“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinə kommunikasiya üzrə yeni direktor təyin edilib
20.05.2014 [09:03]
Vilyam Luis-Mari “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) kommunikasiya üzrə direktoru təyin olunub.
“Bakı 2015”dən AzərTAc-a bildiriblər ki, Vilyam Luis-Mari kütləvi informasiya vasitələrinin Avropa Oyunları haqqında məlumatlılıq səviyyəsinin və dünyanın hər tərəfində yarışların işıqlandırılması dərəcəsinin yüksəldilməsi məqsədi ilə kommunikasiya şöbəsinə rəhbərlik etmək üçün BAOƏK komandasına qoşulur.
Əslən fransalı olan Vilyam Luis-Mari əvvəlki Olimpiya Oyunları və Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) dünya çempionatına cəlb edilməsi də daxil olmaqla bir sıra qurumlarda yüksək səviyyəli rəhbərlik təcrübəsinə malikdir.
O, BAOƏK-a 160 ölkədə fəaliyyət göstərən qabaqcıl multimedia qrupu “Trace TV”dən qoşulub. Əvvəllər Vilyam Luis-Mari “Trace TV”də çempionlara həsr olunan yeni beynəlxalq kanal olan “Trace Sports”un baş vitse-prezidenti vəzifəsini tutub.
BAOƏK-ın baş icraçı direktoru Saymon Kleq yeni təyinatla bağlı bildirib ki, Vilyam Luis-Marinin kommersiya sektorunda, kommunikasiya sahəsində çox mükəmməl və geniş təcrübəsi var. Onun bizim kommunikasiya strategiyamızın həyata keçirilməsinə rəhbərlik etməsindən yararlanaraq təcrübəsindən istifadə etməliyik. Vilyam Luis-Marinin beynəlxalq nüfuzu və idmana məhəbbəti mövcud BAOƏK komandasını çox gücləndirəcək və gələn ilin iyununda ilk Avropa Oyunlarının Bakı şəhərində uğurla keçirilməsinə töhfə verəcək.
Vilyam Luis-Mari “Trace TV”də “London-2012” Yay Olimpiya Oyunlarının layihə meneceri kimi fəaliyyət göstərib, həmçinin “Atlanta 1996” Yay Olimpiya Oyunları və 1998-ci ildə Fransada keçirilmiş futbol üzrə dünya çempionatında “Coca-Cola” şirkətinin Fransa üzrə kommunikasiya meneceri vəzifələrində işləyib. Onun işlədiyi digər məşhur böyük idman qurumlarının sırasına Fransanın Olimpiya Komitəsi, “Tour de France”, Fransanın İdman Federasiyası, beynəlxalq idman federasiyaları və digər tanınmış idman markaları daxildir.
Təyinatla bağlı Vilyam Luis-Mari deyib ki, mən “Bakı 2015” Avropa Oyunları komandasına qoşulmaq kimi gözəl imkandan istifadə etdiyim üçün çox xoşbəxtəm: “Belə bir istedadlı komandaya qoşulmaqdan qürur duyuram və bu qabaqcıl tədbir haqqında qlobal miqyasda məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək edəcəyimə ümid bəsləyirəm. Biz Azərbaycanı elita idman növlərinin keçirilməsi üçün gözəl məkan, eləcə də müasir və dinamik Avropa ölkəsi kimi tanıtdırmaq istəyirik. Avropa Oyunları bütün qitənin və Azərbaycan əhalisinin zövq alacağı idman bayramı olacaq”.
Vilyam Luis-Marinin mayın 19-da Bakı şəhərinə gələcəyi və mayın 20-də vəzifəsinin icrasına başlaması gözlənilir.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

