə imzalanmış sazişə əsasən, Cəbrayıl rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və elektrik enerjisi istehsalı mərkəzi yaradılmasına dair saziş imzalanıb. “SOCAR Green” MMC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında əməkdaşlığa əsasən, “Meqa” layihəsi əsasında 2 qiqavat gücündə külək və günəş enerjisi layihələri icra olunmaqdadır. SOCAR və bp arasında imzalanmış sazişə əsasən, Cəbrayılda “Şəfər” günəş stansiyası inşa olunmaqdadır.
Beləliklə, azad edilmiş ərazilər ölkəmizin bərpaolunan enerji balansında əsas mənbələrdən biri olmaqla, yaxın 2 ildə “yaşıl enerji”nin Avropaya nəqlində də mühüm əhəmiyyət kəsb etmiş olacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07

