Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

18.10.2026 [13:17]

ABŞ Prezidenti Donald Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qəbul edəcəyi qərarın bütün dünyaya fayda verəcəyini bəyan edib.

AZƏRTAC xəbər verir ki, "RİA Novosti" agentliyinin məlumatına görə, Ağ Ev rəhbəri məsələ ilə bağlı açıqlamasında deyib:

"Çoxunuz hələ hansı qərarı verdiyimi bilmirsiniz, lakin tezliklə bunu öyrənəcəksiniz. Bu, çox yaxşı bir qərardır. Hesab edirəm ki, bu addım ölkəmizə və bəlkə də bütün dünyaya fayda verəcək".

Qeyd edək ki, D. Tramp bundan əvvəl sentyabrın 19-da imzalanmış Rusiya və İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanundakı bir sıra tədbirlərin tətbiq edilməməsi barədə sərəncam verib.

Məsələyə münasibət bildirən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov vurğulayıb ki, ABŞ Prezidentinin bu addımı Vaşinqtonun Ukraynadakı münaqişənin həllinə töhfə verməyə hazır olduğunu göstərir.

Ağ Evin mətbuat katibi Teylor Rocers də öz növbəsində Rusiya əleyhinə tətbiq edilən sanksiyaların Ukraynadakı münaqişənin dinc yolla nizamlanmasına mane olduğunu diqqətə çatdırıb.

Paylaş:
Baxılıb: 83 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Sosial

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

17 Oktyabr 08:35  

YAP xəbərləri

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31