/ / Prezident İlham Əliyev İranın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev İranın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
20.12.2017 [09:51]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib, birgə layihələrin həyata keçirilməsi ilə bağlı yaxşı nəticələrin əldə olunduğunu deyib. İstanbulda İran Prezidenti Həsən Ruhani ilə qısa söhbətini xatırladan Prezident İlham Əliyev söhbət zamanı ikitərəfli münasibətlərimizin uğurlu inkişafı ilə bağlı fikir mübadiləsi apardıqlarını qeyd edib. İran xarici işlər nazirinin Azərbaycana bir ayda ikinci dəfə səfər etməsinin əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi olduğunu deyən dövlətimizin başçısı bu səfərin ikitərəfli münasibətlərimizin gündəliyi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib.
Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçtərəfli görüşünə toxunan Prezident İlham Əliyev bu görüşlərin artıq mütəmadi xarakter almasının önəmini qeyd edib, qardaş qonşu dövlətlərin nazirləri arasında keçirilən bu görüşü yaxşı bir təşəbbüs kimi dəyərləndirib.
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Prezident Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırıb.
İranın xarici işlər naziri ölkəmizə son ayda ikinci dəfə səfər etməsinin və Azərbaycan Prezidenti ilə görüşünün ikitərəfli münasibətlərimizin inkişafı baxımından önəmini vurğulayıb. O, Həsən Ruhaninin prezidentliyi dövründə əlaqələrimizin çox yüksək səviyyəyə qalxmasından İran tərəfinin böyük məmnunluq hissi keçirdiyini bildirib.
Bakıda keçirilən Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçtərəfli görüşünə toxunan Məhəmməd Cavad Zərif bu formatda görüşlərin əhəmiyyətini vurğulayıb və gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.
Söhbət zamanı ölkələrimiz arasında bank, enerji, nəqliyyat, ticarət, sərmayə qoyuluşu sahələrində əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

