50 illik tarix yazan cüdoçularımız
02.07.2022 [12:16]
MÜŞFİQƏ
Cüdo öyrənmək istəyənlər üçün bu yol uzun və məşəqqətlidir. Nəzakət, cəsarət, dürüstlük, təmkinlik bu yolda sizin əsas silahınız olmalıdır. Yalnız cüdonun qaydalarını və texnikasını öyrənməklə iş bitmir, həm də rəqibin həmləsini öncədən görüb ona düzgün cavab vermək vacibdir. Cüdonun sənət kimi tanınmasının ən mühüm elementlərindən biri də yarışlarda rəqibə təpik və yumruqla hücumun həyata keçirilməməsidir. Burada əsas məqsəd rəqibi boğaraq, sıxaraq döşək üzərinə sərməkdir. Bu zaman fiziki qüvvədən daha çox zehin gücü işə düşür. Çox vaxt şahmatla da müqayisə edilir. Çünki cüdoda uzaqgörənlik və məntiq böyük əhəmiyyət kəsb edir.
Yapon döyüş sənəti olan cüdo yaponca Cü - yumşaq, Do - yol deməkdir. Cüdonun 1882-ci ildə yaranması ehtimal edilir. Bu idman döyüş sənətinin təməli Yaponiyada qoyulub. Cüdo idmanını və terminini elmə gətirən ilk insan Ciqaro Kanodur. Cüdonun banisi Ciu-citsu döyüş növünün əsasında yaradıb. O, cüdonu yalnız müdafiə sənəti deyil, həyatın fəlsəfəsi hesab edir, şəxsiyyətin ahəngdar inkişafı üçün bir incəsənət forması sayırdı.
Ölkəmizdə ilk Olimpiya çempionu
1972-ci ildə Azərbaycan Respublikasında Cüdo Federasiyası yaradılıb. Həmin ilin 22 noyabrında isə respublikada ilk dəfə olaraq cüdo üzrə yarışlar keçirilib. İlk klublar “Dinamo”, “Burevestnik”, “Lokomotiv”, “Vodnik” cəmiyyətlərində və Sumqayıt, Gəncə şəhərlərində fəaliyyət göstərməyə başlayıb. İsmayıl Əhmədov, Sabir Hüseynov, Əhməddin Rəcəbli, Ağarza Əhmədov, Rauf Şəfiyev, Viktor Kuznetsov, Ənvər İskəndərov, Tərlan Həsənov, Cərulla Şinqarov, Səməd Şəhniyarov Azərbaycanın ilk cüdo məşqçiləri sayılırlar.
Qadınlarımız bu idman növündə də öz sözlərini deməyi bacarıblar. Belə ki, qızlar arasında ilk idman ustası Arzu Atayeva, ilk beynəlxalq dərəcəli idman ustası adına isə Gülşən Şirinova layiq görülüb.
Azərbaycan cüdosunun ən böyük uğuru isə Nazim Hüseynovun adı ilə bağlıdır. O, 1992-ci ildə Barselona Yay Olimpiya Oyunlarının qızıl medalını qazanıb. Bununla da tarixdə birinci azərbaycanlı Olimpiya çempionu olub.
Bu il Azərbaycanın ilk cüdoçularından biri olan Əməkdar məşqçi Tərlan Həsənovun 80 yaşı tamam olur. Ustad bu illər ərzində bir sıra yarışların qalib və mükafatçısı olmaqla yanaşı, xeyli sayda dünya, Avropa çempionları da yetişdirib. Onların sırasında oğlu Tahir də var. Atasının yolu ilə gedən Tahir Əməkdar məşqçi adına layiq görülüb. Tərlan müəllim deyir ki, məşqçi olmaq çox şərəfli peşədir. Yenidən gənc olsaydı, yenə də idmanı seçərdi. Ən böyük arzusu isə: “Yetirmələrim arasında dünya, Avropa mükafatçıları çıxıblar. Hətta tələbələrim Olimpiya çempionları yetişdiriblər. Mənim bir arzum var. Çox istəyirəm ki, özüm də Olimpiya çempionu yetişdirim. Təslim olmaq fikrim yoxdur. Olimpiya çempionu yetişdirmək arzumu həyata keçirməyincə dünyadan köçən deyiləm”.
