Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
02.12.2017 [01:26]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Estoniya Respublikasının xarici işlər naziri Sven Mikseri qəbul edib.
AZƏRTAC xəbər verir ki, Estoniyanın xarici işlər naziri Sven Mikser Bakıda keçirilən “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransının yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Sven Mikser ölkəsinin Avropa İttifaqına sədrliyi dövründə Azərbaycana səfər etməsindən məmnunluğunu ifadə edib. Estoniyalı nazir bu yaxınlarda Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitinin önəmini vurğulayaraq bu Sammitdə iştirakına görə Prezident İlham Əliyevə təşəkkür edib. Sven Mikser Avropa İttifaqı-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini deyərək bu əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini bildirib.
Dövlətimizin başçısı İlham Əliyev Şərq Tərəfdaşlığı Sammitinin uğurla keçirildiyini vurğulayaq orada aparılan müzakirələrin, qəbul olunmuş Birgə Bəyannamənin əhəmiyyətini qeyd edib. Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan dövlətimizin başçısı bu təşkilatın üzv dövlətləri ilə yaxın tərəfdaşlıq əlaqələrinin qurulduğunu və artıq 9 üzv dövlətlə strateji tərəfdaşlıq bəyannamələrinin imzalandığını vurğulayıb. Prezident İlham Əliyev hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzrə fəal danışıqların aparıldığını qeyd edib və yaxın zamanlarda bu prosesin başa çatacağına ümidvar olduğunu deyib. Dövlətimizin başçısı Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığında energetika, nəqliyyat və digər sahələrdə böyük irəliləyişlərə nail olunduğunu vurğulayıb. Bakıda keçirilən 7-ci nazirlər konfransının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyaya fəal şəkildə dəstək göstərdiyini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin də uğurla inkişaf etdiyini deyib. Estoniya şirkətlərinin Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində iştirakının önəmini vurğulayan dövlətimizin başçısı ölkələrimizin ticarət, turizm, nəqliyyat və digər sahələrdə əməkdaşlığının genişlənməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

