Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının nümayəndə heyətini qəbul edib
07.09.2017 [10:09]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sunun ölkəmizə səfərinin Azərbaycan-Koreya əlaqələrinin inkişafında çox mühüm rol oynayacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu vurğulayıb. Dövlətimizin başçısı Özünün Koreyaya iki dəfə və Koreyanın yüksək dövlət rəhbərlərinin Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb. Koreya şirkətlərinin ölkəmizdəki uğurlu fəaliyyətinə toxunan Prezident İlham Əliyev həmin şirkətlərin Azərbaycanda böyük tikinti və infrastruktur layihələrində fəal iştirakının önəmini qeyd edib. Dövlətimizin başçısı ölkələrimizin iqtisadi və siyasi sahələrdə uğurlu əməkdaşlıq etdiklərini, mədəniyyət sahəsində yaxşı əlaqələrin qurulduğunu bildirərək Azərbaycanda Koreya mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Koreyanın böyük iqtisadi uğurlar əldə etdiyini deyən Prezident İlham Əliyev bildirib ki, Koreya xalqı istedadlı və zəhmətkeş xalqdır. Xalqlarımız arasında oxşarlığın olduğunu deyən dövlətimizin başçısı xalqlarımızın öz ənənələrini qoruyub saxlamağa çalışmalarının önəmini vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sunun ölkəmizə bu səfəri parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi işinə xidmət edəcək.
Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sun deyib: “Cənab Prezident, mən və mənim nümayəndə heyətim Ulu öndər Heydər Əliyev siyasətinin davamı olaraq Sizin rəhbərliyiniz altında Azərbaycanın təkcə iqtisadi sahədə deyil, eyni zamanda, siyasi sahədə də əldə etdiyi uğurları məmnunluqla izləyirik”.
Koreyalı qonaq bildirib ki, səfərin əsas məqsədi Koreya və Azərbaycan parlamentləri arasında əlaqələri yaxşılaşdırmaqdan ibarətdir. O, bu səfərin ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf etməsinin önəmini qeyd edib. Park Cu-sun Koreya yarımadasında mövcud gərginlik barədə dövlətimizin başçısına məlumat verib. O, bu prosesə Azərbaycan Prezidentinin verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.
Dövlətimizin başçısı Koreya yarımadasında baş verən hadisələrin narahatlıq doğurduğunu və bunun ciddi təhlükə mənbəyi olduğunu deyərək bu gərginliyin tezliklə sovuşacağına ümid etdiyini bildirib.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının və bir-birinə dəstək vermələrinin əhəmiyyəti vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

