/ / Gənclər və İdman Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
Gənclər və İdman Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
27.07.2017 [09:37]
İyulun 26-sı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 23-cü ildönümüdür. Nazirlik Ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanına əsasən yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə nazirliyin məsul əməkdaşları iyulun 26-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, nazirlik yarandığı 23 il ərzində xeyli işlər görüb. İyirmi üç il bundan əvvəl iyulun 26-da Ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə müstəqil Azərbaycanın tarixində ilk dəfə bilavasitə gənclərlə işləyən, gənclər siyasətini tənzimləyən dövlət qurumu yaradıldı və qarşıya böyük vəzifələr qoyuldu. Əsas vəzifə gənc dövlətin gənc nəslini tərbiyə etmək, vətənpərvər gənclik formalaşdırmaq, onların ölkəmizin ictimai-siyasi həyatında, beynəlxalq münasibətlər sistemində iştirakına şərait yaratmaq idi. Ötən 23 il ərzində bu vəzifələrin yerinə yetirilməsi istiqamətində minlərlə layihə, tədbir həyata keçirilib. Bu gün Azərbaycan gəncliyi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə yüksək səviyyədə təmsil olunur, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırırlar.
İntiqam Babayev deyib: “Nazirliyin yaradılması bariz nümunədir ki, ölkədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri məhz gənclərlə iş və idman siyasətidir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə də bu ənənə davam edir. Qarşımızda yeni vəzifələr durur. Ölkəmizdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası, Dövlət proqramları qəbul edilir. Gənclərimizin müxtəlif sahələrdə öz potensiallarını nümayiş etdirmələri üçün maksimum şərait yaradılıb”.
Qeyd edək ki, Azərbaycanda gənclər siyasətinin təməlini qoyan Ümummilli lider Heydər Əliyev gəncləri ölkəmizin gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirirdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkan verdi. Müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan olunması, Dövlət proqramlarının qəbulu Ulu öndər Heydər Əliyevin gənclərə böyük qayğısı idi.
Ümummilli liderin gənclərə göstərdiyi yüksək diqqət və qayğı siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Dövlətimizin başçısının bu sahədə qəbul etdiyi qərarlar, təsdiq etdiyi Dövlət proqramları uğurla icra olunur və müsbət nəticələr verir. 2006-cı ildə Azərbaycan Prezidentinin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olundu. Gənclər siyasəti ilə məşğul olan orqanın qarşısına yeni vəzifələr qoyuldu. İndi bu nazirlik Azərbaycan gəncliyinin formalaşmasında mühüm rol oynayan böyük qurumdur. Dövlətimiz ölkənin gələcəyini etibar edəcəyi yeni nəslin hazırlanmasına xüsusi önəm verir.
Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və kütləviliyinin artırılması da mühüm yer tutur. İndi bütün bölgələrdə Olimpiya İdman kompleksləri tikilərək istifadəyə verilir. 1997-ci ildən həm də Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. İdmançılarımızın Olimpiya Oyunlarında və dünya çempionatlarında uğurlu çıxışları bunun əyani sübutudur. Beynəlxalq yarışlarda qələbə qazanan idmançıların layiqincə qiymətləndirilməsi onların yeni uğurlarında mühüm rol oynayır. Beynəlxalq yarışlarda iştirak edən idmançılarımızın sayı ildən-ilə artır.
Bu gün dünyada idman ölkəsi kimi tanınan Azərbaycan ən mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Son illər ölkəmizdə birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, Formula-1 Avropa Qran-Prisi kimi mötəbər beynəlxalq idman turnirləri yüksək peşəkarlıqla təşkil olunub. Bütün bu uğurlar Azərbaycan idmanının özünün ən sürətli inkişaf dövrünü yaşadığını göstərir.
Xəbər lenti
Hamısına baxGündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52

