Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində...
10.03.2022 [10:28]
Çoxpartiyalı parlament formalaşdı və yeni siyasi konfiqurasiya yarandı
İslahat - reforma təkcə formanı deyil, həm də mahiyyəti dəyişməklə siyasi təkamülü, inkişafı təmin etmək vasitəsidir. Prezident İlham Əliyevin islahatlar kursu da bu reallığı ifadə edir. İlham Əliyev 2018-ci il aprelin 18-də andiçmə mərasimində islahatların yeni dalğasını anons etmişdi. Bundan sonra həm sosial-iqtisadi, həm də ictimai-siyasi sahədə konkret hədəflərə istiqamətlənmiş genişmiqyaslı islahatlara start verildi.
Ötən zaman göstərir ki, Prezident İlham Əliyevin strateji kursu islahat və inkişafın bir-birini şərtləndirməsi ilə səciyyələnir. Azərbaycan Prezidenti davamlı inkişafı islahat yolu ilə təmin edir. Dayanıqlı inkişaf isə zamanın çağırışlarına uyğun olaraq yeni islahatlar zərurəti meydana çıxarır. Beləliklə, islahatlar ardıcıl xarakter daşıyır, bütün sahələri əhatə etməklə Azərbaycanın milli gücünün artmasını şərtləndirir.
2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkilərinin nəticələrinə uyğun olaraq Milli Məclisin yeni tərkibdə formalaşması da islahatlar kursunun mühüm tərkib hissəsidir. Bu, eyni zamanda, çoxpartiyalı sistemin inkişafına yeni töhfədir.
Düz iki il əvvəl - 2020-ci il martın 10-da VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirildi. İclasda Prezident İlham Əliyev çıxış etdi, Milli Məclisin sədri və sədrin müavinləri, parlament komitələrinin sədrləri seçildi, eyni zamanda, komitə sədrlərinin müavinləri təsdiq olundu. Dövlət başçısı bəhs olunan çıxışı zamanı “Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edirəm ki, bu, demokratiyanın inkişafında önəmli addımdır” ,- deyə qeyd etdi.
Bəhs olunan seçkilər həm də siyasi palitranın rəngarəng olduğunu nümayiş etdirdi. Həmin vaxt ölkədə mövcud olan 55 siyasi partiyadan 20-si seçkilərdə iştirak etmişdi. Seçkilərin yekunu olaraq parlamentə seçilmiş 121 nəfərdən 70-i YAP, 10-u müxalif partiya nümayəndəsi, 41-i isə bitərəf idi. Mütləq çoxluqda olan YAP üzvləri və bitərəflərlə yanaşı, mandat qazanmış 8 müxalifət partiyasının üzvləri də müstəqil Azərbaycanın parlamentarizm tarixində ilk dəfə həm Milli Məclisin, həm də daimi komitələrin rəhbərliyində təmsil olundular. Statistik göstəricilərin ifadə etdiyi bu reallıqlar Azərbaycanda yeni siyasi konfiqurasiyanın formalaşdığını göstərir.
Dövlət başçısının siyasi iradəsi əsasında hakimiyyət tərəfindən siyasi dialoq təşəbbüsünün irəli sürülməsi və həyata keçirilməsi də yeni siyasi münasibətlərin formalaşması, inkişafı baxımından xüsusi önəm kəsb edir. Təbii ki, siyasi dialoq prosesi ümummilli məsələdir, yəni daxili və xarici müstəvidə dövlətin maraqlarının qorunması baxımından vacib amildir. Eyni zamanda, siyasi dialoq genişmiqyaslı və dərinməzmunlu prosesdir. Bu, iqtidarın digər siyasi partiyalarla formal təmaslarını, yaxud hansısa konyuktur məsələlər ətrafında danışıqlarını əks etdirmir. Burada iki başlıca məqsəd müəyyənləşdirilib: siyasi sistemin daimi inkişafına nail olmaq və dövlətçilik maraqlarını müdafiə etmək. Azərbaycan iqtidarının dialoq fəlsəfəsinin əsasında bu tezis dayanır – hakimiyyət bu prosesə dövlətçilik maraqlarının qorunması naminə start verib. Təbii ki, öz fəaliyyətində milli maraqları - dövlətin strateji mənafelərini üstün tutan siyasi qüvvələr bu dialoq təklifinə müsbət yanaşırlar. Başqa sözlə, milli maraqları rəhbər tutan müxalifət partiyaları hakimiyyətin islahatlar strategiyasının tərkib hissəsi olan dialoq təşəbbüsünü təqdirəlayiq hal kimi xarakterizə edirlər. Azərbaycan Prezidenti “Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var” ,- deyə qeyd edib.
Ən əsası, etimad və inkişaf mühiti olan yeni siyasi konfiqurasiya şəraitində dialoq prosesi ölkəmizdə siyasi sistemin inkişafını və milli birliyin güclənməsini təmin edir. Bu gün siyasi partiyalar müstəqillik tariximizdə heç vaxt olmadığı kimi birlik - həmrəylik nümayiş etdirir, milli məsələlərdə vahid yanaşma və prinsipial mövqe ortaya qoyurlar.
Ölkəmizdə mövcud olan siyasi həmrəylik Vətən müharibəsi dövründə və postmüharibə ərəfəsində daha qabarıq surətdə nəzərə çarpdı, yəni siyasi qüvvələrin birliyi daha da möhkəmləndi. Respublikamızda fəaliyyət göstərən siyasi partiyaların ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində Prezident, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasətinə birmənalı dəstək göstərmələri milli həmrəyliyin bariz nümunəsidir. Yeni mərhələdə də siyasi qüvvələrin ümummilli məsələlərdə vahid mövqedən çıxış etmələri olduqca müsbət və təqdirəlayiq hal olmaqla mühüm əhəmiyyətə malikdir.
Beləliklə, seçkilərdən sonrakı dövr Azərbaycanın islahatlar yolu inkişafa nail olduğunu, strateji hədəflərə çatdığını göstərir. Prezident İlham Əliyevin iki il əvvəl – 10 mart 2020-ci il tarixində Milli Məclisdə çıxışı zamanı söylədiyi fikirlər, tezislər bu gün də öz aktuallığını qoruyur. Onun qarşıya qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsi Azərbaycanın milli məqsədləri gerçəkləşdirməsini təmin edib. Ən əsası, Azərbaycan tarixi ədaləti bərpa edib, postmüharibə reallığı yaradıb. Bu isə dövlət başçısının “bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur” fikrini bir daha təsdiqləyir!
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

