Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

27.01.2015 [09:46]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidənin etimadnaməsini qəbul edib.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.
Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidə etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Diplomat Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Taninin salamlarını dövlətimizin başçısına çatdırıb. Azərbaycanda diplomatik fəaliyyətə başlamasından qürur hissi keçirdiyini deyən səfir ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Dövlətimizin başçısı Azərbaycan ilə Qətər arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin önəmini qeyd edib. Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tani ilə ötənilki görüşünü və ikitərəfli əməkdaşlıq məsələlərinə dair aparılan səmərəli müzakirələri məmnunluqla xatırlayan Prezident İlham Əliyev münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin əhəmiyyətini vurğulayıb. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığımızın iqtisadi, turizm, birgə investisiya qoyuluşu və digər sahələrdə genişləndirilməsi üçün də yaxşı imkanların mövcudluğunu bildirib.
Prezident İlham Əliyev Əlahəzrət şeyx Təmim bin Həməd Al Taninin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Qətər Dövlətinin başçısına çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 794 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31