Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Nyu-Yorka son iki ilin ən güclü qarı yağıb

Nyu-Yorka son iki ilin ən güclü qarı yağıb

14.02.2024 [12:02]

Güclü qış fırtınası ABŞ-ın şimal-şərqinə doğru irəliləyib və Nyu-Yorka son iki ilin ən güclü qarı yağıb.

AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, fırtına səbəbindən əksəriyyəti Nyu-York, Boston və Nyu-Cersidəki əsas hava limanları olmaqla, 1100-dən çox uçuş ləğv edilib, məktəblər bağlanılıb.

Güclü qar Pensilvaniyada 130 mindən çox, Nyu-Cersi, Nyu York, Konnektikut, Merilend, Rhode-Aylend, Massaçusets və Virciniyada isə minlərlə evin elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Küləklə müşahidə olunan yağıntı nəticəsində yollarda avtomobillərin hərəkəti çətinləşib. Polisin məlumatına əsasən, gün ərzində Nyu-Cersidə 250-dən çox avtomobil qəzası baş verib.

Paylaş:
Baxılıb: 603 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30