Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Bakı Slavyan Universiteti bölgələrdən olan qız abituriyentlər üçün daxili təqaüd proqramı elan edib

Bakı Slavyan Universiteti bölgələrdən olan qız abituriyentlər üçün daxili təqaüd proqramı elan edib

12.08.2026 [16:45]

Bakı Slavyan Universiteti (BSU) bölgələrdən olan və yüksək nəticə göstərərək müəllimlik ixtisasını seçən qız abituriyentlər üçün daxili təqaüd proqramı elan edib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, təqaüd proqramı çərçivəsində müəyyən edilmiş bölgələrdən olan, BSU-nun müəllimlik ixtisaslarına qəbul olunan və qəbul imtahanında 500-dən yuxarı bal toplayan abituriyentlər arasından 5 qız tələbəyə daxili təqaüd ayrılacaq.

Proqramın məqsədi bölgələrdə yaşayan, müəllimlik peşəsini seçən istedadlı qızların ali təhsilinə dəstək göstərmək, onların təhsil imkanlarını genişləndirmək, müəllimlik peşəsinə marağını artırmaq və gələcək peşəkar inkişafına töhfə verməkdir.

Paylaş:
Baxılıb: 141 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31