/ / Prezident İlham Əliyev Xorvatiyanın Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Xorvatiyanın Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
30.11.2017 [10:23]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Xorvatiya Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri, Azərbaycan-Xorvatiya iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının həmsədri xanım Martina Daliçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyib. Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin Azərbaycana səfərini xatırlayan Prezident İlham Əliyev bu səfərin uğurla keçdiyini bildirib və ölkələrimiz arasında müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsindən məmnunluğunu ifadə edib. Dövlətimizin başçısı müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından qarşılıqlı ticarət, investisiya qoyuluşu, ölkələrimizin daha çox şirkətlərinin birgə çalışmasının önəmini vurğulayıb. Prezident İlham Əliyev bu baxımdan iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd edib. Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan Prezident İlham Əliyev bu yaxınlarda Şərq Tərəfdaşlığı Sammitinin uğurla keçirildiyini və yaxşı nəticələr verdiyini bildirərək sammitdə qəbul edilən Bəyannamənin əhəmiyyətini vurğulayıb, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində danışıqlar aparıldığını və bu sazişin əməkdaşlığımızın qarşılıqlı maraq doğuran bütün sahələrini, o cümlədən siyasi, iqtisadi, enerji, mədəniyyət sahələrini əhatə edəcəyinə ümidvar olduğunu bildirib. Dövlətimizin başçısı Azərbaycan ilə Xorvatiya arasında energetika sahəsində uzunmüddətli əməkdaşlığın yaxşı perspektivlərə malik olduğunu deyərək Xorvatiyanın “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasında mütəmadi iştirak etməsindən məmnun olduğunu bildirib.
Xorvatiya Baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri, Azərbaycan-Xorvatiya iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının həmsədri Martina Daliç Xorvatiyanın Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin və Baş nazir Andrey Plenkoviçin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Martina Daliç Bakıya gəlişindən məmnunluğunu ifadə edərək ölkəmizdə özlərini evdəki kimi hiss etdiklərini bildirib. O, ölkələrimiz arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu deyərək, iki dövlət başçısının əməkdaslığımızın genişlənməsi baxımından birgə səylərinin önəmini qeyd edib. Xanım Martina Daliç sərmayə qoyuluşu, ticarət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların olduğunu deyib və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın uğurla fəaliyyət göstərdiyini qeyd edib.
Prezident İlham Əliyev Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin və Baş nazir Andrey Plenkoviçin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirib, Onun da salamlarını və ən xoş arzularını Xorvatiya Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxAnalitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40

