Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ-dan Livandakı vətəndaşlarına çağırış: Ölkəni dərhal tərk edin

ABŞ-dan Livandakı vətəndaşlarına çağırış: Ölkəni dərhal tərk edin

23.10.2023 [09:23]

ABŞ səlahiyyətliləri öz vətəndaşlarına “gözlənilməz təhlükəsizlik vəziyyəti səbəbindən” dərhal Livanı tərk etməyi tövsiyə edib. 

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı məlumatda deyilir.

Sənəddə qeyd olunur ki, Livandakı ABŞ vətəndaşları gözlənilməz təhlükəsizlik vəziyyətinə görə dərhal ölkəni tərk etməlidirlər. "Dövlət Departamenti ABŞ vətəndaşlarına Livana səyahət etməməyi şiddətlə tövsiyə edir. Biz Livandakı ABŞ vətəndaşlarını hazırda kommersiya variantları ilə ölkəni tərk etmək üçün müvafiq tədbirlər görməyə çağırırıq”, - deyə məlumatda vurğulanır.

Belə ki, Amerikanın xarici siyasət idarəsi öz vətəndaşlarına Beyrut Beynəlxalq Hava Limanından reyslərlə ölkədən uçmağı tövsiyə edib

Paylaş:
Baxılıb: 578 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30