Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

06.06.2026 [17:31]

ABŞ qoşunları Almaniyadan tələsik çıxarılmayacaq, lakin Avropa ölkələri öz təhlükəsizliklərinin təmin olunmasında daha böyük məsuliyyət daşımalıdırlar.

AZƏRTAC xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin müşaviri Erik Qeressi Almaniyanın “Süddeutsche Zeitung” və “Handelsblatt” qəzetlərinə müsahibəsində bildirib.

“Qoşunların çıxarılması ilə bağlı bütün variantlar və ssenarilər hazırda nəzərdən keçirilir”, – deyən Qeressi əlavə edib ki, yekun qərar ABŞ Prezidenti Donald Trampa məxsusdur.

“Heç nə tələsik edilməyəcək, heç bir məsələyə səthi yanaşılmayacaq”, – deyə o vurğulayıb.

Qeressi, həmçinin ABŞ-nin müdafiə naziri Pit Heqsetin fikirlərini xatırladaraq bildirib ki, Avropanın təhlükəsizlik məsələlərində əsasən Amerika vergiödəyicilərinə və ABŞ-nin hərbi gücünə arxalandığı dövr artıq dəyişməkdədir.

“Avropa inkişaf edir və böyük imkanlara malikdir. Müttəfiqlərimiz öz müdafiələrinin təmin olunmasında daha böyük məsuliyyət daşımalıdırlar”, – deyə Pentaqon rəsmisi qeyd edib.

Paylaş:
Baxılıb: 50 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Növbə kimindir?

06 İyun 10:35

Analitik

1 gün qaldı...

06 İyun 10:12

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

06 İyun 08:32  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30