Prezident İlham Əliyev Xalq Rəssamı Ömər Eldarova “Heydər Əliyev” ordeni təqdim edib
21.12.2017 [10:07]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də Xalq Rəssamı, heykəltəraş Ömər Eldarova “Heydər Əliyev” ordenini təqdim edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Xalq Rəssamı, heykəltəraş Ömər Eldarovu qarşıdan gələn yubileyi münasibətilə təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb. Ömər Eldarovun sənətinin artıq neçə onilliklərdir hamımızı sevindirdiyini deyən dövlətimizin başçısı onun yaratdığı əsərlərin xalqımızın maddi-mədəniyyət nümunəsinə çevrildiyini bildirib. Prezident İlham Əliyev qeyd edib ki, Ömər Eldarovun yaratdığı əsərlər ölkəmizdə, həmçinin bir çox keçmiş sovet respublikalarında məşhurdur. Ulu öndər Heydər Əliyevin Ömər Eldarovun sənətini hər zaman yüksək qiymətləndirdiyini deyən dövlətimizin başçısı onun yaratdığı əsərlərin yüksək mədəniyyət nümunəsi olduğunu vurğulayıb. Dövlətimizin başçısı xalqımızın Ümummilli lideri Heydər Əliyevin və görkəmli alim, akademik Zərifə Əliyevanın, həmçinin Azərbaycan mədəniyyətinin bir sıra məşhur simalarının - Məhəmməd Füzulinin, Natəvanın, Hüseyn Cavidin, Üzeyir Hacıbəylinin, Niyazinin və digərlərinin abidələrinin müəllifi olan Ömər Eldarovun ölkəmizin hüdudlarından uzaqlarda da tanındığını, onun yaratdığı abidələrin xarici ölkələrdə də ucaldıldığını məmnunluqla qeyd edib. Ömər Eldarovun Rəssamlıq Akademiyasının rektoru kimi də fəaliyyətini yüksək qiymətləndirildiyini deyən Prezident İlham Əliyev gənc kadrların hazırlanmasında onun böyük rol oynadığını qeyd edib. Dövlətimizin başçısı Ömər Eldarovun Vətəninə və xalqına ləyaqətlə xidmət etdiyini, dərin istedada malik şəxsiyyətinin böyük maraq doğurduğunu vurğulayıb. Prezident İlham Əliyev Ömər Eldarovu fəaliyyətinin və xidmətlərinin dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirildiyini, 1997-ci ildə xalqımızın Ümummilli lideri tərəfindən “İstiqlal” ordeni ilə, 2009-cu ildə Heydər Əliyev mükafatı ilə, 2012-ci ildə “Şərəf” ordeni ilə təltif olunduğunu deyib, indi isə Azərbaycanın ən yüksək mükafatına - “Heydər Əliyev” ordeninə layiq görüldüyünü bildirib, ona fəaliyyətində yeni uğurlar arzulayıb və mükafatı Ömər Eldarova təqdim edib.
Xalq Rəssamı, heykəltəraş Ömər Eldarov onun fəaliyyətini yüksək qiymətləndirdiyinə və “Heydər Əliyev” ordeni ilə təltif etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib və bundan qürur duyduğunu deyib. Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini dərin ehtiramla yad edən Ömər Eldarov Ümummilli liderin bir çox abidələrinin müəllifi olmaqdan şərəf hissi duyduğunu vurğulayıb və qeyd edib ki, bundan sonra da xalqımıza və Vətənimizə öz yaradıcılığı ilə xidmət göstərməkdə davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23