Cüdo Federasiyasının 50 illiyi tamam oldu
Şanlı tarixə malik olan federasiyanın bu il 50 illik yubileyi keçirilir. Ötən ilin noyabr ayında Federasiyanın prezidenti rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev seçilib. Yarım əsr tarixə malik olan Azərbaycan Cüdo Federasiyası hazırda uğurla fəaliyyət göstərir. Bu gün idmançı gənclər turnirlərdə qüvvələrini sınayırlar. 2008-ci il Pekin Olimpiadasında məhz bu gənclər iştirak etmişdilər. Gənc cüdoçu Elnur Məmmədli həmin yarışda qızıl medala sahib olmuşdu.
Eləcə də paralimpiyalı cüdoçu, ikiqat Paralimpiya Oyunları çempionu İlham Zəkiyevin də adını çəkmək yerinə düşərdi. O, 2008, 2012 və 2016 Yay Paralimpiya Oyunlarında Azərbaycanın bayraqdarı olub. 1999-cu ildə cəbhə bölgəsində İlham Zəkiyev snayperlə başından vurulduqdan sonra görmə qabiliyyətini itirmiş və bundan sonra cüdo ilə ciddi məşğul olub.
Şəhid cüdoçularımız
Azərbaycan cüdo ictimaiyyətinin nümayəndələri öz şücaətini Vətən müharibəsində də qəhrəmancasına nümayiş etdiriblər. 44 günlük Vətən müharibəsində iştirak edən yüzdən çox cüdoçudan 18-i şəhidlik zirvəsinə yüksəlib. Sumqayıt cüdo məktəbinin yetirməsi, adı dillər əzbəri olmuş 19 yaşlı şəhid Cəbrayıl Dövlətzadə düşmənin bir generalını və polkovnikini təkbaşına məhv etməklə şəhid general-mayor Polad Həşimovun və onun silahdaşlarının qisasını alıb. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə layiq görülən qəhrəman əsgər Müzəffər Ali Baş Komandanın göstərişi ilə ikinci Fəxri xiyabanda - general Polad Həşimovun məzarının yanında dəfn olunub.
Azərbaycan cüdo məktəbinin yetirməsi olan daha bir şəhid idmançı tankçı Vüsal Dəmirovdur. O, Füzuli uğrunda gedən döyüşlərdə igidliklə vuruşaraq şəhid olub. Ölümündən sonra “Qarabağ” ordeninə layiq görülüb. Masallı Rayon Uşaq-Gənclər İdman Məktəbinin cüdoçusu kimi region və respublika miqyaslı yarışlarda dəfələrlə medallar qazanmış İntiqam Əsgərli isə Şuşa uğrunda döyüşlərdə həlak olub. Dörd il əvvəl iştirak etdiyi 2016-cı il Aprel döyüşlərində qardaşı Nurlan Əsgərli qəhrəmancasına şəhid olduğu üçün komandanlıq İntiqama Şuşa uğrunda döyüşlərə qatılmamağı tapşırsa da, o, etiraz edib və sona qədər qəhrəmancasına vuruşub. O, doğulduğu Kalinovka kəndində böyük izdihamla dəfn edilib. Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
Vətən müharibəsində Cəbrayıl Dövlətzadə, Vüsal Dəmirov, İntiqam Əsgərli ilə yanaşı, daha 15 cüdoçu - Rəşad Babayev, Zaur Mədətov, Röyan Hüseynov, Rüfət Əliyev, Araz Seyfullayev, Vüsal Hadıyev, Süphan Həsənov, İntiqam Əsgərli, Elvin Məmmədov, İsmayıl İrapov, Elvin Qədirov, Fəqan Məmmədov, Ehtiram Əhmədov, Rəsul Süleymanov, Novruz Həsənov, Ruhid İslamlı qəhrəmancasına şəhid olublar.
Vətən müharibəsində ümumilikdə 988 idmançı iştirak edib. Onlardan 320-si şəhidlik zirvəsinə ucalıb. Bu igidlər sayəsində sübut etdik ki, tək idmanda yox, səngərdə də güclüyük.
Məqalə Azərbaycan Cüdo Federasiyasının (ACF) ölkəmizdə cüdonun inkişafının 50 illik yubileyi münasibəti ilə keçirdiyi jurnalist müsabiqəsinə təqdim edilir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07

