Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Çin sualtı qayıqla qitələrarası raketin sınaq buraxılışını həyata keçirib

Çin sualtı qayıqla qitələrarası raketin sınaq buraxılışını həyata keçirib

06.07.2026 [21:18]

Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) donanması sualtı qayıqla nüvə başlığı daşıya bilən qitələrarası ballistik raketin sınaq buraxılışını həyata keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə ÇXAO açıqlama yayıb.

Bildirilib ki, donanmanın strateji nüvə sualtı qayığının yerli vaxtla saat 12:01-də (Bakı vaxtı ilə 8:01) Sakit okeanın açıq sularına doğru buraxdığı raket təyin olunmuş sulara düşüb.

“Sınaq buraxılışı illik təlim cədvəlinə uyğun baş tutub. Çin müvafiq ölkələrə əvvəlcədən məlumat verib”, - deyə açıqlamada vurğulanıb.

ÇXAO sınaq buraxılışının beynəlxalq hüquqa və beynəlxalq təcrübəyə uyğun olduğunu, heç bir konkret ölkəyə və ya hədəfə yönəlmədiyini açıqlayıb.

Raket barədə ətraflı məlumat verilməyib.

Paylaş:
Baxılıb: 384 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Sosial

Gündəm

Bişkek görüşü...

02 Sentyabr 11:36  

İqtisadiyyat

Gündəm

Siyasət

İqtisadiyyat

Sosial

Hadisə

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30