Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib
19.06.2014 [09:48]
İyunun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin uğurla və dinamik şəkildə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev xarici işlər naziri Sergey Lavrovun ölkəmizə bu səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirib. Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığını vurğulayıb, Azərbaycan ilə Rusiyanın bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini söyləyib. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə ötənilki səfərinin münasibətlərimizin inkişafına təkan verdiyini qeyd edib, həmin səfər zamanı aparılan danışıqların və fikir mübadiləsinin əməkdaşlığımızın sonrakı inkişafı baxımından çox səmərəli olduğunu bildirib. Dövlətimizin başçısı deyib ki, ölkələrimiz parlamentlər və nazirliklər səviyyəsində də səmərəli əməkdaşlıq edir. Humanitar və digər sahələrdə əməkdaşlıq da uğurludur. Prezident İlham Əliyev xalqlarımızın və ölkələrimizin rifahı naminə münasibətlərimizin bundan sonra da inkişafı üçün hər iki ölkənin səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.
Xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinin səmimi salamlarını Prezident İlham Əliyevə çatdırıb. O, Rusiya dövləti başçısının ölkəmizə ötənilki səfərini və səfər zamanı keçirilən görüşləri məmnunluqla xatırladığını deyib. S.Lavrov Azərbaycan Prezidenti İlham Əliyevin ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıması, iqtisadi, investisiya, humanitar və digər sahələrdə əməkdaşlığın uğurla davam etməsi barədə fikirləri ilə şərik olduqlarını bildirib. Xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə rəsmi səfəri çərçivəsində humanitar əməkdaşlıqla bağlı proqramın imzalandığını da xatırladıb. O bildirib ki, Azərbaycan ilə Rusiya regional və beynəlxalq səviyyədə uğurla əməkdaşlıq edir və xarici işlər nazirlərinin bugünkü görüşündə də bu barədə müzakirələr aparılıb. Sergey Lavrov bildirib ki, müzakirələr zamanı Xəzəryanı ölkələrin qarşıdakı sammiti, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin ötənilki görüşü, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə dair fikir mübadiləsi aparılıb. O, BMT, ATƏT və hazırda Azərbaycanın sədrlik etdiyi Avropa Şurasının Nazirlər Komitəsində ölkələrimizin qarşısında duran ümumi məsələləri də müzakirə etdiklərini deyib.
Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına üzv seçkilərində Azərbaycanın namizədliyini dəstəklədiyinə görə bir daha Rusiya tərəfinə təşəkkürünü bildirib və Azərbaycanın bu quruma sədrlik etdiyi dövrlərdə ölkələrimiz arasında fəal əməkdaşlığın həyata keçirildiyini məmnunluqla qeyd edib. Dövlətimizin başçısı Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyinin ölkəmizin mövqeyi və prioritetlərini Avropa ictimaiyyətinə çatdırmaq baxımından əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın bu quruma sədrliyi dövründə də ölkələrimiz arasında sıx əməkdaşlığın olacağına əminliyini bildirib.
Dövlətimizin başçısı Prezident Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19

